Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1124/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X2, Ərizəçi iştirakları ilə Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 23.02.1972-ci il tarixdə doğulmuş X3 15.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X7 23.02.1972-ci il tarixdə doğulmuşdur. 15.10.2021-ci il tarixdə təcili yardım gəlmiş, laki nonu xilas etmək mümkün olmamışdır. Onun adına ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edəlməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi xx.xx.1973-cü, X7 isə 23.02.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdular, ataları X8, anaları X1r (284348 və 320916 №-li doğum haqqında şəhadətnamələr). İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 12 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 15.10.2021-ci il tarixdə X3 adına çağırış daxil olmuş, çağırışı 12 saylı bölmənin təcili tibbi yardım birqadası yerinə yetirmiş və həkimə qədər kişi cinsli meyid aşkar edilmişdir. X7 heç bir zaman poliklinikaya müraciət etmədiyindən Bakı şəhəri 12 saylı şəhər poliklinikası tərəfindən ərizəçiyə tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Sabunçu Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış məktubla ölüm faktınının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. HAZırda ərizəçi qardışı X3 15.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı X3 ölməsi faktı ərizəçinin izahatı, Bakı şəhəri Təcili və X6 Stansiyası 12 saylı bölməsi tərəfindən verilmiş arayışla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lAZımi sənədi başqa qaydada ala bilməz. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirAZının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 23.02.1972-ci il tarixdə doğulmuş X3 15.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 23.02.1972-ci il tarixdə doğulmuş X3 15.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. HAZırkı qətnamə X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1124/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1124/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver