Məhkəmə qərarları › İş №2(102)-3460/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3460/2023

03.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3460/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı “daşınmaz əmlaka istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafi q qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-282/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)1571/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı “daşınmaz əmlaka istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiaları rədd edilmişdir.

2. Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-282/2023 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)-1571/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qətnamədən iddiaçıların vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndəril məsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərə fin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

5. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti vəkil Nümayəndə tərəfindən imzalansa da, sonuncuya iddiaç ılar İddiaçı2 və İddiaçı3 tərəfindən belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır.

6. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə iddiaçıların adından vəkil Nümayəndə tərəfindən imzalanmışdır.

7. Lakin kassasiya şikayətinə yalnız iddiaçılardan İddiaçı1 tərəfindən vəkilə məhkəmə aktlarından şikayəti vermə səlahiyyətini nəzərdə tutan etibarnamə əlavə olunmuş, digər iddiaçıların adından belə etibarnamə təqdim olunmamış, habelə kassasiya şikayəti iddiaçılar tərəfindən elektron imza ilə imzalanmamışdır.

8. Qeyd olunmalıdır ki, iş materiallarında iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən vəkil Nümayəndə Mülki Məcəllənin 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərin verilməsinə dair etibarnamələr əlavə olunsa da, həmin etibarnamələr üzrə verilən səlahiyyət müddəti 22 oktyabr 2022-ci il tarixdə başa çatmışdır.

9. Beləliklə, müəyyən olunmuşdur ki, kassasiya şikayətini iddiaçılar İddiaçı2 və İddiaçı3 adından vəkil Nümayəndə elektron imzadan istifadə edilməklə imzalasa da, sonuncuya belə səlahiyyət MPM-in 74.2-ci maddəsinə uyğun olaraq verilməmişdir.

10. Qeyd olunanlara əsasən, kassasiya şikayəti həmin iddiaçılara münasibətdə səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(103)-282/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar