Məhkəmə qərarları › İş №2(008)-1526/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1526/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1526/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X2nun ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X2nun ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il tarixdə doğulmuş X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-сi il tarixdə ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.1935-ci il tarixdə doğulmuş X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun doğma atasıdır. O, xx xxxxxx 1935-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. Atası ünvan 2-da qeydiyyada olub orada tək yaşayıb. X16 xx xxxxxx 2020-ci il tarixdə öz mənzilində onların, yəni övladlarının yanında vəfat etmişdir. O, uzun müddət beyinönü arteriyaların trambozu nəticəsində yaranan beyin infaktından əziyyət çəkmişdir. Atası vəfat etdikdən sonra onlar evə Təcili və X8 Stansiyasından həkim çağırmışlar. x xxxxxx 2020-ci il tarixdə atası Bakı şəhərində Qaraçuxur qəbiristanlığında dəfn edilmişdir. Bir müddət sonra o mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Orada ona bildirmişdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktı təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər və tövsiyyə olunmuşdur ki, ölüm aktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunmalıdır. Atasının ölüm faktı Bakı şəhəri Təcili və X8 Stansiyasının 1 saylı bölməsinin verdiyi xx.xx.2020-ci il tarixli «Ölüm haqqında xəbərdarlıq vərəqəsi» ilə də təsdiq edilir. Bundan əlavə atasının ölüm faktını onun hüzüründə iştirak etmiş övladı X7 və onun həyat yoldaşı X10 da təsdiq edə bilərlər. X3 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi onun adına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, X9 onun atası olmuşdur. O, xx.xx.1935-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. Atası xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında ölmüşdür. O, 10 ay olardı ki, beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı ilə bağlı “Zəfəran” Hospitalda müalicə alırmış. Bakı şəhəri Təcili və X8 Stansiyasına çağırış verilmişdir. Pandemiya ilə əlaqədar olaraq Bakı şəhəri Təcili və X8 Stansiyası çağırışa gec gəlmişdir. Sözügedən çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, X9 onun qaynatası olmuşdur. O, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında ölmüşdür. O, orada olanda artıq X9 ölmüş idi. O, beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı ilə bağlı müalicə alırmış. Bakı şəhəri Təcili və X8 Stansiyasına çağırış verilmişdir. Pandemiya ilə əlaqədar olaraq Bakı şəhəri Təcili və X8 Stansiyası çağırışa gec gəlmişdir. Sözügedən çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat bürosu tərəfindən verilmiş АЗ ******* nömrəli, xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə xx.xx.1965-ci il tarixdə 575 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X4r. “Zəfəran” Hospital klinikasının epikrizindən görünür ki, X5 beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı diaqnozu qoyulmuşdur. Bakı şəhəri Təcili və X19 Stansıyasının 1 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 592 nömrəli, xx.xx.2020-ci il tarixində verilmiş arayışdan görünür ki, X1 qəbirstanlığında xx.xx.2020-ci il tarixində dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 184 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1935-ci il tarixdə doğulmuş X3 xx xxxxxx 2020-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il tarixdə doğulmuş X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar