Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1174/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçılar Jafarov Rəfaı̇ l Nəbı̇ oğlu, İddiaçı2 Ələddı̇ n qızı və İddiaçı3̇ Rəfaı̇ l oğlunun cavabdehlər Cavabdeh1̇ İsa oğlu, Cəfərov Marı̇ f Zahı̇ d oğlu və Cavabdeh3 Vahı̇ d qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Jafarov Rəfaı̇ l Nəbı̇ oğlu, İddiaçı2 Ələddı̇ n qızı və İddiaçı3̇ Rəfaı̇ l oğlunun cavabdehlər Cavabdeh1̇ İsa oğlu, Cəfərov Marı̇ f Zahı̇ d oğlu və Cavabdeh3 Vahı̇ d qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabehlər Cəfərov Marı̇ f Zahı̇ d oğlu və Cavabdeh3 Vahı̇ d qızının azyaşlı uşaqları ilə birlikdə məcburi qaydada çıxarılması və iddiaçıların istifadə hüquqları olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 saylı evin 7 aylı mənzili Cavabdeh1 mülkiyyətində olmaqla onun özü və iddiaçılar həmin mülkiyyətçinin razılığı ilə 15 oktyabr 2003-cü il tarixdən həmin mənzildə passport qeydiyyatında olmaqla 2021-ci ilin oktyabr ayınadək orada yaşamışlar. Birinci Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonunun ərazisində də sənədsiz fərdi yaşayış evi vardır.Əvvəllər onun razılığı ilə iddiaçılar da həmin evdə bir müddət yaşamış, hətta İddiaçı1 həmin evin həyətində öz zəhməti ilə iki otaqlı sənədsiz ev də inşa etmişdir. Mübahisə predmeti olan hazırkı evə yaşamağa gələrkən cavabdeh Rafail Jararova bildirmişdi ki, bu evi daimi olaraq onun ailəsinin istifadəsinə verəcəkdir, ona görə də iddiaçı ona ata kimi inanaraq Binəqədi rayonunun ərazisindəki evin həyətində tikdiyi sənədsiz iki otağı da ona verdi və həmin evdən çıxıb ailəsilə birlikdə Sabunçu qəsəbəsində yerləşən hazırkı mübahisəli evə gəldi, cavabdeh özü öz razılığı ilə iddiaçıların hər üçünü həmin evə passport qeydiyyatında aldırdı və iddiaçılar orada yaşamağa başladılar. 2021-ci ilin oktyabr ayında Cavabdeh1 iddiaçılara bildirdi ki, yaşadıqları Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 saylı evin 7 saylı mənzilini satır, mənzilə müştəri var, onlar razılıq verməlidir və mənzili boşaltmalıdılar ki, mənzili sata bilsin və söz verdi ki, mənzilin satışından yaxşı məbləğdə alacağı pulla iddiaçıların ailəsinə başqa yerdən iki otaqlı ayrıca mənzil alacaqdır. Lakin iddiaçılar mübahisəli mənzili boşaltdıqdan sonra Cavabdeh1 tez-tez onları arxayın edir və bildirirdi ki, narahat olmayaq yaxşı müştəri tapmışdır, o, Rusiya Federasiyasında yaşayır, tezliklə gələcək və mübahisəli həmin mənzili alacaqdır, mənzili boş saxlamaq lazımdır. Daha sonra Rafail Jafarov yenə cavabdehdən mübahisəli mənzil satılmırsa, ailəsinin oraya qayıdıb yaşamasına imkan verməyini ondan tələb edərkən o, qəti və əsəbi formada həmin mənzili satmayacağını və mənzil onun mülkiyyətində olduğuna görə həmin mənzilə dair istədiyi hərəkəti edə biləcəyini, lazım gələrsə iddiaçıları ümumiyyətlə oradan passport qeydiyyatından da çıxardacağını bildirmişdir. Bundan başqa Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal İstismar sahəsinin Sabunçu rayonu 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin yenə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC-nin sorğusuna verdiyi cavabla təsdiq olunur ki, mübahisəli mənzil şəxsi hesab vərəqəsinə əsasən xx.xx.1998-ci il tarixli,30/117 saylı Qeydiyyat Vəsiqəsinə əsasən birinci Cavabdeh1 adına şəxsi mülkdür və həmin mənzildə hazırda faktiki olaraq Cavabdeh3 və Cavabdeh2 yaşayırlar. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1̇ İsa oğlu iddianı qəbul edərək, iddiaçıların mübahisəli mənzilə köçürülmələrini, kirayəçilərin isə həmin mənzildən çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan AR DİN "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan görünür ki, Jafarov Rəfaı̇ l Nəbı̇ oğlu, İddiaçı2 Ələddı̇ n qızı, Cavabdeh1 və İddiaçı3̇ Rəfaı̇ l oğlu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi, 1 nömrəli evin 7 saylı mənzilində qeydiyyatdadır. - MH seriyalı 121155 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi, 1 nömrəli evin 7 saylı mənzil tam xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Hazırki işdən görünür ki, cavabdeh iddiaçıların mübahisəli mənzilə köçürülməsinə dair tələbini və digər cavabdehlərin həmin mənzildən çıxarılması barədə iddia tələbini qəbul edir, məhkəmə tərəfindən qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulması faktını aşkar edilmədiyindən, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən cavabehlər Cəfərov Marı̇ f Zahı̇ d oğlu və Cavabdeh3 Vahı̇ d qızı azyaşlı uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalı və Jafarov Rəfaı̇ l Nəbı̇ oğlu, İddiaçı2 Ələddı̇ n qızı və İddiaçı3̇ Rəfaı̇ l oğlu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabehlər Cəfərov Marı̇ f Zahı̇ d oğlu və Cavabdeh3 Vahı̇ d qızı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 saylı evin 7 saylı mənzilindən məcburi qaydada çıxarılsın. Jafarov Rəfaı̇ l Nəbı̇ oğlu, İddiaçı2 Ələddı̇ n qızı və İddiaçı3̇ Rəfaı̇ l oğlu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 saylı evin 7 saylı mənzilinə köçürülsün. İddiaçı Jafarov Rəfaı̇ l Nəbı̇ oğlu tərəfindən ödənilmiş 100 manat məbləğin dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçı Jafarov Rəfaı̇ l Nəbı̇ oğluna ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-1174/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1174/2025
07.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver