Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-60/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Abdülhəsən oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili, özbaşına tikiliyə sahiblik hüququ, hüququn keçməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Abdülhəsən oğlunun Cavabdeh qarşı “özbaşına tikili, özbaşına tikiliyə sahiblik hüququ, hüququn keçməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, yaşayış sahəsindən çıxarılma” tələbin ə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4165/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən 300 kv metr torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilimiş sahəsi 500 kv metr olan ev 2008-ci il tarixdən Sabunçu Bələdiyyəsi tərəfindən İddiaçı Abdülhəsən oğlunun adına vergi qeydiyyatına alınaraq hökümət ödəniş portalında qeydiyyatdan keçmişdir, əmlak və torpaq vergiləri İddiaçı Abdülhəsən oğlunun adından ödənilir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyya ta alınmamışdır. 2. 2022-ci ilin yanvar ayında İddiaçı Abdülhəsən oğlu ilə Cavabdeh arasında sözügedən evin alqı-satqısı barədə razılaşma olmuş, evin dəyəri 170000 manata razılaşdırılmış, ev Cavabdeh təhvil verilmiş, Cavabdeh evdə abadlaşdırma işləri apararaq orada yaşamağa başlamışdır. 3. 10 mart 2022-ci il tarixdə İddiaçı Abdülhəsən oğlunun razılığı əsasında evə dair qaz və işıq üzrə abonent kodları Cavabdeh adına keçirilmişdir. Hazırda həmin evə görə bələdiyyənin vergi qeydiyyatında İddiaçı Abdülhəsən oğludur.
4. Talıblı X4 adlı şəxs tərəfindən aldadılaraq evinin ələ keçirilməsi barədə 25 oktyabr 2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, həmin X7 müstəntiqi tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Talıblı X3 Fikrət Dağıstan oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona ödədiyi 110450 manat pul məbləğinin geri qaytarılmasını və cavabdehin ailəsi ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin noyabr ayında böyük oğlu Ceyhun Talıblının cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi ilə əlaqədar ailələrində böyük bir faciə yaşanmış, həmin vaxta kimi özü və hər iki oğlunun ailəsi bir evdə yaşamışdır. Qərara gəlmişdir ki, belə bir vəziyyətdə yaşayış evini sataraq hər iki oğlu və özü üçün ayrı-ayrı 3 ev alsın. Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev ( keçmiş Anaşkin küçəsi) küçəsində 300 kvadrat metrlik torpaq sahəsində tikdirdiyi 500 kvadratmetr sahəsi olan 3 mərtəbəli yaşayış evini satmaqda kömək etmələri üçün maklerlərə müraciət etmiş, tez satılması üçün evi dəyərindən qat-qat aşağı – 350000 manata satışa çıxarmış, sonradan internetdə evin qiymətini 180 min göstərməklə elan da yerləşdirmiş, cavabdehlə 170000 manata razılaşmışıdr. Cavabdeh 16000 manata dəyərləndirdiyi 2009-cu il buraxılışlı “Toyota-Prius” markalı avtomobili, az sonra isə 2005ci il buraxılışlı “Lexsus” markalı avtomaşını 16500 manata dəyərləndirərək pul əvəzinə, daha sonra şəhərin müxtəlif yerlərində müxtəlif vaxtlarda cəmi 12950 manat, həbsdə olan oğlunun qaynatasına onun razılığı ilə 60000 manat, cəmi 110450 manat pul vermişdir. Cavabdeh onu inandıra bilmişdi ki, oğl u həbsdən azad etdirəcəkdir. Cavabdehə inandığı üçün evdə yüngül təmir işi aparacağına görə evin açarını ona vermişdir. Cavabdeh 2 ay müddətinə qalan 60000 manatı verəcəyinə inandırmış, bu səbəblə onun bütün əşyaları evdə qalmış, çünki tam alqı-satqı yekunlaşmamışdır. Cavabdehin evə onun icazəsi olmadan ailəsi ilə birlikdə köçdüyünü, pulun qalan hissəsini vermədiyini, oğlunun işində heç bir dəyişikliyin, hərəkətin olmadığını görəndə narazılıqları başlamışdır. Pulunu qaytarması şərtilə evdən çıxmalarını tələb etmiş, lakin tələbinə əməl edilmədiyindən polisə şikayət etmişdir. xx.xx.2022-ci il tarixli qərarla Nərimanov rayon Polis İdarəsində cinayət işinin başlanması rədd edilmiş, daha sonra belə bir qərar xx.xx.2023-cü il tarixdə də təkrarlanmışdır. Bu günə kimi cavabdeh 60000 manat qalan pu lu ödəməyərək min bir bəhanə edir ki, evin çıxarışını ver. 20 il yaşadığı evin çıxarışını düzəltməmişsə və yaxud mövcud vəziyyətdə sənədsiz evlər milyonlarladırsa, necə olar ki, o, sənədi düzəldəcəyinə söz vermiş olsun.
15. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, ev almaq üçün müxtəlif elan saytlarına baxırdı. Bu zaman İddiaçı mübahisəli evinin satışda olduğunu öyrəndi və evə baxış keçirdikdən sonra evi bəyəndi. Ev sahibi İddiaçı evin sənədlərini gətirməsini xahiş etdi, lakin satıcı İddiaçı oglu evin sənədlərinin olmadığını və bu yaxınlarda düzəldəcəyini və alan adamın adına mülkiyyət hüququnu təsdiq edən sənəd verəcəyini bildirdi. Evin qiymətini 170000 manata razılaşdılar. İddiaçı xahiş etdi ki, evin satış qiyməti olan 170000 manatdan 121000 manatını ona ödəsin və o, ev in sənədlərini düzəltdikdən sonra evi adına keçirərək qalan 49000 manatı ona ödəsin. Həmin razılaşma əsasında İddiaçı ilə aralarında xx.xx.2022-ci il tarxili akt yazdılar. Bundan əlavə evin ödənişini edən zaman iddiaçı və onun qohumlarının iştirakı ilə “evin pulunun verilməsi və halallaşma” videosu çəkilmişdir. Razılaşmaya əsasən 121000 manatını ödədikdən sonra, sənədlər düzələnə kimi o, evə köçəcəkdi və evdə bəzi təmir işləri görəcəkdi. Cavabdeh evə köçdü, evdə təmir bərpa, təmir işləri gördü. Lakin evi aldığı gündən bu günə kimi İddiaçı evin sənədlərini düzəltmədi. Bu səbəbdən də evin pulundan qalıq qalan 49000 manatı ona ödəməmişdir. Artıq 2 ildir ki, o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Həmin evin qaz, işıq, su sayğacları onun adınadır. Evdə bir çox təmir işləri və yenidənqurma i şləri aparmışdır. Hazırki iddia tələbi heç bir hüquqi faktı əks etdirmir. İddiaçı ərizədə qeyd etmişdir kı, guya kı, o, onun oğlunu cinayət məsuliyyətindən azad etdirəcək. Halbuki aralarında bu barədə heç bir müqavilə olmamışdır. İddiaçı evini satan zaman elan saytına yerləşdirdiyi evin dəyərindən cüzi endirim etməklə evi ona satmışdır. İddiaçı ümumiyyətlə aktın saxta olduğunu, orada yazılanların sonradan əlavə olduğunu göstərir. Lakin 5/1134/-5/11394/1395 N-li, xx.xx.2023-cü il tarixli ekizpertiza rəyindən də görünür ki, iddiaçının iddia etdiyi kimi, aktda heç bir sonradan əlavə yoxdur. Yazılanlar silinməyib və dəyişiklik olmayıb. İddiaçı nə zaman evin sənədlərini düzəltdirib adına keçirsə, o zaman da ona qalan 49000 manat məbləği ödəməyə hazırdır.
16. Cavabdeh məhkəməyə iddiaçı ilə arası nda tərtib olunduğunu bildirdiyi xx.xx.2022-ci il tarixli akt təqdim etmiş, həmin akt aşağıdakı məzmunda olmuşdur: “Mən X1 Səxavətdən Əbdülhəsən oğlundan Sabunçu rayon Əliyar Əliyev ev 32-də yerləşən (üç mərtəbəli) mənzili 170000 min manata razılaşdım. Mən ona 121 000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm (bu yazının ardı ilə “zet” işarəsinin yazıldığı görünür). Bundan sonra digər xəttlə icra edilmiş “oxudum və öz imzamla təstiqləyirəm”. İddiaçı Əbülhəsən oğlu(imza) imzanı təsdiq edirəm: Cavabdeh (imza)".
17. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2256/2023 saylı, 31 may 2023-cü il tarixli qərardadı ilə sənədlərin məhkəmə texniki ekspertizası, məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “Mən ona 121000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm” cümləsinin sonradan əlavə edilib-edilməməsi barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün olmamışdır. “Mən ona 121000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm” cümlənin altındakı iti bucaq işarəsi əvvəl “Z” işarəsi olmamışdır.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1187/2024 nömrəli iş üzrə 12 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Tahirə Əsədova)
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli mənzildən çıxarılması üçün onun oradakı sahibliyi qanunsuz olmalıdır, halbuki cavabdehin mübahisəli evə olan sahibliyi qanunsuz deyil. Belə ki, həmin evin ilk sahibi olan iddiaçı könüllü evin açarını on a təhvil vermiş, evdə abadlaşdırma işlərinin aparılmasına, abonent kodlarının onun adına keçirilməsinə razılıq vermişdir.
20. Məhkəmə qeyd etmişdir ki, razılaşdırılmış məbləğin müəyyən hissəsinin cavabdeh tərəfindən ödənilmədiyi işin mübahisəsiz halıdır və iddiaçı evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə düşdüyü zərərin cavabdehdən tutulması barədə iddia tələbi irəli sürə bilər.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 164.1, 164.2 və 165.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədsiz olsa da, statusu paylı olan mülkiyyətlərindəki ev bir oğlu həbsxanada olsa da, digər oğlu məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı qismində tanınmasını xahiş etmiş, gəlini isə ev əşyaları mübahisəli olduğu üçün maraqlı şəxs kimi məhkəməyə müraciət etmişdir. Hakim isə bu faktlara toxunmamışdır. 3 ailənin sahiblik və istifadəsində olan ev necə başqa şəxsə keçə bilər. Bir halda ki, söhbət alqı-satqı müqaviləsinin ləğvindən getmir, ödənilmiş pul məbləğinin geri qaytarılması və evdən çıxarılmadan gedir. O “akt” deyilən o vaxt mühüm və əsaslı ola bilər ki, hansısa qanunun aliliyinə kölgə salmamış olsun. Həmin aktı məhkəmə alqı-satqı müqaviləsi kimi dəyərləndirərək cavabdehin evə sahiblənməyini qanuni və əsaslı hesab edir. Lakin həmin aktda alqı-satqıdan deyil, evin alqı-satqısı üçün razılığa gəlməkdən söhbət gedir. Belə ki, əgər aktdırsa, bu 2 nəfər arasında bağlana bilməz. Əgər müqavilədirsə, notariat orqanında təsdiq olunmalı idi. Deyək aktdır, yaxud müqavilədir. Bu kağızın hüquqi dəyəri hər nədən ibarət olur olsun, orada yalnız razılaşmadan söhbət gedir. Qalan 49000 manat pulun isə sənədlər hazır olduqdan sonra iddiaçıya ödənilməsi nəzərdə tutulsa belə, bu cür razılaşma notariat əməliyyatların aparılması qaydalarına görə müddət göstərilmədikdə hüquqi qüvvəsi 1 il nəzərdə tutulur. Kommunal xidmətlərin ödənilməsi üçün abonent kodlarının cavabdehin adına keçirilməsi alqı-satqı müqaviləsinin bağlanması faktı kimi nəzərdən keçirilə bilməz. Kommunal xidmətlərə görə xərclər faktiki istehlak, istifadə həcmində ödənil ir.
15. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda şikayətin əsassız olduğu bildirilərək qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4165/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1187/2024 saylı iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmamışdır. (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov)
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır. Tərəflərin tərtib etdikləri “Akt” adlandırılan qəbz i ilkin alqı-satqı müqaviləsi kimi qiymətləndirmək də mümkün deyildir - belə ki, daşınmaz əmlakın ilkin alqı-satqısına dair müqavilə əsas müqavilənin formasına uyğun bağlanmalıdır. Beləliklə, tərəflər arasında hər hansı etibarlı müqavilə münasibəti yaranmamışdır və iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə ilə bağlı müddəlarına istinad oluna bilməz. Bu kontekstdə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin sahibliyin müdafiəsi ilə bağlı müddalarının nəzərdən keçirilməsi mümkündür.
18. Hazırkı iş üzrə müəyyən olunan odur ki, iddiaçı sözügedən ev üzərindəki sahiblik hüququnu öz iradəsi əsasında cavabdehə vermiş (ötürmüş) və cavabdeh bunun müqabilində ona ödəməli olduğu pulun bir hissəsini ödəmədiyi üçün hazırda baxılan iddia tələbini irəli sürm üşdür. Qanunvericiliyin mənasına görə isə, sahiblikdən məhrumetmə və onu pozma o halda qadağan edilmiş özbaşınalıq sayılır ki, bu hal sahibin iradəsi olmadan baş versin. Əgər sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmuşdursa, sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. İşin hallarının ağlabatan mühakimə əsasında təhlili o qənaətə gəlməyə əsas verir ki, cavabdehin əmlaka sahibliyi “qadağan edilmiş özbaşınalıq” yolu ilə əldə olunmuş sahiblik hesab edilə bilməz və birinci instansiya məhkəməsinin “iddiaçı evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə düşdüyü zərərin cavabdehdən tutulması barədə iddia tələbi irəli sürə bilər” qənaəti işin hallarına uyğun qənaətdir.
19. Məhkəmə mövqeyini Konstitusiyanın 13, 29 və 43-cü, Mülki Məcəllənin 5.3, 11.1, 14.2.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 178.1, 180.1, 180.2, 181.4, 337.5, 351.1, 385, 386.1, 390.1, 390.2, 394, 402.1, 402.2, 406.1, 425, 442 və 567-ci maddələri, “Normartiv hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.11ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 382, 384, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2 Babalı oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4165/2024 saylı qətnaməsi tam ləğv olunması və iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
22. İddiaçı şikayətini Mülki Məcəllənin 152, 157, 215, 228, 560, 646, 647-ci, Mülki Prosessual Məcəllənin 76, 104 və 418-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 2001-ci il 27 iyul tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008- ciil tarixli qərarına istinad eddilmişdir. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin pri nsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir
29. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bil ər.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır
35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
36. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır
37. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər
38. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
39. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur
42. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ baş qa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər
43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
44. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
45. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
49. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyət i və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
50. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
51. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
52. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
53. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrin i icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
54. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
55. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası məruzəçini dinl əyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
66. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-c i maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4165/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.