Məhkəmə qərarları › İş №2(008)-1396/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1396/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1396/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X16 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X20 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 m2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə İddiaçı köçürülməsi, həmin yaşayış sahəsi üzrə İddiaçı yaşayış və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X20 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 m 2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyatyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində X5 ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 129967 №-li "Doğum haqqında" şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, X13 onun anasıdır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.01.2017-ci il tarixli, 95 №-li "Nikah akt qeydi barədə" arayışın notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, X3 ilə X13 arasında 27.07.1982-ci il tarixdə Bakı şəhərində nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. İddia ərizəsinə əlavə olunmuş nikah haqında şəhadətnamənin notarial qaydada tərcümə-təsdiq olunmuş surətindən göründüyü kimi, X19 ilə X11 arasında nikah bağlandıqdan sonra arvada Güzelkaya soyadı verilmişdir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 108063 No-li "Ölüm haqqında" şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, X6 09.06.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 54 nömrəli məktubunda qeyd olunduğu kimi, vətəndaş İddiaçı ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla, hazırda keçmiş X33, indiki Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində mərhum anası X6 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır. Simuzər Süleymanova 2009-cü ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, X20 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən 0,01 hektar torpaq sahəsini almışdır. O, bu torpaq sahəsində anadan bir, atadan ögey qardaşı Cavabdeh (bundan sonra mətndə: cavabdeh) 1 mərtəbəli, 3 otaqlı, hamam və mətbəx daxil olmaqla 100 m2 sahəsi olan, həyətyanı sahəsi olan 4 otaqlı bir ev tikmişdir. Bir neçə ildən sonra Süleymanova Simuzər həmin evin üstündə 2-ci mərtəbə qaldıraraq, ayrıca hamam və mətbəx daxil olmaqla, özü üçün 100 m2 sahəsi olan 5 otaqlı, küçədən ayrıca giriş-çıxış imkanları olan bir ev tikdirmişdir. Süleymanova Simuzər 2-ci mərtəbədəki evi tikərkən onu elə inşa etmişdir ki, müstəqil bir ev olaraq, küçəyə açılan ayrıca giriş-çıxışı olmaqla, alt mərtəbədəki evdən heç bir asıllığı olmasın. Süleymanova Simuzər dünyasını dəyişən vaxta qədər həmin evdə yaşamışdır Süleymanova Simuzər bu evin tikintisi üçün təkbaşına çox böyük əmək və əziyyət sərf edərək, demək olar ki, bu yolda səhhətini və canını qoymuşdur. Süleymanova Simuzər müəllimə olmuş və səhər saat 08:00-da dərslərə başlayaraq, əlavə tələbələr götürməklə, axşam saat 18-19:00 qədər fasiləsiz, dili ağzı quruya-quruya dərs keçmişdir. 2020-ci ilin iyun ayının 9-da Süleymanova Simuzər ani ölüm nəticəsində dünyasını dəyişmişdir. Süleymanova Simuzər heç bir vəsiyyət və ya bağışlama edə bilməmişdir. Sağlığında anası ona, hətta qohumlarına da dəfələrlə bildirmişdir ki, həyətyanı sahəsi ilə birlikdə 1-ci mərtəbə cavabdehindir, 2-ci mərtəbə isə iddiaçınındır və bu səbəbdən də hər iki mərtəbənin ayrı-ayrılıqda öz məbəxləri, sanitar qovşaqları və bayıra giriş çıxışları, yəni biri-birində asılı olmamağı üçün bütün şəraitləri mövcuddur. Əks halda Süleymanova Simuzər bu qədər xərc çəkib bir evin hər iki mərtəbəsində iki sayda mətbəx tikdirməzdi. Süleymanova Simuzər bilirdi və sağlam məntiqə də uyğundur ki, gələcəkdə cavabdehlə o, hərənin öz ailələri olmaqla, təcrid olunmamış bir evdə yaşamağı, yəni ailələrinin biri-birinə qarışması müvafiq olmaz. Bu səbəbdən anası, bu ona nə qədər çətin olsa da, hər mərtəbədə biri digərindən asılı olmayan eyni şərait təşkil etmişdir. X10 tikdirdiyi 2-ci mərtəbədə bir otaqda qalır. Ona görə ki, cavabdeh ona aid olan 1-ci mərtəbədəki evi kirayə verdiyi üçün 2ci mərtəbədəki ananın evinə qalxıb yaşayır. Bu isə onun orada qalmağına, yəni yaşayış sahəsindən istifadə hüquqlarına olduqca mane olur. Belə ki, cavabdeh günün bir çox hissəsini tamamilə sərxoş və qeyri-adekvat vəziyyətdə olur. Bu səbəbdən can güvənliyi də yoxdur. Evdə yatarkən və yaxud bir yerə gedərkən otağını kilidləyir. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, 29 aprel 2021-ci il tarixdə o, evdə olmayan vaxt cavabdeh qaldığı otağın qapısını söküb sındıraraq yararsız vəziyyətə salmış və onun əşyalarını qarışdırmışdır. Bu hadirədən sonra çox pis olmuşdur və güvənsizliyindən ehtiyat edərək, başqa yerdə, yəni qohumlarının evində qalmağa başlamışdır. Göründüyü kimi, o, köçürülmək istədiyi evdə yaşamış və hazırda həmin evdən məhrum edilmişdir. Hazırda cavabdeh ananın bütün çəkdiyi əziyyətini, onun, demək olar ki, həyatının mücadiləsini zay etməkdədir. Belə ki, cavabdeh anasından qalmış qiymətli əşyaları dəyər-dəyməzinə sataraq, öz tüfeyli həyatına sərf edir. Bu hallar səbəbindən qardaşı ilə aralarında söz-söhbətlər olmuşdur. İddiaçıda olan məlumata əsasən, cavabdeh analarından onlara qalan evin də satılması üçün, ondan xəbərsiz daşınmaz əmlak alqı-satqısı agentlərinə müraciət etmiş və evin yenə də dəyər-dəyməzinə satılmasına öz istəyini bildirmişdir. Lakin, bura onun ana yurdudur. Ananın övladı olaraq, onun da bir haqqı, hüququ var. Cavabdeh həyətyanı sahə ilə birlikdə ev və bütün şəraitlə təmin edilmişdir. İddiaçının da ana mirasından haqqı olacağına inanıram. Balaxanı bələdiyyəsi tərəfindən X4 adına verilmiş "Yerli Bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında" Şəhadətnamənin (181019SR8AB) surətindən göründüyü kimi, Süleymanova Simuzər tərəfindən inşa olunan ev yerli bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Evin yerquruluşu planı şəhadətnamədə göstərilib. Buna görə müvafiq vergilər Süleymanova Simuzər tərəfindən vaxtlı-vaxtmda yerli bələdiyyəyə ödənilmişdir. Uzun illərdir ki, Süleymanova Simuzər başda olmaqla, onlar ailəliklə göstərilən yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüququna malik olmaqla, faktiki olaraq, bu hüquqları həyata keçirirlər. Lakin, hazırda yaşayış sahəsi ilə əlaqədar cavabdehlə aralarında mübahisə var və cavabdeh iddiaçını stifadə və sahiblik hüquqlarıma, qanunsuz olaraq, müdaxilə etməklə, mənim həmin yaşayış sahəsindən istifadə etməyinə mane olur. Buna görə də hesab edir ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X20 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 m2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 2-ci mərtəbəsinə köçürülməli və yaşayış hüquqlarımın qanuni tənzimlənməsi üçün bu hüquqlarımın tanınması zəruridir. Mübahisəli yaşayış sahəsindən başqa onun digər sığınacağım yoxdur. 03.03.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək həmin iş üzrə 2-ci hissəsində göstərilən “mübahisəli yaşayış sahəsi üzrə X5 yaşayış və sahiblik hüququnun tanınması” hissəsində iddia tələbinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili X26 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir və bildirmişdir ki, qeyd edilən torpaq sahəsi iddiaçının bildirdiyinə görə 2009-cu ilin əvvəllərində alınmış və anası dərhal həmin ünvanda ev inşa etdirməyə başlamışdır. Həmin tarixdən qısa müddət sonra tərəflər həmon inşa edilmiş evdə yaşamağa başlamışlar. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.03.2022-ci il tarixli, **********18 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X20 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 m2 torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin İddiaçı və Cavabdeh adlarına qeydiyyata alınamsına dair məlumatlar aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13.04.2022-ci il tarixli, **********97 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı adına hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak müəyyən edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 129967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X7r. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X8 ilə X14 arasında nikah 27 iyul 1982-ci il tarixdə nikaha daxil olmuş, 13.05.1987-ci il tarixdə 150 nömrəsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 23 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09.06.2020-ci il tarixdə ölmüşdür. 2019-cu il tarixli Balaxanı Bələdiyyəsinin şəhadətnaməsinin surətindən görünür ki,Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində yerləşən 2 mərtəbəli ev X9 vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 54 nömrəli, 29.04.2021-ci il tarixli məktubundan görünrü ki, İddiaçı ünvan 2 ünvanında daimi pasport qeydiyyatındadır. Hal-hazırda Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində mərhum anası X12 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayırş X18 surətindən görünür ki, 24.10.2009-cu il tarixdə Güzelkaya Keremlə nikaha girmişdir. Ona Güzelkaya soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, 29.11.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınması ”na dair iddia tələbi rədd edilmişdir. Qeyd edilən qətnamədə məhkəmənin gəlmiş olduğu nəticə hissəsində qeyd edilmişdir ki, Məhkmə tərəfindən müəyyən olunur ki, iddiaçı 2009-cu il tarixindən Türkiyə Respublikasının vətandaşı ilə ailə həyaı quraraq həmin vaxtdan Türkiyə Respublikasında yaşayır.Onun qeyd edilən mübahisəli özbaşına tikilidə davamlı olaraq yaşaması öz təsdiqini tapmadığından, iddiaçının qeyd edilən özbaşına tikiliyə hüququn və qanunun anologiyasını tətbiq etməklə özbaşına tikiliyə köçürülməsinidə mümkünsüz edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdirki, qeyd edilən yaşayış evini onun bacısı X6 tərəfindən hər iki övladı üçün inşa edilmişdir. Hal-hazırda cavabdeh İlqarın iddiaçını həmin evə buraxmamasına heç bir ixtiyarı yoxdur. Güzəlkaya Nigar 2009-cu il tarixindən qeyd edilən mənzildə daimi yaşamasada arada sırada Azərbaycana gələrkən, onunda haqqı var ki qeyd edilən yaşayış evindən istifadə edə bilsin. Məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən torpaq sahəsini 2009 cu ildə aldığını və orada həmin tarixdən ev inşa edildiyini bildirdiyindən məhkəmə 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsininmüddalarını tətbiqn etməlidir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçı nəqədərdə onun qeyd edilən pözbaşına tikilidə yaşamasını israr etsədə bunu təsdiq edəcək mötəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçı qeyd edilən özbaşına tikilyə köçürülə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, 29.11.2021-ci il tarixli qətnamənində də iddiaçının həmin ünvanda daimi olaraq yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa məhkəmə iddia tələbinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, X20 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 m 2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyatyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində X5 ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia tələbinin birinci hissəsi təmin edilmədiyindən yəni o özbaşına tikiyiə köçürürlmədiyindən, həmin özbaşına tikilidən istifadə qaydalarıda müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rtüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar