Məhkəmə qərarları › İş №2(008)-1197/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1197/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1197/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əri X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X10 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Yeni Suraxanı qəbirstanlığında dəfn olunmuşdur. Təcili tibbi yardım çağırılmış, lakin həkimlər gələnə qədər əri ölmüşdür. Vaxtında ölüm haqqında şəhadətnaməni almamışdır. Hazırda uşaqlarına maddi yardım almaq üçün ölüm faktının müəyyən edilməsi vacibdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi iş çoxluğu ilə əlaqədar işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi X9 ərizənin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, qəbr daşında ölüm tarixi səfvən xx.xx.2018-ci il göstərilmiş, onun əri əslində 2019-cu ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuşdur, Sabunçu rayonunda qeydiyyatdadır (******** №-li şəxsiyyət vəsiqəsi) . X12 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğlumuşdur (052212259 №-li şəxsiyyət vəsiqəsi). xx.xx.1988-ci il tarixdə doğulmuş Əhmədova (Tağızadə) Zəhra Səfərəli qızı xx.xx.1980-ci il tarixdə doğlumuş X12 ilə xx.xx.2006-cı tarixdə nikahlarını bağlamışdılar (AZ-T seriyalı 018525 №-li nikah haqqında şəhadətnamə). Onların yetkinlik yaşına çatmamış iki uşaqları var: xx.xx.2007-ci il tarixdə doğulmuş X13, xx.xx.2014-cü il tarixdə doğulmuş X11 (205532 və 763305 №-lii doğum haqqında şəhadətnamələr). xx.xx.1980-ci il tarixdə doğlumuş X12 xx.xx.2018-ci il tarixdə xəstəxanada qeydiyyatda olmuş, «ağ ciyər xərçəngi» diaqnozu ilə Milli Onkologiya Mərkəzinə göndəriş verilmiş, lakin o, xəstğəxanaya getməmiş, xx.xx.2019-cu il tarixdə «ağciyər vərəmi» diaqnozu ilə 24 №-li BŞX-yə göndəriş verilmiş, lakin o, müayinə və müalicədən imtina etmişdir (12 №-li Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 58 №-li məktub). «Bakı şəhər Təcili və X7 stansiyası» X22 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, çağırış vərəqələrin saxlama müddəti 1 il müəyyənləşdirildiyindən X8 adına çağırış olması barədə məlumat verə bilmirlər (xx.xx.2023-cü il tarixli məktub). X2 ifadə verərək qeyd etdi ki, o, ərizəçinin uzun illərdir ki qonşusudur. Onun əri Əhmədov Rəşad xərçəng xəstəliyindən əziyyət çəkirdi, xx.xx.2019-cu il tarixdə öldü, onun valideynləri oğullarının ölümündən sonra Türkiyyə köçüb getdilər. X1 (ərizəçinin anası) eyni ifadə verdi. Suraxanı rayon Yeni-Suraxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2018-ci il tarixdə ölmüş və Yeni Suraxanı qəsəbə qəbirstanlığının «kimsəsizlər ərazisi»ndə dəfn edilmişdir. Ərizəçinin verdiyi izahata əsasən qəbr daşında ölüm tarixi səfvən xx.xx.2018-ci il göstərilmiş, onun əri əslində 2019-cu ildə ölmüşdür. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X8 qeydiyyat şöbəsində ölüm faktının qeydə alınması mümkün deyil. Hazırda ərizəçi əri X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. . Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Beləliklə, ərizəçinin əri X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı şahid ifadələri ilə, bələdiyyə və tibbi səndlərlə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə doğlumuş X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar