Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-282/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) daşınmaz əmlaka istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair tələbinə dair mülki iş üzrə (açar sözlər: daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X22 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili X20 iştirakı ilə, iddiaçılar İddiaçı1 oğlu,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı daşınmaz əmlaka istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair tələbinə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)-1571/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən veridlmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 yaşayış sahəsi 213,9 kv.m köməkçi sahəsi 56,9 kv.m üç otaqdan ibarət yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ əsasında Bilgəh Bələdiyyə şurasının 02 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zaqulba şossesi ev 2 yaşayış sahəsi 74,8 kv.m köməkçi sahəsi 66,6 kv.m üç otaqdan ibarət yaşayış evi İddiaçı2 adına mülkiyyət hüququ əsasında Bilgəh Bələdiyyə şurasının 02 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən qeydə alınmışdır.
3. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zaqulba şossesi ev 3 yaşayış sahəsi 381,6 kv.m köməkçi sahəsi 443,9 kv.m səkkiz otaqdan ibarət yaşayış evi X2 adına mülkiyyət hüququ əsasında Bilgəh Bələdiyyə şurasının 02 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən qeydə alınmışdır.
4. Bakı şəhər Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 16 sentyabr 2021-ci il tarixli, 330 nömrəli arayışnda ünvan 1 ünvanda yerləşən 270,8 kv.m yaşayış evinin İddiaçı1 məxsus olduğu göstərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 17 mart 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən, X11 verilmiş 1926 saylı bağ sahəsi, Bağırova (Quliyeva) Xanım Rəsul qızına verilmiş 1927 saylı bağ sahəsi, X15 verilmiş 1928 nömrəli bağ sahəsi, X5 verilmiş 1929 nömrəli bağ sahəsi və X23 verilmiş 1931 nömrəli bağ sahəsindən cavabdehin çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi və həmin bağ sahələrinin onlara qaytarılması qət edilmişdir (Ali Məhkəmənin 16 iyul 2010-cu il tarixli qərarı ilə qətnamə dəyişiklik edilmədən saxlanılmışdır).
6. 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı1 29 iyun 2021-ci il tarixdə mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu İddiaçı1 ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunmuş, icra prosesində Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurları, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini, Bilgəh qəsəbəsi üzrə ərazi dairə nümayəndəsi, hal şahidləri iştirak etmiş və 05 iyun 2021-ci il tarixli aktla rəsmiləşdirmişdilər. Həmin aktdan görünür ki, bağ sahəsi borclu İddiaçı1 tərəfindən icra məmurlarına 29 iyun 2021-ci il tarixdə könüllü təhvil verilmiş, eyni tarixli aktla Sabunçu rayon mühafizə idarəsinə təhvil verilmiş, tələbkarların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X24 bağ sahələrini və bağ sahələrində yerləşən evləri qəbul etməyə hazır olduğunu bildirmiş, həmin bağ sahələri, üzərlərində yerləşən biri üçmərtəbəli, biri ikimərtəbəli evlər, həmin evlərdə olan əmlaklar siyahıya alınaraq saxlanc üçün X16 təhvil verilmiş, bağ sahələrinin girişində yerləşən, xüsusi mülkiyyətdə olmayan təqribi ölçüsü 0,80 ha olan torpaq sahəsi Bilgəh qəsəbəsi üzrə ərazi nümayəndəsi X25 təhvil verilmiş və beləliklə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsi tamamilə icra olunmuşdur.
8. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 29 iyun 2021-ci il tarixli, 184042/2018- 15 nömrəli zəmanət məktubuna, qarşılıqlı bağlanmış müqaviləyə və müvafiq təhvil-təslim aktına əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “1926”, “1927”, “1928", “1929”, “1931" nömrəli bağ sahələri 29 iyun 2021-ci il tarixdən Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsi tərəfindən polis xidməti ilə ictimai qaydanın qorunması təmin olunmaqla mühafizəyə qəbul olunmuş, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 06 iyul 2021-ci il tarixli məktubuna əsasən 05 iyul 2021-ci il tarixdən bağ sahələri müvafiq təhvil-təslim aktı tərtib olanaraq vətəndaş Cavabdeh təhvil verilmiş və həmin şəxslə qarşılıqlı bağlanmış müqaviləyə əsasən 06 iyul 2021-ci il tarixdən qeyd olunan bağ sahələrində ictimai qaydanın qorunması davam etdirilir (Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsinin 02 avqust 2021-ci il tarixli, 913 №-li məktubu).
9. Azərbaycan Respublikası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sorğuya cavabından görünür ki, vahid elektron kadastr bazasına əsasən mübahisələndirilən 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilində olmaqla 0,72 ha hissəsi digər fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmışdır. Qalan 0,4331 ha torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan ərazi bağlar massivi olmaqla hal-hazırda Bilgəh Zəfəran sovxozunun Abşeron rayon İnzibati ərazisi daxilində qalan hissəsində yerləşir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
10. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənubşərq hissəsində yerləşən, Bakı şəhəri Bilgəh qəsəbəsi Zaqulba şossesi 1, 2 və 3 nömrəli ünvanlarına münasibətdə cavabdeh X24 tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılması, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddia onunla əsaslandırılmışdır ki, cari ilin iyun ayında İddiaçı1 Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə dəvət olunmuşdur. 02 iyul 2021-ci il tarixli **********/15 nömrəli məktuba və onunla aparılan söhbətə görə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2(103)-879 nömrəli icra vərəqəsi üzrə icra tədbirləri: İddiaçı1 20 oktyabr 1995-ci il tarixli 2 nömrəli orderlə, keçmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvləri - X11 məxsus, Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 1926 nömrəli bağ sahəsindən, 10 noyabr 1995-ci il tarixli 9 №-li orderə əsasən Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus 1927 nömrəli bağ sahəsindən, 10 noyabr 1995-ci il tarixli 20 nömrəli orderə əsasən X15 məxsus 1928 nömrəli bağ sahəsindən, 20 oktyabr 1995-ci il tarixli 20 nömrəli orderə əsasən X6 məxsus 1929 nömrəli bağ sahəsindən və 18 may 1995-ci il tarixli 2 nömrəli orderə əsasən X23 məxsus 1931 nömrəli bağ sahəsindən çıxarılması, icra hərəkətlərinin 07 iyul 2021-ci il tarixdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin hələ 2010-cu ildə icraya yönəldilmiş olduğunu, icra işinə xitam verilmiş olduğunu bildirsə də icra hərəkətinin davam etdirilməsi qərara alınmışdır. 25 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin baş icra məmuru Daşqın Həsənəliyev və digər 6 nəfər icra məmurları, tələbkarların nümayəndəsi, hal şahidləri, Yanğından mühafizə hissəsinin rəisi, məktubda göstərilən digər şəxslər icra hərəkətinin aparılması üçün mübahisəli əraziyə gəlib icra prosesinə başlamaq istədikdə iddiaçının nümayəndələri çıxarılmalı olduğu ərazi üzrə tələbkarların hüquqlarının təsdiqinə, ərazinin koordinatlarına, sərhədlərinə, mərzlərinə və digər əhəmiyyətli hallarına aid sənədləri tələb etdikdə, bu sənədlərin əldə olmadığı, Reyestr Xidmətinin nümayəndəsinin icra prosesində iştirak etmədiyi məlum olmuş və nümayəndələrinin tələbinə əsasən həmin əsaslarla icra hərəkəti həmin gün qeyri-müəyyən vaxta təxirə salınmışdır. Buna baxmayaraq bir neçə gündən sonra hazırkı iş üzrə cavabdeh X24 şəxsiyyətləri ona məlum olmayan bir neçə şəxslə əraziyə gəlmiş, İddiaçı1, İddiaçı2 və X3, həmçinin digər ailə üzvlərinin evdə olmamasından istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri Bilgəh qəsəbəsi Zaqulba şossesi 1, 2 və 3 ünvanlarındakı fərdi yaşayış evlərinə, həmçinin İddiaçı3 məxsus olan Zaqulba şossesi 3 ünvanda yerləşən 3000 kv.m. torpaq sahəsinə, mülkiyyət hüquqları təsdiq edilmiş yaşayış evlərinə quldurcasına basqın etmiş, qapıları sındırmış, iddiaçıların öz evlərinə gediş-gəlişlərini qadağan etmişlər. Belə ki, şəxsi evlərinin qapılarına polis naryadı cəlb edilmişdir. Sabunçu rayon Mühafizə İdarəsinin 02 avqust 2021-ci il tarixli 913 nömrəli cavab məktubunda naryad üçün müqavilənin Asif İbrahimovla bağlanmış olduğu bildirilmişdir. Göründüyü kimi, Asif İbrahimov və Sabunçu rayon İcra şöbəsi əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, iddiaçının əmlak hüquqları pozulmuş, evlərindən və ərazidən qanunsuz olaraq çıxarılmışdılar. İcra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931 nömrəli bağ sahələrindən iddiaçının çıxarılmağı nəzərdə tutulduğu halda qanuni əsaslarla onlara məxsus üç mərtəbəli 1 ədəd yaşayış evindən, iki mərtəbəli 1 ədəd yaşayış evindən, 2 ədəd bir mərtəbəli yaşayış evlərindən, 4 ədəd kubik daşları ilə inşa edilmiş kotec tipli tikililərdən qanunsuz məhrum edilməklə digər çoxsaylı ailə üzvlərinin də mülkiyyət hüquqları pozulmuşdur.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)- 1571/2022 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçılar tələblərini əsaslandıra, cavabdehin qanunsuz sahibliyini, özünün qanuni sahibliyini sübut edə, Zaqulba şossesi 1, 2 və 3 nömrəli evlərin mübahisəli sahə ilə əlaqəsini göstərə bilməmişdir. Belə ki, qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmuş, boşaldılan sahə cavabdehə saxlanca verilmiş, boşaldılan sahədə iddiaçılara məxsus hərhansı daşınmaz əmlak mövcud olmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129, Mülki Məcəllənin 164, 165-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdirlər.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bununla yanaşı məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Hakim öz mövqeyini, əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 29 iyun 2021-ci il tarixli aktına – aktda göstərildiyi kimi mübahisəli bağ sahəsinin açarlarının guya İddiaçı1 tərəfindən icra şöbəsinə göndərilməsi, İddiaçı1 guya mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirməsi və s. hallarla əsaslandırmağa çalışmış, qətnamədə hətta İcra şöbəsinin cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildiyi göstərilmişdir. Halbuki, bu barədə məhkəməyə vəkil və nümayəndə tərəfindən vəsatət verilməsinə baxmayaraq, məhkəmə həmin vəsatəti təmin etməmiş, buna zərurət və əsas olmadığını vurğulamışdır və bununla da İcra şöbəsinə ünvanlanmalı olan suallar cavabsız qalmış, qeyd olunan aktın özünün mübahisələndirilməsinə, aktda qeyd olunan, məhkəmənin də istinad etməyə çalışdığı halların təkzib edilməsinə imkan yaradılmamışdır. Məhkəmə öz nəticəsini məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş baxışla da əsaslandırmağa çalışmışdır Orada göstərilir: “Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı 05 iyul 2021-ci il tarixli aktda qeyd olunanlar tam təsdiq olunmuşdur. Əraziyə baxış keçirilən zaman iddiaçılar tərəfindən mübahisələndirilən evlər - Bilgəh qəsəbəsi, Zağulba şossesi 1, 2 və 3 nömrəli evlər müəyyən, həmin evlərə istifadənin hansı qaydada məhdudlaşdırılması müəyyən edilməmişdir.” Bu halda məhkəmə, bir növ səlahiyyətlərindən kənara çıxmış, mütəxəssis və ya ekspert rolunda çıxış etmiş olmuşdur. İş materiallarından da, məhkəmə araşdırması gedişindən də göründüyü kimi, İcra şöbəsi tərəfindən icra hərəkətlərinin aparılmalı olan ərazi ilk vaxtlardan mübahisələndirilmişdir. Ərazinin müəyyənləşdirilməsi məqsədilə müvafiq mütəxəssis dəvət olunması üçün icra hərəkətləri 26 iyun 2021-ci il tarixdə təxirə salınmışdır. Lakin İcra şöbəsi mütəxəssisin iştirakını təmin etmədən qanunsuz olaraq icra hərəkətləri aparmış, iddiaçılara öz əmlaklarından istifadəyə maneə və əmlakların əllərindən alınması üçün şərait yaratmışlar. Mübahisəli ərazinin konkretləşdirilməsi, ölçülərin, sərhədlərin, koordinat və dönüş nöqtələrinin və digər əhəmiyyətli halların müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət olunması və müvafiq məhkəmə ekspertizası təyin olunması barədə tərəflərindən verilmiş vəsatətlər məhkəmə tərəfindən təmin olunmamışdır. İddia olunan əraziyə dair lazımı sübutlar - mülkiyyət hüquqlarının təsbit olunduğu “Qeydiyyat vəsiqələri”, arayışlar, Bələdiyyə sənədləri, sxemlər, cizgilər və digərləri məhkəməyə təqdim edilmişdir. Sadəcə mübahisəyə son qoyulması, işin hallarının konkretləşdirilməsi üçün işə mütəxəssis dəvət olunması və ekspertiza təyinində israrlı olmuşlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçıların nümayəndəsi Nümayəndə apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
19. Cavabdeh və onun vəkili X27 apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
20. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən, iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 10/6232 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş ve mülki iş materiallarında olan məlumatlara əsasən, naturada yeri müəyyən edilmiş 2 nömrəli fərdi yaşayış evinin MA seriyalı, ******* nömrəli çıxarışla, X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, qeyd olunur ki, Abşeron rayon X8 ve Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfinden verilmiş Qeydiyyat vəsiqələrinə əsasən İddiaçı1 və X2 mülkiyyətində olan Sabunçu rayonu Bilgəh qəsəbəsi Zuğulba şosesində yerləşən 1 ve 3 nömrəli yaşayış evləri faktiki vəziyyətdə mövcud olmadığına və Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 15 dekabr 2002-ci il tarixli 016 nömrəli qərarı ilə X7 ayrılmış Zuğulba şosesi ev 3 ünvanında yerleşen 3000 m² torpaq sahəsinin eskiz sxeminə əsasən naturada yerini müəyyən etmək mümkün olmadığına görə, həmin tikililərin və torpaq sahəsinin, daşınmaz əmlakın dövlət reyestrindən 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X9 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerleşen 1926 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1927 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1928 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1929 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyali ******* nömrəli çıxarışa əsasən X21 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1931 nömrəli bağ sahələrinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr bazasına əsasən mübahisələndirilən 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilində olmaqla 0,72 ha hissəsi digər fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmışdır, qalan 0,4331 torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan ərazi bağlar massivi olmaqla hal – hazırda Bilgəh Zəfəran sovxozunun Abşeron rayon inzibati ərazisi daxilində qalan hissəsində yerləşir.
22. İş üzrə rəy vermiş ekspert Elməddin Aslanlı məhkəmə iclasında dindirilərkən izahatında göstərmişdir ki, rəyin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilməsi ilə bağlı vəsatət verilmişdir, çünki sənədlərin elektron bazada hansı vəziyyətdə yerləşməsi barədə onlarda məlumat yoxdur. Lakin həmin mütəxəssislər iştirak etmədiyinə görə koordinatlar götürülməmişdir. Buna görə də rəyin koordinatlar əsasında verilməsi mümkün olmamışdır. 1 və 3 saylı yaşayış evləri faktiki vəziyyətdə mövcud olmadığına, 2 saylı tikilinin ölçüləri isə torpaq sahəsində yerləşən tikilinin ölçüləri ilə üst – üstə düşdüyünə görə rəydə tikilinin torpaq sahəsinin daxilində yerləşməsi qeyd olunmuşdur. Bələdiyyə tərəifndən verilmiş eskiz layihəsində torpaq sahəsinin koordinatları qeyd olunmadığından və mütəxəssis rəyi olmadığından koordinatlara əsasən naturada yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamış, buna görə də ekspert rəyi əsaslandırıla bilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
30. Hazırkı iddia tələbi üzrə iddiaçılar mülkiyyətində olan daşınmaz əmlakların cavabdehin qanunsuz sahibliyində olmasına istinad etdiyinə və əmlakların qaytarılmasını tələb etdiyindən vindikasiya tələbidir.
31. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
33. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən X11 verilmiş 1926 nömrəli, Bağırova (Quliyeva) Xanım Rəsul qızına verilmiş 1927 nömrəli, X15 verilmiş 1928 nömrəli, X5 verilmiş 1929 nömrəli və X23 verilmiş 1931 nömrəli bağ sahələrindən cavabdehin çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi və həmin bağ sahələrinin onlara qaytarılması qət edilmişdir.
34. İddianın əsaslandığı hal ondan ibarətdir ki, qətnamənin icrası həyata keçirilərkən Cavabdeh və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, iddiaçıların əmlak hüquqları pozulmuş, evlərindən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Belə ki, icra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931 nömrəli bağ sahələrindən iddiaçının çıxarılmağı nəzərdə tutulduğu halda qanuni əsaslarla onlara məxsus üç mərtəbəli 1 ədəd yaşayış evindən, iki mərtəbəli 1 ədəd yaşayış evindən, 2 ədəd bir mərtəbəli yaşayış evlərindən, 4 ədəd kubik daşları ilə inşa edilmiş kotec tipli tikililərdən qanunsuz məhrum edilmişlər.
35. Məhkəmə kollegiyası hazırkı tələb üzrə hüquqi qiymətləndirmə apararkən ilk növbədə onu qeyd edir ki, hazırkı iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iddiaçılar icra sənədinin icrası nəticəsində mülkiyyətlərinə müdaxilə olduqlarını irəli sürürlər. Lakin, işin halları ilə təsdiq olunur ki, Cavabdeh icra mərhələsində etibarnamə əsasında tələbkarları təmsil etmiş, daşınmaz əmlaklar məhz tələbkarların nümayəndəsi kimi ona təhvil verilmişdir. Yəni, Cavabdeh münasibətdə hər hansı prosessual hərəkət aparılmmışdır. İddianın əsaslı olduğu təqdirdə belə, tələbin yönəldiyi şəxs tələbkarların nümayəndəsi deyil, məhz tələbkarlar olmalı idi. Çünki, hal – hazırda mübahisə predmeti olan daşınmaz əmlaklar tələbkarlara təhvil verilmişdir.
36. Göründüyü kimi, digər şərtlərin mövcudluğu qəbul olunsa belə, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi daşınmaz əmlakların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir, yuxarıda qeyd olunduğu kimi əmlaklar tələbkarların sahibliyindədir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əmlakların qaytarılması barədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır.
37. Faktiki vəziyyət bu şəkildə olduqda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə, yəni, icra sənədi üzrə tələbkarlara qarşı irəli sürə bilər.
38. Bundan başqa, məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla birlikdə təhlil edərkə müəyyən olunur ki, rəyin nəticəvi hissəsində 1 və 3 saylı fərdi yaşayş evlərinin bağ sahələrinin hüdudları daxilində yerləşdiyini müəyyən etmək mümkün olmasa da, 2 saylı fərdi yaşayış evinin X4 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daxilində yerləşdməsi nəticəsinə gəlinmişdir. Lakin həm rəyin təsviri hissəsində göstərilən, həm də ekspertin məhkəmə iclasında dindirilərkən izahatında göstərdiyi xüsusatlarla təsdiq olunur ki, gəlinən nəticə koordinatlara əsasən deyil, məhz qeydiyyat vəsiqəsində göstərilən evin ölçülərinin orada yerləşən evin ölçülərinə uyğun gəlməsi ilə əsaslandırılmışdır. Halbuki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, məktubunda da qeyd olunmuşdur ki, vahid elektron kadastr bazasına əsasən mübahisələndirilən 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilində olmaqla 0,72 ha hissəsi digər fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmışdır, qalan 0,4331 torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, qeyd olunan ərazi bağlar massivi olmaqla hal – hazırda Bilgəh Zəfəran sovxozunun Abşeron rayon inzibati ərazisi daxilində qalan hissəsində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, digər fərdi yaşayış evlərinin yerinin müəyyən olunmadığı təqdirdə, 2 saylı fərdi yaşayış evinin yerinin koordinatlara əsasən deyil, ölçülərinin uyğunluğu baxımından yerinin müəyyən olunması ilə bağlı ekspertin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.
39. Şikayətin dəlillərindən biri də, məhkəmənin öz nəticəsini məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş baxışla da əsaslandırmağının bir növ səlahiyyətlərdən kənara çıxma, mütəxəssis və ya ekspert rolunda çıxış etmə kimi qiymətləndirilməli olması ilə bağlıdır. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 76.2-ci, 79-cu və 202-ci maddələrinə əsasən sübutların yerində müayinəsinin aparılmasının prosessual əsaslarını və məhkəmənin səlahiyyətlərini müəyyən edir.
40. Şikayətin dəlillərindən biri kimi, mübahisəli ərazinin konkretləşdirilməsi, ölçülərin, sərhədlərin, koordinat və dönüş nöqtələrinin və digər əhəmiyyətli halların müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət olunması və müvafiq məhkəmə ekspertizası təyin olunması barədə verilmiş vəsatətlərin məhkəmə tərəfindən təmin olunması ilə bağlı isə qeyd olunmalıdır ki, apellyasiya icraatı çərçivəsində mütəxəssis və ekspert rəyləri alınsa da yuxarıda göstərildiyi kimi həmin rəylər əsasında iddianın əsaslı olması qənaətinə gəlinməsi mümkün deyildir.
41. Digər tərəfdən mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bu prinsip baxımından da iddiaçılar tərəfindən məhkəməyə iddia etdikləri daşınmaz əmlakların koorlinatlarını əks etdirən sübutlar təqdim olunmamışdır.
42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)- 1571/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Hacıbaba qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)- 1571/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev