Məhkəmə qərarları › İş №2(008)-1401/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1401/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1401/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi əri X5 ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi əri X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il tarixdə doğulmuş X5 xx.xx.2020-ci il tarixdə Hacıqabul rayonunda vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci il tarixdə doğulmuş əri X10 xx.xx.2020-ci il tarixində "Mersedes Vito” markalı sərnişin avtomobili ilə Gədəbəy rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçərkən yolda vəfat etmişdir. Bu barədə Hacıqabul rayon polis şöbəsindən rayon prokurorluğuna məlumat daxil olmuşdur. Həmin məlumat əsasında ekspertin və digər şəxslərin iştirakı ilə ərinin meyitinin xarici müayinəsi aparılmış və meyit onlara təhvil verilmişdir. Bu barədə Hacıqabul Rayon Prokurorluğunun arayışını iddia ərizəsinə əlavə etmişdir. Mərhum Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbirtanlıqda dəfn edilmişdir. Əri Hacıqabul rayonunda vəfat etdiyindən qeydiyyatda olduğu Sabunçu rayon 11 saylı poliklinikadan ölüm barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, X10 onun qaynatası olmuşdur. X10 xx.xx.2020-ci il tarixində "Mersedes Vito” markalı sərnişin avtomobili ilə Gədəbəy rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçərkən yolda vəfat etmişdir. Ona xəbər verib X5 öldüyünü deyəndə, morqa aparmalarını məsləhət bilib, özü də ora gedib. O, ölən vaxtı yanında ancaq sərnişinlər olub. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, X10 onun qonşusudur. Bakı şəhəri Sabunçu rayon 3 saylı Klinik Xəstəxanasında ürək çatışmamazlığından müalicə alan zaman yanında olmuşdur. Qonşuluqdakı səs-küylə bağlı maraqlananda X5 öldüyünü bilmişdir. X10 dəfn mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçinin rəfiqəsidir. X10 ürək çatışmamazlığından əziyyət çəkirdi. Yas mərasimlərində sona kimi iştirak etdiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş V-ЖГ № 391482 nömrəli, xx.xx.1990-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X1 xx xxxxxx 1990-cı il tarixdə, 1108 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Bakı şəhəri Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasının Kardiologiya Şöbəsinin 1325 T nömrəli epikrizinin surətindən görünür ki, X6 ürəyin işemik xəstəliyi: stabil stenokardiya diaqnozu qoyulmuşdur. 1 nömrəli Bakı şəhəri Poliklinikasının xx xxxxxx 2020-ci il tarixli sanator-kurort kartından görünür ki, X6 ÜİX, Hipertoniya xəstəliyinin İİ mərhələsi diaqnozu ilə Kardioloji Sanatoriyası “Bilgəh” sanator-kurort müalicəsi məsləhət görülmüşdür. Bakı şəhəri Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasının xəstəlik tarixindən çıxarışdan görünür ki, X10 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə almışdır. Azərbaycan Respublikası Prokurorluğu Hacıqabul Rayon Prokurorluğu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, n/18-20 saylı Ərizəçi ünvanlanmış arayışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində “Mercedes Vito” markalı sərnişin avtomobili ilə Gədəbəy rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olmaqla Hacıqabul rayonu, Qarasu kəndinin ərazisindən keçərkən yolda vəfat etməsi ilə əlaqədar Hacıqabul rayon Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olmuşdur. X5 meyitinin xarici müayinəsi aparılmış və meyit qohumlarına təhvil verilmişdir. Azərbaycan Respublikası Təcili və X3 X7 Şəxsin Azərbaycan Respublikası Prokurorluğu Hacıqabul Rayon Prokurorluğuna ünvanlanmış məktubunun surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:52-də “113” dispeçer mərkəzinə ***-***-**- ** telefon nömrəsindən zəng daxil olmuş, Kürdəmir yolunda, Qarasu ərazisində bir kişinin maşının içində halının pisləşməsi ilə bağlı çağırış yerinə saat 13:24-də çatmışdır. Həmin vaxtda maşının yanında uzanmış hərəkətsiz olan kişi cinsində bir şəxs aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 1736-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Bakıxanov qəsəbə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş X10 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının fotosundan görünür ki, X10 xx.xx.1967-ci il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, X5 xx xxxxxx 2020-ci ildə Hacıqabul rayonunda ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt X5 xx.xx.2020-ci il tarixdə Hacıqabul rayonunda vəfat etməsi hissəsində məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətəri daxilində olduğundan ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1967-ci il tarixdə doğulmuş X5 xx.xx.2020-ci il tarixində Hacıqabul rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar