Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1172/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1927-ci il təvəllüdlü X5 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X9 xx.xx.1927-ci ildə anadan olub, xx.xx.1980-ci ildə vəfat edib. O, Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən Bilgəh qəbiristanlığında dəfn edilmişdir. İndiyə qədər anasına ölüm haqqında şəhadətnamə almamışlar. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 ölüm akt qeydi aşkar edilməmişdir. X1 Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1993-cü il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m hesabı ilə həyətyani torpaq sahəsi ayrılıb. Bacısı xx.xx.2012-ci ildə vəfat edib. Hazırda bacısına məxsus olan torpaq sahəsinin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Anasının ölüm haqqında şəhadətnaməsi olmadığından onlar vərəsəliklə bağlı sənədləşdirmə işləri həyata keçirə bilmirlər. Buna görə də məhkəmə qaydasında anasının ölüm faktının müəyyən edilməsi zəruridir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında qeyd etdi ki, Ərizəçi xx.xx.1927-ci ildə doğulmuş anası X9 xx.xx.1980-ci il tarixdə ölmüş və Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən Bilgəh qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 129822 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında X8, ana qrafasında X9 qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 353 №-li arayışından görünür ki, həqiqətən də Ərizəçi anası X2 qəsəbə ərazisində yerləşən Bilgəh qəbiristanlığında xx.xx.1980-ci il tarixdə dəfn edilmişdir. Sabunçu rayln Qeydiyyat Şöbəsinin Bakı şəhəri 17 saylı dövlət notariat ofisinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 barəsində ölüm akt qeydi aşkar edilməmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1993-cü il tarixli qərarından görünür ki, ərizəçinin X1 fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m hesabı ilə həyətyani torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı 107803 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci ildə ölmüşdür. Hazırda iddiaçı anası xx.xx.1927-ci il təvəllüdlü X5 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı xx.xx.1927-ci ildə doğulmuş X5 xx.xx.1980-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidin izahatı, Bilgə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 353 №-li arayışı ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X9 qızının ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1927-ci il təvəllüdlü X5 xx.xx.1980-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1927-ci il təvəllüdlü X5 xx.xx.1980-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1172/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1172/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver