Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1571/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Hacıbaba qızının Cavabdeh qarşı Sabunçu rayon İcra şöbəsi üçüncü şəxs qismində işə cəlb edilməklə daşınmaz əmlaka istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Hacıbaba qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh X14 tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, cari ilin iyun ayında İddiaçı1 Sabunçu rayon İcra şöbəsinə dəvət olunmuşdur. 02.07.2021-ci il tarixli 3670-184042/15 saylı məktuba və onunla apanlan söhbətə görə Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli 2(103)-879 saylı icra vərəqəsi üzrə icra tədbirləri: İddiaçı1 20.10.1995-ci il tarixli 2 №-li orderlə, keçmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvləri - X6 məxsus, Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 1926 saylı bağ sahəsindən, 10.11.1995-ci il tarixli 9 №-li orderə əsasən Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus 1927 saylı bağ sahəsindən, 10.11.1995-ci il tarixli 20 №-li orderə əsasən X8 məxsus 1928 saylı bağ sahəsindən, 20.10.1995-ci il tarixli 20 №-li orderə əsasən X4 məxsus 1929 saylı bağ sahəsindən və 18.05.1995-ci il tarixli 2 №-li orderə əsasən X15 məxsus 1931 saylı bağ sahəsindən çıxarılması, icra hərəkətlərinin 07.07.2021-ci il tarixdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin hələ 2010cu ildə icraya yönəldilmiş olduğunu, icra işinə xitam verilmiş olduğunu bildirsə də icra hərəkətinin davam etdirilməsi qərara alınmışdı. 25.06.2021-ci il tarixdə Sabunçu rayon icra şöbəsinin baş icra məmuru Daşqın Həsənəliyev və digər 6 nəfər icra məmurları, tələbkarların nümayəndəsi, hal şahidləri, Yanğından mühafizə hissəsinin rəisi, məktubda göstərilən digər şəxslər icra hərəkətinin aparılması üçün mübahisəli əraziyə gəlib icra prosesinə başlamaq istədikdə iddiaçının nümayəndələri çıxarılmalı olduğu ərazi üzrə tələbkarların hüquqlarının təsdiqinə, ərazinin koordinatlarına, sərhədlərinə, mərzlərinə və digər əhəmiyyətli hallarına aid sənədləri tələb etdikdə, bu sənədlərin əldə olmadığı, Reyestr Xidmətinin nümayəndəsinin icra prosesində iştirak etmədiyi məlum olub və nümayəndələrinin tələbinə əsasən həmin əsaslarla icra hərəkəti həmin gün qeyri-müəyyən vaxta təxirə salınmışdı. Buna baxmayaraq bir neçə gündən sonra hazırkı iş üzrə cavabdeh X13 şəxsiyyətləri mənə məlum olmayan bir neçə şəxslə əraziyə gəlmiş, İddiaçı1, İddiaçı2 və X1, həmçinin digər ailə üzvlərinin evdə olmamasından istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri Bilgəh qəsəbəsi Zaqulba şossesi 1, 2 və 3 ünvanlarındakı fərdi yaşayış evlərinə, həmçinin İddiaçı3 məxsus olan Zaqulba şossesi 3 ünvanda yerləşən 3000 kv.m. torpaq sahəsinə, mülkiyyət hüquqları təsdiq edilmiş yaşayış evlərinə quldurcasına basqın etmiş, qapıları sındırmış, iddiaçıların öz evlərinə gediş-gəlişlərini qadağan etmişdilər. Belə ki, şəxsi evlərinin qapılarına polis naryadı cəlb edilmişdir. Sabunçu rayon Mühafizə İdarəsinin 02.08.2021-ci il tarixli 913 saylı cavab məktubunda naryad üçün müqavilənin Asif İbrahimovla bağlanmış olduğu bildirilmişdir. Göründüyü kimi, Asif İbrahimov və Sabunçu rayin İcra şöbəsi əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, iddiaçının əmlak hüquqları pozulmuş, evlərindən və ərazidən qanunsuz olaraq çıxarılmışdılar. Göründüyü kimi, icra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931 saylı bağ sahələrindən iddiaçının çıxarılmağı nəzərdə tutulduğu halda qanuni əsaslarla onlara məxsus üç mərtəbəli 1 ədəd yaşayış evindən, iki mərtəbəli 1 ədəd yaşayış evindən, 2 ədəd birmərtəbəli yaşayış evlərindən, 4 ədəd kubik daşları ilə inşa edilmiş kotec tipli tikililərdən qanunsuz məhrum edilməklə digər çoxsaylı ailə üzvlərinin də mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə Sabunçu rayon İcra şöbəsini cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, məhkəmə qətnaməsi səhv icra olunub, iddiaçılar mülkiyyətlərindən istifadə edə bilmirlər. Xahiş edir ki, iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, qeyd etdi ki, o, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra mərhələsində tələbkarların etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olmuş, qətnamə icra olunmuş və daşınmaz əmlak ona saxlanca təhvil verilmişdir. İddiaçıların iddia etdikləri evlər özlərinin istifadəsindədir, mübahisəli sahə ilə heç bir əlaqəsi yoxdur. İddiaçı süni bir iddia qaldırıb. Xahiş edir ki, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Abşeron rayon X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən aşağıdakı qeydiyyat vəsiqələri verimişdir:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, ev 1, yaşayış sahəsi 213.9 kv.m, köməkçi sahəsi 56.9 kv.m, üç otaqdan ibarət yaşayış evinin hamısının İddiaçı1 mülkiyyətində olmasına dair;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, ev 2, yaşayış sahəsi 74.8 kv.m, köməkçi sahəsi 66.6 kv.m, üç otaqdan ibarət yaşayış evinin hamısının İddiaçı2 mülkiyyətində olmasına dair;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, ev 3, yaşayış sahəsi 381.6 kv.m, köməkçi sahəsi 443.9 kv.m, səkkiz otaqdan ibarət yaşayış evinin hamısının X2 mülkiyyətində olmasına dair. Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 17.03.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, X6 verilmiş 1926 saylı bağ sahəsi, Bağırova (Quliyeva) Xanım Rəsul qızına verilmiş 1927 saylı bağ sahəsi, X8 verilmiş 1928 saylı bağ sahəsi, X3 verilmiş 1929 saylı bağ sahəsi və X15 venlmiş 1931 saylı bağ sahəsindən cavabdeh İddiaçı1 çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi və həmin bağ sahələrinin onlara qaytarılması qət edilmişdir (Ali Məhkəmənin 16.07.2010-cu il tarixli qərarı ilə qətnamə dəyişiklik edilmədən saxlanılmışdır). 29.06.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı1 29.06.2021-ci il tarixdə mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu İddiaçı1 ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsi icra olunmuş, icra prosesində Sabunçu rayon İcra Şöbəsinin icra məmurları, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini, Bilgəh qəsəbəsi üzrə ərazi dairə nümayəndəsi, hal şahidləri iştirak etmiş və 05.07.2021-ci il tarixli aktla rəsmiləşdirmişdilər. Həmin aktdan görünür ki, bağ sahəsi borclu İddiaçı1 tərəfindən icra məmurlarına 29.06.2021-ci il tarixdə könüllü təhvil verilmiş, eyni tarixli aktla Sabunçu rayon mühafizə idarəsinə təhvil verilmiş, tələbkarların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 bağ sahələrini və bağ sahələrində yerləşən evləri qəbul etməyə hazır olduğun bildirmiş, həmin bağ sahələri, üzərlərində yerləşən biri üçmərtəbəli, biri ikimərtəbəli evlər, həmin evlərdə olan əmlaklar siyahıya alınaraq saxlanc üçün X9 təhvil verilmiş, bağ sahələrinin girişində yerləşən, xüsusi mülkiyyətdə olmayan təqribi ölçüsü 0,80 ha olan torpaq sahəsi Bilgəh qəsəbəsi üzrə ərazi nümayəndəsi X16 təhvil verilmiş və beləliklə Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli qətnaməsi tamamilə icra olunmuşdur. Sabunçu Rayon İcra Şöbəsinin 29.06.2021-ci il tarixli, 184042/2018-15 nömrəli zəmanət məktubuna, qarşılıqlı bağlanmış müqaviləyə və müvafiq təhvil-təslim aktına əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “1926”, “1927”, “1928", “1929”, “1931" saylı bağ sahələri 29.06.2021-ci il tarixdən Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsi tərəfindən polis xidməti ilə ictimai qaydanın qorunması təmin olunmaqla mühafizəyə qəbul olunmuş, Sabunçu Rayon icra Şöbəsinin 06.07.2021-ci il tarixli məktubuna əsasən 05 07.2021-ci il tarixdən bağ sahələri müvafiq təhvil-təslim aktı tərtib olanaraq vətəndaş Cavabdeh təhvil verilmiş və həmin şəxslə qarşılıqlı bağlanmış müqaviləyə əsasən 06.07.2021-ci il tarixdən qeyd olunan bağ sahələrində ictimai qaydanın qorunması davam etdirilir (Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsinin 02.08.2021-ci il tarixli, 913 №-li məktubu). Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı 05.07.2021-ci il tarixli aktda qeyd olunanlar tam təsdiq olunmuşdur. Əraziyə baxış keçirilən zaman iddiaçılar tərəfindən mübahisələndirilən evlər - Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 №-li evlər müəyyən, həmin evlərə istifadənin hansı qaydada məhdudlaşdırılması müəyyən edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh X14 tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarılmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar iddia tələblərini əsaslandıra bilməmiş, cavabdehin qanunsuz sahibliyini, özünün qanuni sahibliyini sübut edə bilməmiş, Zaqulba şossesi 1, 2 və 3 №-li evlərin mübahisəli sahəylə əlaqəsini göstərə bilməmişdir. Belə ki, qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmuş, boşaldılan sahə cavabdehə saxlanca verilmiş, boşaldılan sahədə iddiaçılara məxsus hər-hansı daşınmaz əmlak mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova