Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3710/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilkin müqavilə-əsas müqavilə, iddia müddəti, iddia müddətinin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-830/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2014-cü il tarixli Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş ilkin müqavilədən görünür ki, Hüseynov Rövşən Lətif oğlu ilə İddiaçı arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34,80 kv.m. otaq olan sahəni cəmi 30.000 manata satmaq barədə razılığa gəlmişlər. İddiaçı razılaşdırılmış qiymətdən 20.000 manatı R.Hüseynova ödəmiş, qalan 10.000 manatı isə əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi öhdəsinə götürmüşdür;
3. AZ-İİ № 214587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Rövşən Lətif oğlu xx.xx.2021-ci ildə ölmüşdür;
4. Abşeron Rayon RPİ-nin “cinayət işi başlanmasını n rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir;
5. Abşeron rayon 1 saylı Notariat ofisindən surəti əldə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən aydın olur ki, mərhum Hüseynov Rövşən Lətif oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlaklar Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.0092 ha olan torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m. olan mənzil, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m. olan mənzil ünvan 3 ünvanında yerləşən ümumi s ahəsi 68.7 kv.m. olan mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m. olan mənzil, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m. olan mənzil, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m. olan mənzil, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m. olan mənzil, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. olan mənzildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 20.000 manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər mərhum Hüseynov Rövşən Lətif oğlunun övladl arıdır. Rövşən Hüseynov Abşeron rayonu Digah qəsəbəsində tikinti işləri ilə məşğul olurdu. İddiaçı 2014-cü ilin aprel ayında Digah qəsəbəsində 3 mərtəbəli ev inşa etdiyini bildirmiş və həmin evin 1-ci mərtəbəsində 35 kv.m. obyekt kimi satmaq istədiyini deyərək onunla razılığa gəlmiş və həmin obyekti 30.000 manata ona satmışdır. xx.xx.2014-cü il tarixdə onunla Rövşən Hüseynov müqavilə bağlamış və həmin müqaviləyə əsasən ilkin olaraq 20.000 manat pul ödəmişdir. Qalan 10.000 manat məbləği isə bina tam hazır olduqdan sonra verəcəyini bildirmiş və R.Hüseynov onunla razılaşmışdır. Aralarında olan danışıqlardan bir neçə il keçməsinə baxmayaraq obyektin tikintisi Azərbaycan Respublikasında devalvasiya olduğundan yarımçıq qalmışdır. R.Hüseynov onu aldatmış və təxminən bir il bundan əvvəl onun öldüy ünü bilmişdir. Bundan sonra həmin obyektə getmiş, R.Hüseynovun birgə işlədiyi payçılar Samir və Mehmana onunla bağladığı müqaviləni göstərmişdir. Həmin payçılar obyektin mərhum R.Hüseynov tərəfindən ona satılmasından xəbərdar olduqlarını və həmin pulun onlar və mərhum R.Hüseynov vərəsələri (cavabdehlər) tərəfindən qaytaracaqlarını bildirsələr də, sonradan 20.000 manat pulu ona ödəməkdən imtina etmişlər. Bu barədə DİN-nə müraciət etmiş və sənədlər araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum Hüseynov Rövşən Lətif oğlunun notarial qaydada təsdiq olunmuş vərəsələridir. Cavabdeh1 ona bildirmişdir ki, mərhum atası R.Hüseynov fərdi sahibkarlıqla məşğul olsa da o, atasının işlərinə heç vaxt müdaxilə etməmiş və onun kiminləsə hər hansı bir müqavilə bağlamasından, alqı-satqı etməsindən və digər əməliyyatlar aparmasından xəbəri olmamışdır. Digər cavabeh Cavabdeh2 da eyni məzmunda izahat vermişdir.
8. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya qarşı etirazla, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tamamilə əsassız olduğundan rədd ediməlidir. Qeyd olunan iddia tələbi üzrə İddiaçı mərhum Hüseynov Rövşən Lətif oğlu ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlaka dair müqavilə bağladığını və həmin müqavilə üzrə mərhum R.Hüseynova 20.000 manat pul vəsaitinin ödədiyi qeyd etmişdir. Bildirir ki, iddiaçının iddia etdiyi müqavilə üzrə tələb hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlav ə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddiaçı qeyd olunan müqavilənin bağlanılma tarixi kimi xx.xx.2014cü il qeyd etmişdir. Bu isə qanunla nəzərdə tutulan iddia müddətinin ötürülməsi anlamına gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik imperativ formada ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərmələrini, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavi lə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlamalarını müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilədə tərəflər arasında əsas müqavilənin hansı müddətdə bağlanması öhdəliyi göstərilmədiyindən, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində, yəni xx.xx.2015-ci il tarixədək bağlanmalı olduğu halda bağlanmamış, belə olan halda Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən ilkin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, bu hal satıcının həmin tarixdən sonra heç bir hüquqi əsas olmadan əsassız varlanmasına və məhrum olanın tələb hüququnun yaranmasına səbəb olmuşdur, lakin hal-hazırda cavabdeh vərəsələr iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmiş lər.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 402, 1091.2, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdə Hüseynov Rövşən Lətif oğlu ilə Abşeron rayon 1 saylı notariat kontorunda “İlkin Müqavilə” bağlamışdır və həmin ilkin müqaviləyə əsasən:
1. Hüseynov Rövşən Lətifoğlu Abşeron rayon, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34,80 kv.m. otaq olan sahəni “ikinci tərəf” İdd iaçı satmaq barədə razılığa gəlmişlər. 2. “İkinci tərəf” satılan sahənin qiymətini cəmi 30.000 manata razılaşmışlar. 3. “İkinci tərəf” satılan sahənin razılaşdırılmış qiymətindən 20.000 manatı hazırkı müqavilə bağlanan gün notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Satıcıya ödəyir. Qalan 10.000 manatı “İkinci tərəf”əmlaka dair sənədlərin rəsmiləşdirilmə zamanı ödəməyi öhdəsinə götürür. 4. “Birinci tərəf” razılaşdığımış sahəyə dair 30.000 manatdan 20.000 manatı Notariusun Bankda olan depozit vasitəsi ilə ödənildi.Qalan 10 000 manatın isə sənədlərin rəsmiləşdirilən zaman ödənilməsinə etiraz etmir.
5. Həmin evi 3 (üç) gün müddətində boşaldılıb “İkinci tərəf”ə verilməsini Hüseynov Rövşən Lətif oğlu öz üzərinə götürdü.
6. İlkin müqavilə üzrə öhdəliklər vərəsəlik üzrə keçə bilər.
7. Mü qavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə, tərəflərin həmin müqavilə üzrə mübahisələri olduqda onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
8. Müqavilə üzrə notariat xərcləri İddiaçı tərəfindən ödənildi.
9. Müqavilə 3 (üç) nüsxədən ibarət tərtib və təsdiq edildi, onlardan biri notariat kontorunda saxlanıldı, digər nüsxələr tərəflərə verildi.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Lalə Rəhimli – sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Fuad Məmmədov) 2(105)-830/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(012)-3 258/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, 10.000 manat və dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pul vəsaitinin Cavabdeh1, 10.000 manat və dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası mübahisənin düzgün həlli üçün əvvəla cavabdeh kimi göstərilmiş şəxslərin iddia tələbi üzrə cavab verməli olan şəxslər olmasını müəyyən etmək üçün iş üzrə sorğu vermiş və vərəsəlik işini tələb etmişdir. Həmin işdən müəyyən edilmişdir ki, həqiqətən də iş üzrə cavabdehlər ilkin müqavilə üzrə digər tərəfin vərəsələridirlər və miras əmlaklar üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr almışlar.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan ilkin müqavilənin 3-cü bəndinin ikinci cümləsində göstərilən “qalan on min manatı ikinci tərəf əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi öhdəsinə götürür” ifadəsi tərəflərin əsas müqaviləni hansı müddətdə bağlanmasını müəyyən etmişdir. Digər tərəfdən, tərəfin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, mübahisəli otaq nəinki rəsmiləşdirilməyib, hətta tikilib təhvil verilməsi üçün hazır deyildir. Belə olan halda, kollegiya apellyasiya şikayətinin dəlili ilə razılaşaraq hesab etmişdir ki, ilkin müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilmədiyindən, iddiaçının qanunla qorunan hüquqlarının müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddəti də keçməmişdir.
17. Apellyasiya instansi yası məhkəməsi iddia tələbinin “obyektin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisəli tikilinin mövcudluğu sübuta yetirilmədiyindən və ilkin müqavilə ilə müəyyənləşdirilmiş qiymət 30.000 manat məbləğində pul vəsaiti tam ödənilmədiyindən, iddia həmin hissədə təmin oluna bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372, 385.1, 386.1, 389.1, 402.1, 402.4, 402.5, 404.1, 404.2, 425.1, 442, 443.1, 752.1, 1133.1, 1151.1, 1306.1-ci maddələrinə, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsinin qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişlər.
20. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında mübahisə predmeti qismində iddia etdiyi əmlakı gah “obyekt”, gah da “ev” adlandırması na, yəni iddiaçının özünün belə tələblərinin qeyri-müəyyən olmasına, tələblərini əsassız hallara istinad edərək müdafiə etməsinə, eləcə də İddiaçı ilə hazırkı mübahisənin digər tərəfi olan Hüseynov Rövşən Lətif oğlunun ölməsi ilə əlaqədar aralarında keçən danışıqların hər hansı digər şahidi və digər mötəbər sübutların olmamasını nəzərə almamış, nəticədə işin faktiki hallarına uyğun gəlməyən əsassız və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının heç bir sübuta söykənməyən iddiasına əsaslanaraq mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında faktiki olaraq podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Lakin məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını hərtərəfli, tam və obyektiv şəkildə araşdırmamış, ümumiyyətlə tələbin nədən ibarət olduğ unu, qeyd edilən sahənin yerləşdiyi binanın həmin dövrdə tikilib hazır vəziyyətdə olub-olmaması faktını və həmin binada yerləşən mənzillərə dair mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların həmin dövrdə və ümumiyyətlə mövcud olub-olmaması faktını araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
21. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Hüseynov Rövşən Lətif oğlunun satmağa razı olduğu sahənin iddiaçıya təhvil verilməsi müddəti müəyyən olunmamış və öhdəliyin icrası müddəti müəyyən olunmadığından öhdəliyin icra olunmaması kimi bir iddianın irəli sürülməsi absurddur. İddiaçı özünün ərizəsində öhdəliyin tam icra olunmadığını qeyd etmiş, eyni zamanda işə baxan məhkəmə də, iddiaçının bu tələbinə istinad etmiş, lakin i lkin müqavilə üzrə öhdəliyin nə zamanadək icra olunmasının müəyyən olunmadığına diqqət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ilkin müqavilədən görünür ki, həmin müqavilədə konkret olaraq tarix göstərilməsə də, vaxt müəyyənləşdirmişlər. Belə ki, ilkin müqavilənin 3-cü bəndindən göründüyü kimi tərəflər ilkin müqavilənin son günü barədə müddət göstərməsələr də əslində həmin bənddə qeyd edilmişdir ki, “Qalan 10.000 min manatı “ikinci tərəf” əmlaka dair sənədlərin rəsmiləşdirmə zamanı ödəməyi öhdəsinə götürür”. Deməli, həmin bənddən belə məlum olur ki, əsas müqavilə, yəni alqı-satqı müqaviləsi əmlaka dair çıxarış əldə edilərək sənədlərin rəs miləşdirilməsi zamanı həyata keçirilməsi nəzərdə tutulmuşdur. İlkin müqavilənin 5-ci bəndindən göründüyü kimi ev hazır olduqdan sonra 3 gün müddətində Rövşən Hüseynov evi təhvil verməyi öz üzərinə götürmüşdür. Lakin ev bu günə qədər hələ də hazır olmamışdır. Əslində tərəflər arasında əsas müqavilənin bağlanması üçün müddət olaraq müqavilə predmeti olan evin hazır olması və müvafiq çıxarışla evin alqı-satqısının həyata keçirilməsi anı müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2:
24. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sü rülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti ya lnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
31. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
32. Maddə 385.1. Öhd əliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
35. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin g örülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
36. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
37. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
38. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
39. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağ lanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
42. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varl anmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
46. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
47. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
49. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Baxılan işdə İddiaçı ilə cavabdehlərin miras qoyanı Rövşən Hüseynov arasında müqavilə öhdəliklərinin yaranması işin mübahisəsiz halıdır. Belə ki, 14 aprel 2014-cü ildə onlar arasında Abşeron rayonu Digah qəsəbəsində fərdi yaşayış evindən 34.80 kv.m. sahənin R.Hüseynov tərəfindən İddiaçı 30.000 manata satılması barədə ilkin müqavilə bağlanmışdır. Müqavilədə İddiaçı tə rəfindən Rövşən Hüseynova həmin məbləğin 20.000 manatının əqd bağlanan gün ödədiyi qeyd olunmuşdur (§ 2).
59. İddiaçı qeyd olunan müqavilədən irəli gələn öhdəliyin yerinə yetirilmədiyinə, Rövşən Hüseynovun vəfat etdiyinə istinadən 30 may 2023-cü il tarixdə sonuncunun vərəsələri olan cavabdehlər Elçin və Cavabdeh2lara qarşı hazırkı iş üzrə iddia tələblərini irəli sürmüşdür (§ 6-7).
60. Cavabdehlər isə iddia müddətinin keçməsinə görə iddianın təmin edilməməsini xahiş etmiş və bu barədə ərizə vermişlər (§ 8).
61. Birinci instansiya məhkəməsi ilkin müqavilədə müddət göstərilmədiyini, bu səbəbdən onun bağlandığı vaxtdan bir il keçdikdən sonra öhdəliklərə xitam verildiyini, həmin vaxtdan R.Hüseynovun əsassız varlanmış sayıldığını və iddia müddətinin keçdiyini nəzərə alaraq iddianı rədd etmişdir (§ 9-10).
62. Rayon məhkəməsi ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ilkin müqavilədəki “qalan on min manatı ikinci tərəf əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi öhdəsinə götürür” ifadəsi tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamasını müəyyən etmişdir, mübahisəli otaq nəinki rəsmiləşdirilməyib, hətta tikilib təhvil verilməsi üçün hazır deyil, belə olan halda, ilkin müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilməmişdir, iddia müddəti də keçməmişdir (§ 14-16).
63. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmişdir.
64. Belə ki, məhkəmələr tərəfindən həll edilməli olan mübahisəli məsələ hazırkı tələb üzrə iddia müddət inin keçib-keçməməsi olmuşdur.
65. Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 25-26).
66. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır.
67. Bu səbəbdən qanunda nəzərdə t utulmuşdur ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 29).
68. Kollegiya vurğulayır ki, bu xarakterli mübahisə həll edilərkən tələbə hansı iddia müddətinin tətbiq edilməsinin və müddətin əvvəlinin hansı tarixdən başlamasının düzgün və dəqiq şəkildə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının, belə müddət keçdikdən sonra iddianın təmin olunması ərizə vermiş cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.
69. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbət ən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (§ 27-28).
70. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 30-31).
71. Baxılan işdə göstərilən məsələlərin düzgün həlli üçün məhkəmə ilk növbədə iddiaçı ilə cavabdehlərin mirasqoyanı arasında hansı növ müqavilə münasibətlərinin yarandığını, həmin müqavilədən irəli gələn öhdəliklərin nə vaxtdan pozulduğunu, buna müvafi q olaraq iddia müddətinin də hansı tarixdən başlamasını müəyyən etməli idi.
72. Apellyasiya məhkəməsi qətnaməsində adları çəkilən şəxslər arasında bir tərəfdən ilkin müqavilədən irəli gələn münasibətlərə istinad edir, digər tərəfdən isə podrat müqaviləsi üzrə münasibətlərin mövcud olduğunu bildirir.
73. Halbuki, həmin hüquq münasibətləri həm mahiyyəti etibarilə, həm də iddia müddətinin hesablanması baxımından bir-birindən əhəmiyyətli şəkildə fərqlənir.
74. Belə ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (§ 35).
75. Göründüyü kimi, ilkin müqavilə şəxslərin öz iradələri əsasında müqavilə bağlamaq yükü altına girmələr idir. Bu mənada ilkin müqavilə, müqavilə bağlamaq azadlığının istisnalarından biri kimi, tərəflərin öz iradələri ilə bir-birinə (və ya tərəflərdən yalnız birinin digərinə qarşı gələcəkdə üçüncü bir şəxslə) əsas müqavilə bağlamaq vədidir.
76. Başqa sözlə, ilkin müqavilədə üzərində razılığa gəlinən predmet əsas müqaviləni bağlamaq öhdəliyidir. Bu baxımdan ilkin müqavilə öhdəlik yaradan (borclandırıcı) əqdddir, həmin öhdəlik əsas müqavilənin bağlanmasıdır. Bunun üçün hər iki tərəf üzərinə götürdüyü öhdəliyi icra etmiş olmalıdır. İlkin müqavilə üzrə kreditor təktərəfli iradə bəyanı ilə əsas müqaviləni əmələ gətirə bilməz.
77. İlkin müqavilədə gələcəkdə bağlanacaq əsl müqavilənin məzmununun əsas çərçivəsi müəyyənləşdirilməli, yaxud necə müəyyənləşdiriləcəyi qərarlaşdırılmış olmalıdır. İlkin müq avilənin etibarlılığı ümumi qaydada əqdlər üçün tələb olunan etibarlılıq şərtlərinə tabedir (fəaliyyət qabiliyyəti, iradə bəyanının zədələnməməsi, müvafiq forma şərti və s.).
78. Əsas öhdəlikdə isə tərəflər bağladıqları əqd üzrə sərəncam hərəkətlərinin yerinə yetiriləcəyi barədə razılaşırlar. Məsələn, gələcəkdə inşa ediləcək bir daşınmaz əşyanın alqı-satqısına dair müqavilə bağlanacağı barədə razılaşma ilkin müqavilə, dövlət reyestrində qeydə alınmış konkret daşınmaz əşyanın mülkiyyətinin alıcıya keçirilməsi və alıcının da əşyanın şərtləşdirilən dəyərini satıcıya ödəməsi barədə razılaşma isə əsas müqavilədir (alqı-satqı müqaviləsi).
79. İlkin müqavilədə tərəflər əsas müqaviləni hansı müddətdə bağlayacaqlarını razılaşdıra bilərlər. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsa s müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (§ 38).
80. Göstərilən müddətlər ərzində əsas müqavilə bağlandıqda ilkin müqaviləyə öhdəliklərin icrası səbəbilə xitam verilir (§ 42).
81. Razılaşdırılmış və ya qanunla müəyyən edilmiş müddət ərzində tərəflərdən biri təklif göndərək əsas müqavilənin bağlanmasını tələb etdikdə digər tərəf ilkin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməlidir. Bu öhdəlik icra edilmədikdə təklif göndərmiş tərəf ilkin müqaviləyə istinad edərək qarşı tərəfi əsas müqaviləni bağlamağa məcburetmə iddiası qaldıra və icraya olan mənfəətini məhkəmə qərarı ilə təmin edə bilər. Belə iddia müqavilədən irəli gələn tələb sayıldığı üçün ona iddia müddəti tətbiq edilir, müddətin əvvəli isə öhdəliyin icra vaxtı çatdığı andan hesablanır.
82. Tərəflərin müddət razılaşdırmadıqları ilkin müqavilə üzrə qanunun müəyyən etdiyi bir il ərzində əsas müqavilə bağlanmadıqda və ya bu məqsədlə təklif göndərilmədikdə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (§ 39).
83. Bu hal ilkin müqavilənin (və ondan irəli gələn öhdəliklərin) qanundan irəli gələn əsaslarla ləğv edilməsi deməkdir.
84. Ümumi qaydaya uyğun olaraq, sonradan ləğv edilmiş müqavilə üzrə bir tərəfin daha əvvəl həmin əqd üzrə əldə etdiyi əmlak varsa, bu cür əldəetmə əsassız varlanma təşkil edər. Odur ki, tərəflər arasında ilkin müqavilə münasibətlərinin aradan qalxması həmin əqd əsasında verilmiş əmlaka (pul vəsaitinə, digər əşyaya) münasibətdə əsassız varlanma vəziyyəti yaradır. Ona görə ki, əmlakın əldə olunmasının hüquqi əsası sonradan aradan qalxmış sayıl ır.
85. Məlum olduğu kimi, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma sonralar aradan qalxmış əsasa söykənir (§ 43-44).
86. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (§ 45-46).
87. Bu halda irəli sürülmüş tələbə tətbiq olunan iddia müddəti artıq ilkin müqavilə ilə bağlı olmayıb, məhz əsassız varlanmaya aid iddia müddətidir. Əsassız varlanma tələblərinə qanunda xüsusi iddia müddəti nəzərdə tutulmuşdur. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il son ra müddətin keçməsinə görə qüvvədən düşür (§ 47).
88. Baxılan işdə İddiaçı ilə R.Hüseynov arasında bağlanmış ilkin müqavilədə əsas müqavilənin hansı müddətdə bağlanmalı olduğu göstərilməmiş, bir il müddətində həmin müqavilə bağlanmamış, eləcə də bağlanması üçün təklifin göndərildiyi müəyyən olunmamışdır.
89. Belə olan halda, apelyasiya məhkəməsinin ilkin müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilməməsi barədə mövqeyi, göstərilən şərtlər daxilində həmin öhdəliklərə xitam verildiyini nəzərdə tutan Mülki Məcəllənin 402.5-ci maddəsinə açıqca ziddir.
90. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində müqavilədəki “qalan on min manatı ikinci tərəf əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi öhdəsinə götürür” ifadəsinin tərəflərin əsas müqaviləni hansı müddətdə bağl anmasını müəyyən etdiyini bildirsə də, bu fikri açıqlamamış, sözügedən müddəti özü də konkret şəkildə göstərməmişdir. Nəticə etibarilə, ilkin müqavilədən irəli gələn mübahisəli hüquq münasibətləri üzrə iddia müddətinin başlayıb-başlamadığı, başlamalı olduğu vaxt, bu müddətin hansı səbəbdən keçmədiyi qətnamədən aydın olmur.
91. Məhkəmə həmin fikrin davamı kimi ona istinad etmişdir ki, “ilkin müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilməmişdir”.
92. Halbuki, iddia müddətinin başlanması baxımından müqavilə öhdəliklərinə xitam verilməsi deyil, həmin öhdəliklərin pozulması əhəmiyyət kəsb edir. Çünki, öhdəliyin xitam edilməməsi iddia müddətinin axımının başlamadığı anlamına gəlmir. Qayda olaraq, iddia müddəti məhz xitam edilməmiş öhdəliklərin icra vaxtının çatması anından başlayır. Çünki, icr a vaxtı çatmış öhdəlik yerinə yetirilmədikdə icraya marağı olan müqavilə tərəfinin hüququ pozulmuş olur. Mülki Məcəllənin 377.1-ci maddəsi də nəzərdə tutur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
93. Göründüyü kimi (bir il müddətində təklif göndərilmədiyinə görə), ilkin müqavilə üzrə öhdəliklərə qanuna əsasən xitam verildiyi üçün tərəfin həmin müqavilədən irəli gələn öhdəliyin icrasını tələb etmək hüququ aradan qalxır. Mövcud olmayan bir hüquqa isə iddia müddətinin tətbiqinin müzakirə edilməsinə ümumiyyətlə ehtiyac qalmır.
94. Bu səbəbdən iddiaçının ödədiyi pulun geri qaytarılması tələbinin həlli yuxarıda göstərilən hüquqi mövqelərə görə əsassız varlanma qaydaları çərçivəsində müzakirə edilə bilər.
95. Kollegiya onu da qeyd edir ki, bir müqavilənin ilkin, yoxsa əsas müqavilə olması təkcə onun adına görə deyil, həm də məzmununa görə müəyyən edilir. Əgər ilkin müqavilə əsas müqavilənin məzmununu və tərəflərini özündə ehtiva edirsə, bunu ilkin müqavilə deyil, əsas müqavilə kimi qiymətləndirmək lazımdır. Başqa bir ifadə ilə, tərəflər bağladıqları müqavilə üzrə sərəncamverici hərəkətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlərsə (məsələn, bir tərəf özünə məxsus “Rolex” markalı qol saatını satmağı, qarşı tərəf də onun dəyəri olan 20.000 manatı ödəməyi öhdələrinə götürmüşlərsə), belə razılaşmanı “ilkin müqavilə” adlandırsalar da, əsas müqavilə bağlamış sayılır.
96. Qanuna əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadə sinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (§ 40).
97. Odur ki, mübahisəyə baxan məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq müqaviləni təfsir edərək tərəflər arasında əsas müqavilənin bağlandığı qənaətinə gələ bilər.
98. Belə olan halda mübahisə irəli sürülmüş iddia tələblərindən asılı olaraq müqavilə öhdəlikləri çərçivəsində (onların məcburi icrası və ya icra edilməməsinin nəticələri, bu tələblərə tətbiq edilən iddia müddətləri və s.) həll edilməlidir.
99. Baxılan işdə apelyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, göstərilən hüquqi dəyərləndirmələr aparılmadan ziddiyətli faktlar və hüquqi mövqelər ifadə edilmiş, sadalanan maddi hüquq normaları düzgün tətbiq olunmamış, nəti cə etibarilə qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 53-54).
100. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
101. İddia tələblərinə aidiyyəti hüquq normasının şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
102. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 23-24).
103. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
104. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hal lar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
105. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-830/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına g