Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1298/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X6, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ona məxsus 5200 manat pul vəsaitinin, və siyahıda adlarını yazdığı Dublyonka - 470 manat, Kostyu 2 ədəd- 400 manat, 4 ədəd dəri ayaqqabı- 280 manat, 3 ədəd poliver- 105 manat, 4 ədəd zamoklu jaket- 200 manat, Dəri kurtka - 200 manat, 2 ədəd papaq - 60 manat, 1 ədəd palto - 160 manat, 6 ədəd şərf - 240 manat, 4 ədəd brend köynək - 480 manat, 4 ədəd qalın şalvar - 280 manat, 3 ədəd Qalstuk jaket - 210 manat, 2 ədəd çəkmə - 240 manat, 2 ədəd kletkalı şalvar - 160 manat, Şəkər aparatı - 40 manat, Təziq aparatı - 60 manat, Şəkər üçnü corab 4 ədəd - 24 manat, Eynək - 100 manat, Qalın kletkalı şərf 2 ədəd - 16 manat, idman geyimi 4 ədəd - 280 manat, Şortik 3 ədəd - 45 manat, əl (burun) dəsmalı 1 paçka - 22 manat, corab 2 paçka - 24 manat, qalın corab 2 packa - 30 manat, mayka 10 paçka - 90 manat, alt paltarı 4 paçka - 20 manat, yorğan və yastıq- 210 manat, ədyal- yay üçün 2 ədəd- 200 manat dəyərində olan geyim əşyalarının və avtomobil üçün komplekt usta alətləri, açarlar, avdanlıqlar- 400 manat, Dinamo- 100 manat, Staçer - 100 manat, 4 ədəd maşın təkəri - 240 manat, Amartizator 4 ədəd - 120 manat avtomobilinin ehtiyat hissələrinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iddia tələbini onunla əsaslandırdı ki, X10 2009-cu ilin aprel ayından, ünvan 1 ünvanında X2 ilə qeyri-rəsmi nikaha daxil olaraq yaşamışdır. Yoldaşı Esmiralda ilə birlikdə COVİD 19 infeksiyasına yoluxaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək Bakı şəhəri Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxanada müalicə almışdırlar. xx.xx.2021 -ci il tarixdə yoldaşı Esmiralda rəhmətə getmişdir. O isə müalicəsi bitdikdən sonra evə gəlmiş və Esmiraldanın qardaşının arvadı, hazırki iş üzrə Cavabdeh evdə olduğunu görmüşdür, lakin Nigar ona evə buraxmamışdır. Buna görə də o, xx.xx.2021 -ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək, Esmiraldanm qardaşının arvadı Nigar tərəfindən evin açarlarının ona verilməməsi, onu evə buraxmaması səbəbindən əşyalarımı götürə bilmədiyinii, həmçinin evdən ona məxsus əşyaların və təqaüd kartının naməlum şəraitdə oğurlandığını bildirmişdir. Onu 17-ci Polis Bölməsinə çağırmışlar və o xx.xx.2021 -ci il tarixdə ərizə 17- ci Polis bölməsinə müraciət edərək bildirmişdir ki, evdə onun Kapital Bank təqaüd kartı olmuş lakin, içindən pul çıxarılmamışdır. Cavabdeh Esmiraldaya aldığı 800 manat dəyərində- 1 ədəd 800 manat dəyərində qızıl üzüyü (10 qr, 4 ədəd brilliant qaşlı, 583 problu), 1 ədəd 600 manat dəyərində qırmızı qaşlı üzüyü (3qr, 583 problu), 1 dəst 500 manat dəyərində sırğa (3qr, ağ daşlı, 583 problu), həmçinin yataq otağında dolaba qoyduğum 10000 manat pulu götürmüş, o və qızı Vəliyeva Kübrə təkid edəndən sonra 4800 manatını qızım Kubraya qaytarıb vermiş, yerdə qalan 5200 manat pulu isə mənimsəmişdir. Bundan başqa cavabdeh mərhum Esmiraldaya aldığı 500 manat dəyərindəki Samsung markalı mobil telefonu da özünə götürmüşdür. Nigara evin açarını kimin verdiyini bilmir, onlar xəstə olanda o heç onlara gəlib getməmişdir. Bundan başqa onun evdə geyim əşyalarını və avtomobilinin ehtiyat hissələri də qalmışdır. O paltarlarının bir hissəsini götürsə də, aşağıda adları və qiyməti qeyd olunan dublyonka - 470 manat, kostyum 2 ədəd- 400 manat 4 ədəd dəri ayaqqabı- 280 manat, 3 ədəd poliver - 105 manat, 4 ədəd zamoklu jaket- 200 manat dəri kurtka - 200 manat, 2 ədəd papaq - 60 manat, 1 ədəd palto - 160 manat 6 ədəd şərf - 240 manat, 4 ədəd brend köynək - 480 manat 4 ədəd qalın şalvar - 280 manat, 3 ədəd Qalstuk jaket - 210 manat, 2 ədəd çəkmə - 240 manat, 2 ədəd kletkalı şalvar - 160 manat, Şəkər aparatı - 40 manat, Təziq aparatı - 60 manat, Şəkər üçün corab 4 ədəd - 24 manat, eynək - 100 manat, qalin kletkalı şərf 2 ədəd - 16 manat, idman geyimi 4 ədəd - 280 manat, şortik 3 ədəd - 45 manat, əl (burun) dəsmalı 1 paçka - 22 manat, corab 2 paçka - 24 manat, qalın corab 2 paçka - 30 manat, mayka 10 ədəd - 90 manat, alt paltarı 4 paçka - 20 manat, yorğan və yastıq- 210 manat, ədyal- yay üçün 2 ədəd- 200 manat, maşin üçün komplekt usta alətləri, açarlar, avdanlıqlar- 400 manat Dinamo- 100 manat Staçer - 100 manat, ədəd maşın təkəri - 240 manat Amartizator 4 ədəd - 120 manat, Hal-hazırda cavabdeh ona məxsus 5200 manat pul vəsaitini və və siyahıda adlarını yazdığı geyim əşyalarını və avtomobilimin ehtiyat hissələrini ona verməkdən imtina edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 onun izahatını təsdiqləyərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X15 onun izahatını təsdiqləyərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X10 əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçı öz ərizəsində uydurma mülahizələrə əsaslanaraq, belə bir tələb irəli sürür ki, guya ona məxsus 5200 manat pulun və adları iddia ərizəsində göstərdiyi geyim əşyaları və avtomobil ehtiyyat hissələri cavabdehdən alınaraq ona verilsin. Lakin, iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla yalnız iddiaçının qərəzli niyyəti ilə yazılmış, eləcədə heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələbdir. Buna görə də hesab edirik ki, heç bir dəlil-sübuta söykənməyən və həqiqiqətə uyğun gəlməyən əsassız və qanunsuz iddia tələbləri rədd edilməlidir. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçının irəli sürdüyü tələbinin hüquqi əsası olmamaqla yanaşı, iddia ərizəsində göstərdikləri özlüyündə uydurma olduğundan işin faktiki halları ilə təkzib olunur və iddiası hər hansı dəlil sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə yalan məlumat verib bildirir ki, guya iddia ərizəsində göstərdiyi pul və əşyalar evdən oğurlanmışdır. Lakin, bununla iddiaçının nümayəndəsi işə baxan məhkəməni aldatmaq və beləcə öz hiyləgər planlarına inandırmaq üçün iddia ərizəsində işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz oyununa alət etməyə çalışır. Bununla əlaqədar işin həqiqi hallarını Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı məhkəmədə belə bir iddia qaldırmadan öncə şikayət ərizəsi ilə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə X10 DİN-in 102 xidmətinə müraciət edərək qeyri-resmi yaşadığı Esmiraldanın gəlini Nigar tərəfindən evin açarianının vətəndaşa verilməməsi səbəbindən qeyd olunan ünvandan ona məxsus əşyalarını götürə bilmədiyini, həmçinin evdən ona məxsus təqaüd kartının naməlum şəraitdə oğurlandığını bildirmişdir. Daxil olmuş müraciət 17-ci PŞ-də HK1-2481 sayı altında qeydə alınaraq araşdırılması PŞ-nin təhqiqatçısı Seymur Poladova havalə edilmişdir. Nərimanov rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubu ilə toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün İstintaq Şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə işin araşdırılması Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 həvalə edilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdən 11,09.2021-ci il tarixədək Xətai rayonu ərazisində olan Zığ qəsəbəsində Modul tipli xəstəxanada COVİD 19 infeksiyasından müalicə almış, həmin müddətdə ünvan 2 ünvanında özünə məxsus olan kapital bank təqaüd kartı oğurlanmışdır. Təqaüd kartından hes bir pul çəkilməmişdir. Onun, 14 il qeyri rasmi yaşadığı Esmiraldaya 1 ədəd qızıl üzük (10 qr. 4 eded brilyant qaşı, prob 583), sonra qırmızı qaş üzük (3 qr. probu 583), 1 dəst sırğa (3qr. ağdaşlı, prob 583), 5200 manat pulu Nigar tərəfindən oğurlanmışdır.” Həmçinin, İddiaçı öz izahatında bildirmişdir ki, “2009-cu ilin aprel ayından ünvan 3 ünvanında X2 ilə qeyri resmi yaşayır. xx.xx.2021-ci il tarixdə Zığ qəsəbəsi, Modul tipli xəstəxanada Esmiralda rəhmətə getmişdir. O da, həmin vaxtı həmin xəstəxanada müalicə almışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə xəstəxanadan çıxıb yaşadığı evə gəlmiş, lakin Nigar onu evə buraxmamışdır. Həmin evdə onun Kapital Bank təqaüd kartı olmuş, amma pul götürülməmişdir. Lakin, Esmiraldaya hədiyyə aldığı 2 ədəd üzük və 5200 manat pulu Nigar götürmüşdür. 2 ədəd üzüyü 2009-cu ildə Esmiraldaya 800 manata almışdir. 10.000 manat pulu yataq otağında paltar dolabına qoymuş, həmin puldan Nigar 4800 manatı qızı Kübraya vermiş, qalan 5200 manatı isə götürmüşdür. Həmin evdə onun paltarları qalmış və Nigar verməmişdir. Esmiraldaya markası bilmədiyi 500 manata aldığı Samsung markalı telefonu da Nigar götürüb, ona ümumilikdə 6500 manat maddi ziyan dəyib. Nigara evin açarını kimin verməsini dəqiq bilmir. Xəstələnənə qədər Nigar gəlib getməyibdir. Onlar xəstələnəndə Esmiralda Nigara zəng vuraraq özü çağırmışdır. Həmin gündən Zığ qəsəbəsində Modul tipli xəstəxanada müalicə almışdır.” Bununla əlaqədar olaraq, iş üzrə izahat vermiş X16 öz izahatında bildirmişdir ki, “2009-cu ilin aprel ayından atası X10 Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçesi ev 49, menzil 45-də Esmiralda adlı qadınla qeyri-rəsmi yaşamağa başlamışdır. xx.xx.2021-ci ildə Esmiraldanı və atası Nafili onun etirazina baxmayaraq Nigar adlı qadın tərəfindən Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə Esmiralda rəhmətə getmişdir. xx.xx.2021-ci ildə Esmiraldanın ev nömrəsinə zəng vurmuş, telefonu Nigar adlı xanım götürmüş, atasının pulunun və əşyalarının onda olduğunu qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə atası Nigara zəng vurmuş, pulunu istəmişdir. Onu da evə pulun dalınca göndərmişdir. Nigar da, ona həmin ünvanda 4800 manat, atasının 2 dəst ayaqqabı, 4 kofta, 2 alt paltarı, 3 dəst şalvarı vermişdir. Qalanın harda olduğunu bilmədiyini demişdir. O da, həmin 4800 manatı va paltarlanı atasına vermişdir.” Həmçinin, mən Cavabdeh hazırki iş üzrə istintaqda izahat vermişəm. Bununla əlaqədar olaraq bir daha bildirirəm ki, həyat yoldaşı digər cavabdeh Ələddin Eyyubov keçmiş MTN-nin aməkdaşı olmuş və hal-hazırda təqaüddədir. Ərinin doğma bacısı olan Esmiralda təxminən 2011-ci ildən ünvan 4 ünvanında iddiaçı Nafil ilə qeyri rəsmi yaşamışdır. Həmin mənzil yoldaşının ata evi olmuşdur, əvvəllər cavabdehlər də, həmin evdə yaşsalar da, sonradan həmin evdə Esmiralda yaşamağa başlamışdır. Belə ki, mütəmadi olaraq ərinin bacısı Esmiralda ilə əlaqələri və yaxşı münasibətləri olmuşdur. Belə ki, 2021-ci ilin sentyabr ayında Esmiralda və Nafil korona virusa yoluxmuşlar, əvvəlcə ev şəraitində müalicə almışlar. Həmin vaxt dəfələrlə Esmiralda ilə telefon əlaqəsi saxlayıb vəziyyətin yoxlamış, nəyə ehtiyacı olduğunu soruşmuş və yemək hazırlayıb yaşadığı evə aparmışdır. Həmçinin, xəstəliyin təhlükəli olduğunu bildirib evə təcili tibbi yardım çağırılmasını tələb etsə də, Esmiralda buna razı olmamışdır. Sonradan Esmiralda ilə telefonla danışarkən onun səsinin zəif gəldiyini və danışmağa heyi olmadığın görüb onun vəziyyətinin ağırlaşmasından şübhələnib və birbaşa evinə getmişdir. Mənzilə daxil olan zaman Esmiraldanın vəziyyətinin ağırlaşdığını, halının pisləşdiyindən yerdə uzanaqlı vəziyyətdə qaldığını görüb tez həkim çağırmışdır. Lakin, həmin vaxt Nafilin vəziyyəti yaxşı idi və o, sərbəst şəkildə evdə gəzirdi. Həmin vaxt evə çağırdığı təcili tibbi yardımın köməyi ilə Esmiralda və Nafil Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya aparılmış və xx.xx.2021 -ci ildə Esmiralda xəstəxanada vəfat etmişdir. O xəstəxanaya gedib-gələn zaman Esmiralda mobil telefonunu və evin açarını cvabdehə vermişdir. Sonradan Esmiralda ilə telefonla danışmış və rəhmətlik evin açarınl və mobil telefonu saxlamağı üçün özü ona göndərdiyi bildirmişdir. Esmiraldanın vəfatından sonra onun dəfn və yas mərasmi xərclərini həyat yoldaşı öz hesabına etmişdir. Belə ki, xx.xx.2021- ci il tarixdə Nafil ona zəng vurub hələ də xəstəxanada yatdığını, xəstəxanadan çıxmağı üçün ona paltarlar lazım olduğunu bildirmişdir. O də, qızı ila həmin gün evə gedən zaman Nafilin qızı Kübranın orada görmüş və kim olduğunu soruşan zaman Nafilin qızı olduğunu, atasının pulunu və paltarlarını götürməyə gəldiyini bildirmişdir. Həmin vaxt o məsələyə aydınlıq gətirmək üçün Nafilə zəng etdikdə Nafil ona paltar dolabındakı pul kisəsindən pulları götürüb qızına verməyimi bildirmişdir. O də, onun dediyi yerdən pul kisəsindən pulları götürüb 4800 manat və 50 ABŞ dollarını sayıb Kübranın yanında gələn adını bilmədiyim bir kişiyə vermişdir. Həmçinin, Nafilin paltarlarını da, onlara vermişdir. Sonradan ona məlum oldu ki, Nafil xx.xx.2021-ci il tarixdə xəstəxanadan çıxmış, onun özündə evin açarının bir nüsxəsi olmuş, lakin qəsdən və məqsədli şəkildə cavabdehə yalan söyləyərək guya xəstəxanadan çıxmadığını bildirmişdir. O, Kübradan evin açarını istəsədə də, açarı verməmiş və buna görə də sonradan cavabdeh evin açarını dəyişdirmişdir ki, evə başqa yad adamlar girməsin. Bundan sonra, xx.xx.2021-ci il tarixdə Nafil Esmiraldanın yaxın rəqfiqəsi Valya adlı xanıma zəng vurub evə gəlmək istədiyini bildirmişdir. Nafil həmin vaxt evə 2 nəfər başqa kişi ilə gəlmiş və balkondan pullar götürmüşdür. Həmin vaxtı biz videoçəkiliş etmişik və Nafil balkondan ümumilikdə 66000 manat pul götürmüşdür. Həmçinin, evdə olan bütün paltarlarını və əşyalarını götürmüşdür. Qapıdan çıxan zaman cavabdeh Nafildən hər şeyin düz olub-olmadığını soruşdum, Nafil də, ona düz olduğunu bildirmişdir. Bütün bu olanlardan sonra Nafil ondan polisə şikayət etmişdir və araşdırma zamanı həmin video diski polisə də təqdim etmişdir. Bir daha qeyd edim ki, İddiaçı şikayətində paltar dolabında guya 10.000 manat pul olduğunu, həmin puldan 4800 manat verdiyini, lakin 5200 manatı vermədiyimi, həmçinin Esmiraldaya aldığı qızılı, geyinilmiş paltarlarını və özünə məxsus kapital bankın təqaüd kartını götürdüyünü bildirməsi tamamilə yalandır. Halbuki, həmin pulların yerini cavabdeh Nafil zəng vuran zaman pulunun harada olduğunu ondan soruşmuş, həmin vaxtı Nafil ona paltar şkafında olan alt paltarlarının içində pul kisəsi olduğunu bildirmişdir və o da, ora baxan zaman orada olan bütün pulları Nafilin göndərdiyi Kübra və yanındkı kişinin yanında sayaraq 4800 manatı və 50 ABŞ dollarını həmin yanındakı kişiyə vermişdir. Həmin vaxt orada başqa pul və əşya görməmişdir. Nafilin Esmiraldaya qızıl almasından və həmin qızılların harada olmasını bilmir. Lakin, Esmiraldanın öz dediyinə görə neçə illər işləyib yığdığı 30.000 manata yaxın özünəməxsus pulu və qızılları var idi. Lakin, onun ölümündən istifadə edən Nafil sonradan həmin pulları mənimsəmişdir. Həmçinin, Nafil özü gəlib evi axtarıb bütün əşyaları və Esmiraldaya məxsus pulu və əşyaları götürüb. Cavabdeh həmin evdə qızıl və bank kartını görməmişdir. Nafil ondan polisə şikayət edən zaman evdə avtomobil ehtiyyat hissələrinin olması barədə də heçnə bildirməmişdir, lakin sonradan iddia ərizəsində avtomobil ehtiyat hissələrinin və naməlum geyim əşyalarının əlavə edilməsi onun özündən uydurduğu yalanlardır, eləcədə şər-böhtan xarakterlidir. Nafilin ondan şikayət etməsinin əsas səbəbi və məqsədi isə Esmiraldanın ölümündən istifədə edib onun evini və əşyalarını ələ keçirmək olmuşdur. Lakin, bunun mümkün olmadığını gördükdə belə əsassız tələblərə əl atmışdır. Halbuki, iş üzrə istintaq orqanına və bir sürətini məhkəməyə təqdim etdiyimiz video çəkiliş diskinə baxış keçirilən zamanı tam müəyyən edilmişdir ki, evə daxil olmuş İddiaçı və yanındakı 2 nəfər şəxslə birlikdə evə daxil olur, evin eyvanındakı dəmir qabdan və taxta yeşiyin içindən ümumilikdə 66000 manat pulu sayaraq götürür. Eyni zamanda bütün şəxsi əşyalarını da götürmüşdür. Lakin, sonradan İddiaçı DİN-nin “102” xidmətinə etdiyi şikayətdə bank kartının olmadığını bildirsə də, sonrakı ərizə və izahatlarında bank kartından əlavə Esmirladaya aldığı 2 ədəd üzük və 1 dəst sırğanın, habelə 5200 manat pulun oğurlandığını bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş videogörüntüdən də, açıq ki, iddia ərizəsində göstərilənlər işin həqiqi hallarına uyğun olmamaqla yanaşı heç bir dəlil-sübutla öz təsdiqin tapmır və hazırki işdə hər hansı hüquq normasının pozuntusu müəyyən edilmir. Çünki, iddiaçı iddia tələblərini sübut edəcək hər hansı dəlil-sübutları məhkəməyə təqdim edə bilməmiş və iddiasını subuta yetirə bilməmişdir. İşə əlavə edilmiş Nərimanov RPİ-nin X13 ilə də, iddiaçının hazırki iddia tələblərinin nə dərəcədə uydurma və öz təxəyyülünün məhsulu olması sübuta yetirilir. Bu səbədən də, iddia tələbləri tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilən əsasları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini rəhbər tutaraq, Məhkəmədən XAHİŞ EDİRİK: Hazırki iş üzrə İddiaçı əmlak tələbinə dair iddia ərizəsi tam əsassız və qanunsuz olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən Cavabdeh qəbul etməyərək iddiaçıya məxsus kaşilokda cəmi 4800 manat pul olduğunu, həmin pulu o bütövlükdə İddiaçı qızı Kübraya verdiyini, pulun üstendən heç bir məbləğin götürmədyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iddiaçı tərəfindən dəvət edilmiş X17 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynatasıdır. Qaynatası onu çağıraraq Kübra ilə Esmiraldanını evinə gətməsini, orada ona məxsus olan pulu və geyim əşyalarının götürürüb ona verməyimiz tapşırmışdır.Bundan sonra Kübra və o Esmiraldaya məxsus evə getdilər.Ora çatan zaman Nigar və qızı orda idi. Lakin onlar Kübranı evə buraxmadılar. X14 4800 manat və 50 dollar pul verdi. Nigar dəfnə xərc çəkdiyini bildirərək özündə 5000 manat pul saxladı. Nafil xəstə olduğu üçün qızının evində idi, ona görə onlarla gəlməmişdi. Nafil ona pulun hamısını götürməyi bildirmişdir. Puldan əlavə 2 şalvar və pencək götürmüşdülər. Evə 2-ci dəfə 14-ü gəlmişlər, Nofel, Valya, Nigarb və onun qızı, evdə idilər. 1-ci dəfə isə evdə Nigar və qızı var idi. Pulu onlara Nigar sayıb verdi. Məhkəmə iclasında şahid qismində iddiaçı tərəfindən dəvət edilmiş X7 ifadəsində bildirmişdir ki, Esmiralda onun rəfiqəsi olmuşdur. Nafili Esmiraldaya görə taımışdır. Nafil Esmiraldaya ailə quran zaman yalan danışaraq evi, pulu olduğunu demişdir. Esmiralda öldükdən sonra Nafil ona zəng edərək evdə pulunun qaldığını bildirmişdir. Qapının açarı olmadığı bildirərək, ondan xahiş etmişdir ki, Nigara desin onun əşyalarını və pulunu ona qaytarsınlar. Oda bununla bağlı Nigara zəng edən zaman Nigar ona Nafilin qızı ilə onun arasında mübahisə olduğunu bildirmişdir. Nigar mübahisənin nə üstə olduğunu ona dəqiq deməmişdir. Nafil ikinci dəfə evə gələn zaman oda evdə olmuşdur. Eyni zamanda bildirdi ki, Esmiralda ona 30.000 manat pulu olduğunu bildirmişdir. Bundan başqa orada avto ehtiyat hissələri olmamışdır. Nafil ayın 14-ü gələn zamanı əşyaların yığandan sonra narazılığı olmamışdır. Əgər onun hər hansı bir narazılığı olsa idi o bildirərədi həmin zaman. Məhkəmə iclasında şahid qismində iddiaçı tərəfindən dəvət edilmiş X12 ifadəsində bildirmişdir ki, o Nafili və Esmiraldanı 10-15 ildir ki, tanıyır. Ailə kimi yaşayıblar. Onların ailə mübahisələri barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində cavabdeh tərəfindən dəvət edilmiş X8 ifadəsində bildirmişdir ki, cavabdeh onun anasıdır. Nafil bibisinin qeyri-rəsmi həyat yoldaşı olmuşdur. Bibisi öldükdən sonra Nafil onun anasına zəng edərək, qapını açmağının evdə əşyaalrı olduğunu və həmin əşyaları qız Kübraya verməyi anasından xahiş etmişdir. Onlar səhərisi gün yəni xx.xx.2021-ci il tarixdə bibisnə məxsus evə getmişlər. Onlar evə çatan zaman Kübragili orada qapının yanında onları gözlədiyini görmüşdür. Anası qapını açmışdır. Bundan sonra nası ilə Kübra arasında mübahisə olmuşdur. Mbahisənin nədən yarndığını dəqiq xatırlamır. Anası evə girdikdən sonra Nafilə zəng etmiş, Nafil isə ondan yataq otaağında olan kaşlokdan pulu götürərək Kübraya verməsini bildirmişdir. Buz aman anası yataq otağında kaşlok gətirmiş və kaşilokun içindən pulu sayaraq Kübraya vermişdir. Lakin pulqabında nəqədər pul olduğunu və Kübraya nəqədər pul verdiyini bilmir. Anası pulun üzərindən yas mərasi üçün pul götürdüyünü görmüş lakin götürdüyü pulun məbləğindən məlumatı onun yoxdur. Lakin pulu götürən zaman Kübragilə anası dedi ki, buda qalsın yas mərasimə çəkiləcək xərclərə. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov RPl-nin İŞ-nin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında Azərbaycan Respublikaıs CMnin 177-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdr. İş materiallarında olan torpaq sahəsinin və üzərindəki tikilinin alqı-satqısına dair ilkin müqaviləsinin xx.xx.2020-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında olan evi və torpaq sahəsini X1. Evin qiyməti 237500 manat qiymətləndirilmiş, X4 229500 manatını hazırda notariusun bankda olan depozit hesabı vasitəsilə İddiaçı ödəyir, satış qiymətindən qalan 5000 manatını 1 aya 3000 manatını isə fərdi yaşayış evinin və torpağın alqı-satqısına dair əsas müqavilə bağlanarkən birinci tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilkin olaraq iddia tələbinin 5200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəf nə qədər də xx.xx.2021-ci il tarixdə Nafilinin xahişi ilə yataq otağın gizlədilən pulqabının içində yalnız 4800 manat və 50 dollar olduğunu və həmin pulu bütövlükdə iddiaçı tərəfə vermiş olduğunu, həmin günü onun pulun üzərindən hər hansı bir məbləğ götürmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahid cavabdehin bulqabından pul götürmüş olduğunu bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən dəvət edilmiş şahid Əyyubova Günelin məhkəmə iclasında vermiş olduğu ifadəsi əsaslı sübut hesab edilməli, iddia tələbinin birinci hissəsini əhatə edən pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə pulun məbləğinə münasibət bildirərək qeyd edir ki, cavabdeh ümumiyyətlə hər hansı bir pul məbləğinin götürməsini etiraf etmədiyindən, məhkəmə iddiaçının qeyd etdiyi məbləği əsaslı hesab edərək qeyd edir ki, qaytarılmalı pulun məbləği 5200 manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissələrini əhatə edən geyim əşylarının və avtomobil avadanlıqlarının iddiaçıya geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən əşyaların mövcud oluması və həmin əşyaların məhz cavabdehdə olması iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Bundan başqa məhkəmə, mülki işin matriallarına hər iki tərəfin sübut qismində təqdim etdiyi diskdə olan video görüntülərdə iddia tələbini təsdiq və ya təkzib edən hər hansı bir hal müəyyən edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1298/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1298/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver