Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1187/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədova Aylin məmməd qızının, İddiaçı Abdülhəsən oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Abdülhəsən oğlunun Cavabdeh qarşı ödənilmiş pulun geri qaytarılmaqlə evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abdülhəsən oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödədiyi 110 450 manat pul məbləğinin geri qaytarılmaqla ailəsi ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin noyabr ayında böyük oğlu X3 cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi ilə əlaqədar ailələrində böyük bir faciə yaşanmış, həmin vaxta kimi iddiaçı və hər iki oğlunun ailəsi bir evdə yaşamışdır. İddiaçı qərara gəlmişdir ki, belə bir vəziyyətdə yaşayış evini sataraq hər iki oğlu və özü üçün ayrı-ayrı 3 ev alsın. Bakı şəhəri, Sabunçu rayonu Əliyar Əliyev (keçmiş Anaşkin küçəsi) küçəsində 300 kvadrat metrlik torpaq sahəsində tikdirdiyi 500 kvadrat metr sahəsi olan 3 mərtəbəli yaşayış evini satmaqda kömək etmələri üçün maklerlərə müraciət etmiş, tez satılması üçün evin qiymətini dəyərindən qat-qat aşağı - 350000 manata satışa çıxarmış, sonradan internetdə evin qiymətini 180 min göstərməklə elan da yerləşdirmiş, cavabdehlə 170000 manata razılaşmışıdr. Cavabdeh 16000 manata dəyərləndirdiyi 2009cu il buraxılışlı “Toyota-Prius” markalı avtomobili, az sonra isə 2005-ci il buraxılışlı “Lexsus” markalı avtomaşını 16500 manata dəyərləndirərək pul əvəzinə, daha sonra şəhərin müxtəlif yerlərində müxtəlif vaxtlarda cəmi 12950 manat, həbsdə olan oğlunun qaynatasına iddiaçının razılığı ilə 60000 manat, cəmi 110450 manat pul vermişdir. Cavabdeh iddiaçını inandıra bilmişdi ki, oğlunu həbsdən azad etdirəcək. Cavabdehə inandığı üçün evdə yüngül təmir işi aparacağına görə evin açarını ona vermişdir. Cavabdeh 2 ay müddətinə qalan 60000 manatı verəcəyinə inandırmış və bu səbəbdən iddiaçının bütün əşyaları evdə qalmış, çünki tam alqı-satqı yekunlaşmamışdır. Cavabdeh Fikrətin evə iddiaçının icazəsi olmadan ailəsi ilə birlikdə köçdüyünü, pulun qalan hissəsini vermədiyini, oğlunun işində heç bir dəyişikliyin, hərəkətin olmadığını görəndə narazılıqları başlamışdır. Pulunu qaytararaq evdən çıxmalarını tələb etmiş, lakin tələbinə əməl edilmədiyindən polisə şikayət etmişdir. xx.xx.2022-ci il tarixli qərarla Nərimanov rayon Polis İdarəsində cinayət işinin başlanması rədd edilmiş, daha sonra belə bir qərar xx.xx.2023-cü il tarixdə də təkrarlanmışdır. Bu günə kimi cavabdeh 60000 manat qalan pulu ödəməyərək min bir bəhanə edir ki, evin çıxarışını ver. 20 il yaşadığı evin çıxarışını düzəltməmişsə və yaxud mövcud vəziyyətdə sənədsiz evlər milyonlarladırsa, necə olar ki o, sənədi düzəldəcəyinə söz vermiş olsun. Cavabdeh iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. Ev almaq üçün müxtəlif elan saytlarına baxırdı. Bu zaman İddiaçı mübahisəli evinin satışda olduğunu öyrəndi və yaxınlarında evə baxış keçirdikdən sonra evi bəyəndi. Ev sahibi İddiaçı evin sənədlərini gətirməsini xahiş etdi, lakin satıcı İddiaçı oglu evin sənədlərinin olmadığını və bu yaxınlarda düzəldəcəyini və alan adamın adına mülkiyyət hüququnu təsdiq edən sənəd verəcəyini bildirdi. Evin qiymətini 170000 manata razılaşdılar. İddiaçı xahiş etdi ki, evin satış qiyməti olan 170000 manatdan 121000 manatını ona ödəsin və o, evin sənədlərini düzəltdikdən sonra evi adına keçirərək qalan 49000 manatı ona ödəyəcəyinə razılaşdılar. Həmin razılaşma əsasında İddiaçı ilə aralarında xx.xx.2022-ci il tarxili akt yazdılar. Bundan əlavə evin ödənişini edən zaman iddiaçı və onun qohumlarının iştirakı ilə “evin pulunun verilməsi və halallaşma” videosu çəkilmişdir. Razılaşmaya əsasən 121000 manatını ödədikdən sonra, sənədlər düzələnə kimi o, evə köçəcəydi və evdə bəzi təmir işləri görəcəydi. Cavabdeh evə köçdü, evdə təmir bərpa, təmir işləri gördü. Lakin evi aldığı gündən bu günə kimi İddiaçı evin sənədlərini düzəltmədi. Bu səbəbdən də evin pulundan qalıq qalan 49000 manatı ona ödəməmişdir. Artıq 2 ildir ki, o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Həmin evin qaz, işıq, su sayğacları onun adınadır. Evdə bir çox təmir işləri və yenidənqurma işləri aparmışdır. Hazırki iddia tələbi nağıla bənzəyir. Heç bir hüquqi faktı əks etdirmir. İddiaçı ərizədə qeyd etmişdir kı, guya kı, o, onun oğlunu cinayət məsuliyyətindən azad etdirəcək. Halbuki aralarında bu barədə heç bir müqavilə olmamışdır. Bu bir cəfəngiyyətdır. İddiaçı evini satan zaman elan saytına yerləşdirdiyi evin dəyərindən cüzi endirim etməklə evi ona satmışdır. İddiaçı ümumiyyətlə aktın saxta olduğunu, orada yazılanların sonradan əlavə olduğunu etiraf edir. Lakin 5/1134/-5/1139-4/1395 N-li, xx.xx.2023-cü il tarixli ekizpertiza rəyindən də görünür ki, iddiaçının iddia etdiyi kimi, aktda heç bir sonradan əlavə yoxdur. Yazılanlar silinməyib və dəyişiklik olmayıb. İddiaçı nə zaman evin sənədlərini düzəltdirib adına keçirsə, o zaman da ona qalan 49000 manat məbləği ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Abdülhəsən oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Hazırki iddia ilə iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət etmiş, məhkəmə tərəfindən müəyyən araşdırmalar aparılmış, lakin məhkəmənin 2(008)-2256/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mübahisə predmeti olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi (Anaşkin qəsəbəsi(küçəsi)), Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı həmin evin çıxarışı olmadığından qeyri-rəsmi qaydada 170000 manat müqabilində cavabdehə satmış, cavabdeh müəyyən məbləği ödəmiş (iddiaçının mövqeyinə görə 110450 manat, cavabdehin mövqeyinə görə 121000 manat), elektrik enerjisi və təbii qaz üzrə abonent kodları iddiaçının razılığı əsasında cavabdehin adına rəsmiləşdirilmiş, bələdiyyədə həmin evə görə vergi qeydiyyatında hələdə iddiaçıdır, iddiaçı könüllü evin açarını cavabdehə təhvil vermiş, cavabdeh orada müəyyən abadlaşdırma işləri aparmış və yaşamağa başlamışdır. Belə ki, 300 kv metr torpaq sahəsi, həmin torpqa sahəsinin üzərində tikilimiş 500 kv metr olan həmin sənədsiz ev 2008-ci il tarixdən Sabunçu Bələdiyyəsi tərəfindən İddiaçı Abdülhəsən oğlunun adına vergi qeydiyyatına alınmış və hökümət ödəniş portalında qeydiyyatdan keçmişdir, əmlak və torpaq vergiləri İddiaçı Abdülhəsən oğlunun adından ödənilir (Sabunçu Bələdiyyəsi tərəfindən polis idarəsinə verilmiş xx.xx.2022-ci il tarixli, vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli məktublar). xx.xx.2022-ci il tarixdə İddiaçı Abdülhəsən oğlunun razılığı əsasında mübahisəli evə dair qaz və işıq üzrə abonent kodları Cavabdeh adına keçirilmişdir (Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktublar). İddiaçı Abdülhəsən oğlu onun Fikrət adlı şəxs tərəfindən aldadılaraq ona məxsus mübahisəli evin ələ keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin müraciət əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh iddia ərizəsində qeyd edilənləri təsdiq etmiş, yəni evin qiymətinin 170000 manata razılaşdıqlarını, lakin ümumilikdə 121000 manat pulun onun tərəfindən verildiyini, buna görə də evin almması üçün həmin məbləğdə pulun verilməsi barədə əl yazısı yazdığını və Səxavətin öz imzası ilə həmin yazını təsdiq etdiyini, aralarında olan razılaşmaya görə Səxavətin ona ev üçün bələdiyyə sənədi verməli olduğunu, lakin heç bir sənəd vermədiyi üçün qalan 49000 manat pulu ödəmədiyini, evin sənədini aldıqdan sonra həmin pulu ödəyəcəyini, həmçinin evdə olan çilçıraqların, mətbəx mebelinin və digər əşyaların verilməsi ilə bağlı Səxavətlə heç bir razılaşmasının olmadığını, həmin evi əşyaları ilə birlikdə aldığını və artıq evdə müəyyən təmir işləri gördüyü üçün evi qaytarmaqdan imtina etdiyini bildirmişdir. X5 onunla iddiaçının arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktı təqdim etmişdir. Həmin aktın məzmunu aşağıdakı qaydadadır: "Mən X1 Səxavətdən Əbdülhəsən oğlundan Sabunçu rayon Əliyar Əliyev ev 32də yerləşən (üç mərtəbəli) mənzili 170000 min manata razılaşdım. Mən ona 121000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm (bu yazının ardı ilə zet işarəsinin yazıldığı görünür). Bundan sonra digər xəttlə icra edilmiş «oxudum və öz imzamla təstiqləyirəm" İddiaçı Əbülhəsən oğlu(imza) imzanı təsdiq edirəm:Cavabdeh (imza)". İddiaçının mövqeyinə görə akt bu məzmunda olmamış, cavabdeh yazılanları pozub sonradan yeni məzmunda mətn yazmış, iddiaçının «oxudum və öz imzamla təstiqləyirəm" İddiaçı Əbülhəsən oğlu(imza) onun tərəfindən icra edilmiş, lakin bu sözlərdən əvvəl iti bucaq işarəsi əvvəl «Z» işarəsi olmuşdur. Məhkəmə tərəfindən 2(008)-2256/2023 №-li işi üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən: «Mən ona 121000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm» cümləsinin sonradan əlavə edilib-edilməməsi barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün olmamışdır. «Mən ona 121000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm» cümlənin altındakı iti bucaq işarəsi əvvəl «Z» işarəsi olmamışdır. Hazırda iddiaçı 110450 manat pulun cavabdehə qaytarmaq şərtilə cavabdehin ailəsi ilə birlikdə həmin evdən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən çıxarılması üçün onun oradakı sahibliyi qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə olan sahibliyi qanunsuz deyil. Belə ki, həmin evin ilk sahibi olan iddiaçı könüllü evin açarını ona təhvil vermiş, evdə abadlaşdırma işlərinin aparılmasına, abonent kodlarının onun adına keçirilməsinə razılıq vermişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, razılaşdırılmış məbləğin müəyyən hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Həmin ödənilməmiş məbləğin miqdarı hazırki iş üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə buna dair araşdırma aparmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə düşdüyü zərərin cavabdehdən tutulmsası barədə iddia tələbi irəli sürə bilər. İddiaçı hazırki iddiasının nə faktiki əsasına, nə də hüquqi əsasına dair sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1187/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1187/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver