Məhkəmə qərarları › İş №2(102)-3375/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3375/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3375/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və evin boşaldılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09.02.2018-ci il tarixli 3M-36 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixədək faizsiz qaytarılması şərtilə 125000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 125000 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

3. Kreditin ödənmə vaxtı çatdıqda cavabdehlərə Gənc ə şəhəri 2 saylı notariat ofisi tərəfindən 26 fevral 2020-ci il tarixli 228 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 125000 ABŞ dolları məbləğində pulun və 503 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə verilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satıldıqdan 1 ay sonra cavabdehlərin evdən çıxarılması, onların həmin evə istifadə hüquqlarının itirilməsi və evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmi şdir ki, Cavabdeh1 borcun ödənilməsindən müxtəlif müdafiə üsulları taparaq yayınmaq niyyətindədir. Cavabdehlərə borcun ödənilməsi, həmçinin tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmiş və bildiriş qanunla müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır.

6. Məhkəmə iclasında Cavabdeh1 maddi imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini, hazırda digər cavabdeh olan bacısı Cavabdeh2 ilə birlikdə həmin evdə yaşadıqlarını və iddiaya etirazı olmadığını bildirmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 001-03/22 nömrəli daşınmaz əmlakın qiymətləndirilməs inə dair rəyi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin likvid qiyməti 49000 manat, bazar dəyəri 51000 manat müəyyən edilmişdir.

8. Gəncə Şəhər Мəhkəməsinin 2(125)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 385.1, 427.3, 442, 448.1 və 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 39.3 və 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4, və 218-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və evin yenidən qiymətləndirilməsi aparılmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan evin real bazar qiymətini müəyyən etməmiş, bununla da iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir. Belə ki, işə baxan məhkəmə evin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etsə də, o, Bakı şəhərində xəstə olduğu üçün evdə olmamışdır. Buna görə də, evdə ekspert tərəfindən qiymətləndirmə aparılmamışdır. Nəticədə dəyəri 130000 manat ətrafında olan evin çox aşağı qiymətə satışa çıxarılması qət edilmişdir. Bu isə mülkiyyətçi kimi onun hüququnu pozmuşdur. Bundan başqa, məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etmədən, evin qiymətinin müəyyən edilmiş 49000 manatdan qat-qat baha olmasına baxmayaraq evdə yeni qiymətləndirmə aparmamı ş, bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-157/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından borcalan cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarına əsasən iddiaçı mü qavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu kredit müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun göstərilən məbləğdə borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda göstərilən normaları, ekspert rəyi və iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur.

16. Məh kəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh2 məhkəmə bildirişi göndərmiş, lakin cavabdehə göndərilmiş zərfin üzərində “bu ünvanda yaşamır qeydi” yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş k imi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

17. Məhkəmə kollegiyası ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin aşağı hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, kollegiya tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdehlər ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspert rəyinin verilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə kollegiyası tərəfindən cavabdehlərin bu hərəkəti işə baxılmasının qəsdən yubadılması kimi qiymətləndirilmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri və onun nümayəndəsinin vəsatəti əsasında ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiz asının keçirilməsində iştirak etməməklə, ipoteka predmetinə baxış keçirilməsini mümkünsüz etdiyinə görə ipoteka predmetinin işdə olan ilkin satış qiyməti ilə razılaşmış və apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin daha çox olmasına dair dəlilini əsassız saymışdır.

19. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci (7-ci bənd), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34, 39.3 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 (Vəkil2) apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv e dib işin tam məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və göstərilmişdir ki, səhhəti ilə əlaqədar Bakı şəhərində olduğundan ekspertizanın keçirilməsində iştirak edə bilməmişdir. Halbuki o, ekspertizanın keçirilməsinə etiraz etmir, məhkəmə bu faktı tam araşdırmadan şikayəti təmin etməmiş, müstəqil qiymətləndirilmiş rəy əldə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəf yenidən ekspetizanın təyin edilməsi barədə vəsatət vermiş və 3 oktyabr 2022-ci ildə ekspertiza tə yin edilərək iş ekspertiza mərkəzinə göndərilmişdir. 3 oktyabr 2022-ci il tarixdə çıxarılmış qərardadı icrası üzrə evə baxış keçirilməsi üçün 9 dekabr 2022-ci il tarixətəyin edilsə də, cavabdehlər müxtəlif bəhanələrlə gəlməmişlər və ekspert 16 yanvar 2023-cü ildə sənədi geri qaytarmışdır. Lakin hakim yenə heç bir əsas olmadan işi ekspertizaya göndərmiş, növbəti dəfə ekpertiza təyin etmiş və ekspert baxışı 15 may 2023-cü ilə, yəni 5 aydan sonraya təyin edilmişdir. O və ekspert həmin vaxtı tədqiqat obyektinə baxış keçirilməsi üçün getsə də, cavabdehlər evin qapısını açmamışlar. Halbuki, qonşular bildirmişlər ki, bir gün əvvəl evdə olmuşlar. Bu da onu göstərir ki, hər iki cavabdeh qərəzli olaraq ekspertizanın keçirilməsinə maneə olaraq həmin gün qapını açmamışlar. Bununla da cavabdehlər birin ci instansiyada özlərinin verdiyi vəsatətləri üzrə ekspertizanın keçirilməsinə şərait yaratmamışlar. Nəticədə işə birinci instansiya məhkəməsinə müraciət edildiyi vaxtdan 1 il 3 aydan çox müddətə baxılmışdır. Apellyasiya şikayətində də cavabdehlər ekspertizaların keçirilməsi üçün vəsatətlər vermişlər. Yəni, birinci instansiya məhkəməsində bu vəsatətlərin işin süründürməçiliyi üçün yetərli olduğunu görüb bunu təkrarlamaq qərarına gəlmişlər. Apellyasiya məhkəməsi də eyni qaydada onların vəsatətlərini təmin etməkdə davam etmişdir. 13 oktyabr 2023-cü ildə yenə də ekspertiza təyin edilmişdir. İlk öncə ekspert tədqiqat obyektinə baxışı 29 noyabr 2023-cü ilə təyin etsə də, cavabdehlərin vəkili bildirmişdir ki, gəlirlər və cavabdehlər Gəncədədirlər. Ancaq axşama kimi ekspertlə gözləsələr də, cavab dehlər süni şəkildə ekspertizanın aparılması üçün gəlməmişlər. Bundan sonra artıq 4 dəfə iş ekspertə göndərilsə də, cavabdehlərin bunu ancaq süründürməçilik üçün verdiklərini bildirsə də, hakim yenə işi ekspertizaya göndərmişdir. 30 yanvar 2024-cü ildə də təyin edilmiş ekspertizanın keçirilməsi üçün cavabdehlər Gədəbəydə olduqlarını bildildirərək gələcəklərini bildirsələr də, axşama kimi nə vəkilləri, nə də ki özləri gəlməmişlər. Bununla hakimə və ekspertə hörmətsizlik etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yer inə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir.

26. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləş dirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

31. Maddə

34. Əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetin ə yönəldilməsi hüququnu yaradır.

32. Maddə

36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

33. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

34. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipote ka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə ilkin satış qiymətinə dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası ipoteka predmetinin hərracda ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar ekspertiza keçirilməməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə qiymət verərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin cavabdehlər ekspertizanın keçiri lməsində iştirak etmədiyindən ekspert rəyinin verilməsi mümkün olmamışdır.

45. Cavabdehlərin bu hərəkətinin işə baxılmasının qəsdən yubadılması kimi qiymətləndirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda, həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

46. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər v ə onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

47. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir. Başqa sözlə, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

48. Məhkəmə kollegiyası qeyd olunanla ra əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-157/2024 nömrəli 15 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar