Məhkəmə qərarları › İş №2(008)-1515/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1515/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1515/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək atası X9 və X3 doğma qardaş olma faktının, atası X9 xx.xx.1991-ci il tarixdə ölüm faktının müəyyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1925-ci il tarixdə doğulmuş atası, X12 xx.xx.1991 -ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki "Seyidlər Qəbristanlığı"nda dəfn edilmişdir. xx.xx.2022-ci il tarixdə Ərizəçi atası X9 doğum haqqında təkrar şəhadətnaməsinin və ölüm haqqında akt qeydinin verilməsinə dair Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli, 3304-05/15 №-li arayışda xx.xx.1991-ci il tarixdə ölmüş atasının ölməsi barədə həkim arayışının olmadığı səbəbindən Maraqlı şəxsndə ölüm haqqında AKT qeydinin aşkar olunmaması qeyd olunmuşdur, lakin doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə heç bir qeyd aparılmamışdır. X9 atası Abbas Novruzqulu oğlu, anası isə Umxanım Dadaş qızıdır. Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X29" məscidinin İmam Axundu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda göstərilir ki, Ərizəçi mərhum atası, X12 (25 Vİİİ 1925 - ** İV ***1) Maştağa qəsəbəsində "Seyidlər Qəbristanlığı'nda dəfn edilmişdir. Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixdə verdiyi 6077 saylı arayışında X9 xx.xx.1953-cü ildən Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olması və vəfat etdiyi tarixədək, 1991-ci ilədək yaşaması qeyd edilmişdir. Ərizəçi A3 N° 533184 № doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, «atası» qrafasında X12 «anası» qrafasında isə X6 qeyd edilmişdir. Ərizəçi anası X6 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsiin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır, atası X12, anası qrafasında isə X5r (******** №-li Azərbaycn Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, AZ seriyalı 533184 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin anası X6 xx.xx.2001-ci il tarixdə ölmüşdür (AZ seriyalı 298167 №-li ölüm haqqında şəhadətnamə). Maştağa qəsəbəsində, ev 287 X7 və X9 (ərizəçinin atası) mülkiyyyətindədir (Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən Çıxarış, 218 №-li kitab, 13204 №-li səhifə, xx.xx.1956-cı il). İddiaçının izahatına əsasən X7 onun əmisidir, əmisinin ondan başqa heç bir vərəsəsi yoxdur, hazırda adıçəkilən mülkün ərizəçinin adına vərəsəlik hüququ ilə keçirtmək üçün atasının ölüm faktının və atası ilə X3 qardaş olma faktının müəyyən edilməsi zərurəti yaranmışdır. X7 xx.xx.1996-cı i tarixdə ölmüşdür (AZ-İİ seriyalı 298155 №-li ölüm haqqında şəhadətnamə). Məhkəmə iclasında ifadə verən şahidlər X10 və X13 qeyd etdilər ki, onlar Ərizəçi doğma bacılarıdır. Onları X4 və X7 doğma qardaşdılar, yəni X7 onların doğma əmiləridir. Əmiləri evlənməmişdir, onun uşaqları yoxdur. X4 xx.xx.1991-ci il tarixdə ölmüşdür. X10 ərizəçi X9 doğma bacısı olması faktı aşağıdakı sənədllərlə təsdiq edilir: AZ seriyalı ******* №-li doğum haqqıda şəhadətnamə, İV-JQ seriyalı 397352 №-li nikah haqqında şəhadətnamə. X13 ərizəçi X9 doğma bacısı olması faktı aşağıdakı sənədllərlə təsdiq edilir: AZ-T seriyalı 231118 №-li doğum haqqıda şəhadətnamə, Vİ-JQ seriyalı 287574 №-li nikah haqqında şəhadətnamə. Məhkəmə iclasında ifadə verən şahid X17 ifadə verərək qeyd etdi ki, ərizəçini bir kənd sakini kimi çox yaxından tanıyır. Onun atası X12 1991-ci ilin aprel ayında ölmüşdür. Ərizəçinin atası X12 və X7 doğma qardaş olmuşdular, bu faktı hər bir kənd sakini təsdiq edə bilər. Məhkəməyə təqdim edilmiş Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X29" məscidinin İmam Axundu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda göstərilir ki, Ərizəçi mərhum atası, X2 qəsəbəsində "Seyidlər Qəbristanlığı»nda dəfn edilmişdir. Təqdim edilmiş qəbb daşı fotoşəkilindən görünür ki, X1 xx.xx.1925-ci il tarixdə doğulmuş və xx.xx.1991-ci il tarixdə ölmüşdür. Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixdə verdiyi 6077 saylı arayışında X9 xx.xx.1953-cü ildən Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olması və vəfat etdiyi tarixədək, 1991-ci ilədək yaşaması qeyd edilmişdir. Hazırda ərizəçi atası X9 və X3 doğma qardaş olma faktının, atası X9 xx.xx.1991-ci il tarixdə ölüm faktının müəyyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktlarıın təsdiq edilməsi vərəsəliklə ilə əlaqədar tələb olunur. Şahid ifadələrini, təqdim edilən arayışları, X3 ölümü barədə şəhadətnamənin ərizəçidə olmasını, ərizəçinin atasına məxsus evdə yaşamasını və qeydiyyatda olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X9 və X3 doğma qardaş olma faktı, X9 xx.xx.1991-ci il tarixdə ölüm faktı müəyyyən edilsin. Hazırki qətnamə X9 xx.xx.1991-ci il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar