Məhkəmə qərarları › İş №2(102)-4044/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4044/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4044/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Hacıbaba qızının Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayon İcra şöbəsinə qarşı “daşınmaz əmlaka istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X10 ibarət tərkibdə, Bakı Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)282/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, ev 1, yaşayış sahəsi 213,9 kv.m, köməkçi sahəsi 56,9 kv.m üç otaqdan ibarət yaşayış evi üzərində İddiaçı1, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, ev 2, yaşayış sahəsi 74,8 kv.m, köməkçi sahəsi 66,6 kv.m üç otaqdan ibarət yaşayış evi üzərində İddiaçı2 və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, ev 3, yaşayış sahəsi 381,6 kv.m köməkçi sahəsi 443,9 kv.m səkkiz otaqdan ibarət yaşayış evi X2 mülkiyyət hüquq ları Bilgəh bələdiyyə şurasının 02 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən qeydə alınmış və bu barədə hər birinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqələri verilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 oktyabr 1995-ci il tarixli, 1376 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 2 No-li orderlə X13 verilmiş 1926 saylı bağ sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 1995-ci il tarixli, 1476 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 9 No-li orderlə Bağırova (Quliyeva) Xanım Rəsul qızına verilmiş 1927 saylı bağ sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 1995-ci il tarixli, 176 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 20 No-li orderlə X17 verilmiş 1928 nömrəli bağ sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 oktyabr 1995-ci il tarixli, 1376 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 20 No-li orderlə X5 verilmiş 1929 nömrəli bağ sahəsindən və Bakı şəhər İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 625 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 2 No-li orderlə X24 verilmiş 1931 nömrəli bağ sahəsindən İddiaçı1 çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi və həmin bağ sahələrinin onlara qaytarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyul 2010-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 3. 29 iyun 2021-ci il tarixli akta əsasən, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı1 29 iyun 2021-ci il tarixdə mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu İddiaçı1 ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığ ını və bəzilərinin yararsız olduğunu bildirmişdir. Əmlaklar Sabunçu rayon mühafizə idarəsinə təhvil verilmiş, tələbkarların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X25 bağ sahələrini və bağ sahələrində yerləşən evləri qəbul etməyə hazır olduğunu bildirmiş, həmin bağ sahələri, üzərlərində yerləşən biri üçmərtəbəli, biri ikimərtəbəli evlər, həmin evlərdə olan əmlaklar siyahıya alınaraq saxlanc üçün X18 təhvil verilmiş, bağ sahələrinin girişində yerləşən, xüsusi mülkiyyətdə olmayan təqribi ölçüsü 0,80 ha olan torpaq sahəsi Bilgəh qəsəbəsi üzrə ərazi nümayəndəsi X26 təhvil verilmişdir. Bununla, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsi tamamilə icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İd diaçı2 və İddiaçı3 Hacıbaba qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh tərəfindən iddiaçıların şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılması, şəxsi evlərinin və torpaq sahəsinin iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cari ilin iyun ayında İddiaçı1 Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə dəvət olunmuşdur. 02 iyul 2021-ci il tarixli məktuba və onunla aparılan söhbətə görə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli icra vərəqəsi üzrə icra tədbirləri: İddiaçı1 keçmiş spiker Rəsul Quli yevin arvadı və digər ailə üzvləri - X13 məxsus, Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 1926 nömrəli bağ sahəsindən, Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus 1927 nömrəli bağ sahəsindən, X17 məxsus 1928 nömrəli bağ sahəsindən, X6 məxsus 1929 nömrəli bağ sahəsindən və X24 məxsus 1931 nömrəli bağ sahəsindən çıxarılması, icra hərəkətlərinin 07 iyul 2021-ci il tarixdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 25 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin baş icra məmuru Daşqın Həsənəliyev və digər 6 nəfər icra məmurları, tələbkarların nümayəndəsi, hal şahidləri, Yanğından mühafizə hissəsinin rəisi, məktubda göstərilən digər şəxslər icra hərəkətinin aparılması üçün mübahisəli əraziyə gəlib icra prosesinə başlamaq istədikdə, iddiaçının nümayəndələri çıxarılmalı olduğu ə razi üzrə tələbkarların hüquqlarının təsdiqinə, ərazinin koordinatlarına, sərhədlərinə, mərzlərinə və digər əhəmiyyətli hallarına aid sənədləri tələb etdikdə, bu sənədlərin əldə olmadığı, Reyestr Xidmətinin nümayəndəsinin icra prosesində iştirak etmədiyi məlum olmuş və nümayəndələrinin tələbinə əsasən həmin əsaslarla icra hərəkəti həmin gün qeyri-müəyyən vaxta təxirə salınmışdır. Buna baxmayaraq, bir neçə gündən sonra X25 şəxsiyyətləri ona məlum olmayan bir neçə şəxslə əraziyə gəlmiş, İddiaçı1, İddiaçı2 və X3, həmçinin digər ailə üzvlərinin evdə olmamasından istifadə edərək, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi 1, 2 və 3 ünvanlarındakı fərdi yaşayış evlərinə, həmçinin İddiaçı3 məxsus olan Zaqulba şosesi 3 ünvanda yerləşən 3000 kv.m. torpaq sahəsinə, mülkiyyət hüquqları təsdiq edilm iş yaşayış evlərinə quldurcasına basqın etmiş, qapıları sındırmış, iddiaçıların öz evlərinə gediş-gəlişlərini qadağan etmişlər. Belə ki, şəxsi evlərinin qapılarına polis naryadı cəlb edilmişdir. Sabunçu rayon Mühafizə İdarəsinin 02 avqust 2021-ci il tarixli məktubunda naryad üçün müqavilənin Asif İbrahimovla bağlanmış olduğu bildirilmişdir. Göründüyü kimi, Asif İbrahimov və Sabunçu rayon İcra şöbəsi əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, iddiaçının əmlak hüquqları pozulmuş, evlərindən və ərazidən qanunsuz olaraq çıxarılmışdılar. İcra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931 nömrəli bağ sahələrindən iddiaçının çıxarılmağı nəzərdə tutulduğu halda qanuni əsaslarla onlara məxsus üç mərtəbəli 1 ədəd yaşayış evindən, iki mərtəbəli 1 ədəd yaşayış evindən, 2 ədəd bir mərtəbəli yaşayış evlərindən, 4 ədəd kubik daşları ilə inşa edilmiş kottec tipli tikililərdən qanunsuz məhrum edilməklə digər çoxsaylı ailə üzvlərinin də mülkiyyət hüquqları pozulmuşdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)1571/2022 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tələblərini əsaslandıra, cavabdehin qanunsuz sahibliyini, özlərinin qanuni sahibliyini sübut edə, Zaqulba şosesi 1, 2 və 3 nömrəli evlərin mübahisəli sahə ilə əlaqəsini göstərə bilməmişlər. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmuş, boşaldılan sahə cavabdehə saxlanca verilmiş, boşaldılan sahədə iddiaçılara məxsus hər-hansı daşınmaz əmlak mövcud olmamışdır.

8. Məhkəmə mövqeyini Az ərbaycan Respublikası Konstitusiyasının 129-cu, Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Hacıbaba qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)- 1571/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, naturada yeri müəyyən edilmiş 2 nö mrəli fərdi yaşayış evinin MA seriyalı, ******* nömrəli çıxarışla X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, Abşeron rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqələrinə əsasən İddiaçı1 və X2 mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən 1 və 3 nömrəli yaşayış evləri faktiki vəziyyətdə mövcud olmadığına və Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 15 dekabr 2002ci il tarixli 016 nömrəli qərarı ilə X7 ayrılmış Zaqulba şosesi, ev 3 ünvanında yerləşən 3000 m² torpaq sahəsinin eskiz sxeminə əsasən naturada yerini müəyyən etmək mümkün olmadığına görə, həmin tikililərin və torpaq sahəsinin, daşınmaz əmlakın dövlət reyestrindən 01 aprel 2011-ci il tarixli MA seriyalı * ****** nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1926 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X14 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1927 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X15 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1928 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1929 nömrəli, 01 aprel 2011-ci il tarixli MA seriyali ******* nömrəli çıxarışa əsasən X23 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1931 nömrəli bağ sahələrin in hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-282/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(008)1571/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçılar mülkiyyətində olan daşınmaz əmlakların cavabdehin qanunsuz sahibliyində olmasına istinad etdiyinə və əmlakların qaytarılmasını tələb etdiyindən vindikasiya tələbidir. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini t əmin edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

13. İddianın əsaslandığı hal ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsinin icrası həyata keçirilərkən Cavabdeh və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, iddiaçıların əmlak hüquqları pozulmuş, evlərin dən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Belə ki, icra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931 nömrəli bağ sahələrindən iddiaçının çıxarılmağı nəzərdə tutulduğu halda, qanuni əsaslarla iddiaçılara məxsus üçmərtəbəli 1 ədəd yaşayış evindən, iki mərtəbəli 1 ədəd yaşayış evindən, 2 ədəd bir mərtəbəli yaşayış evlərindən, 4 ədəd kubik daşları ilə inşa edilmiş kottec tipli tikililərdən qanunsuz məhrum edilmişlər.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iddiaçılar icra sənədinin icrası nəticəsində mülkiyyətlərinə müdaxilə olduqlarını irəli sürürlər. Lakin, işin halları ilə təsdiq olunur ki, Cavabdeh icra mərhələsində etibarnamə əsasında tələbkarları təmsil etmiş, daşınmaz əmlaklar məhz tələbk arların nümayəndəsi kimi ona təhvil verilmişdir. Yəni, Cavabdeh münasibətdə hər hansı prosessual hərəkət aparılmamışdır. İddianın əsaslı olduğu təqdirdə belə, tələbin yönəldiyi şəxs tələbkarların nümayəndəsi deyil, məhz tələbkarlar olmalı idi. Çünki, hal-hazırda mübahisə predmeti olan daşınmaz əmlaklar tələbkarlara təhvil verilmişdir.

15. Göründüyü kimi, digər şərtlərin mövcudluğu qəbul olunsa belə, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi daşınmaz əmlakların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir, yuxarıda qeyd olunduğu kimi əmlaklar tələbkarların sahibliyindədir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əmlakların qaytarılması barədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır.

16. Faktiki vəziyyət bu şəkildə olduqda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə, yəni, icra sənədi üzrə tələbkarlara qarşı irəli sürə bilər.

17. Bundan başqa, məhkəmə tərəfindən ekspert rəyi digər sübutlarla birlikdə təhlil edilərkən müəyyən edilmişdir ki, rəyin nəticəvi hissəsində 1 və 3 saylı fərdi yaşayış evlərinin bağ sahələrinin hüdudları daxilində yerləşdiyini müəyyən etmək mümkün olmasa da, 2 saylı fərdi yaşayış evinin X4 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daxilində yerləşməsi nəticəsinə gəlinmişdir. Lakin həm rəyin təsviri hissəsində göstərilən, həm də ekspertin məhkəmə iclasında dindirilərkən izahatında göstərdiyi xüsusatlarla təsdiq olunur ki, gəlinən nəticə koordinatlara əsasən deyil, məhz qeydiyyat vəsiqəsində göstərilən e vin ölçülərinin orada yerləşən evin ölçülərinə uyğun gəlməsi ilə əsaslandırılmışdır. Halbuki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr bazasına əsasən mübahisələndirilən 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilində olmaqla 0,72 ha hissəsi digər fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmış, qalan 0,4331 torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmiş, qeyd olunan ərazi bağlar massivi olmaqla Bilgəh Zəfəran sovxozunun Abşeron rayon inzibati ərazisi daxilində qalan hissəsində yerləşir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər fərdi yaşayış evlərinin yerinin müəyyən olunmadığ ı təqdirdə, 2 saylı fərdi yaşayış evinin yerinin koordinatlara əsasən deyil, ölçülərinin uyğunluğu baxımından yerinin müəyyən olunması ilə bağlı ekspertin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.

19. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, MPM-in 76.2-ci, 79-cu və 202-ci maddələrinə əsasən sübutların yerində müayinəsinin aparılmasının prosessual əsaslarını və məhkəmənin səlahiyyətlərini müəyyən edir. Mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bu prinsip baxımından da iddiaçılar tərəfindən məhkəməyə iddia etdikləri daşınmaz əmlakların koordinatlarını əks etdirən sübutlar təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-282/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 139.1, 152.1, 158.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

22. Belə ki, iş üzrə tələbkar kimi qeyd olunan Quliyevlər 1996-cı ildən etibarən Azərbaycan Respublikası ərazisindən kənarda (X12) olduqları üçün, iddiaçılara məxsus olan daşınmaz əmlaklar da onları təmsil edən Cavabdeh verilmişdir. Cavabdeh faktiki olaraq mübahisəli əmlaklara sahiblik edir, onlardan öz istəyinə uyğun formada istifadə edir, iddiaçılarda olan məlumatlara görə həmin əmlakları satmaq təşəbbüsündədir. Ona görə, hazırkı iş üzrə iddia Quliyevlərə qarşı deyil, məhz Cavabdeh qarşı yönəlməli idi. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iş üzrə keçirilmiş ekspertiza rəyini sübut qismində qiymətləndirməmiş, işin hallarını tam araşdırmamış, işdə olan ziddiyyətli məsələlərə əhəmiyyət verməmişdir.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmamışdır. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfind ən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Kassasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassasiya şikayətini hər üç cavabdeh birgə versələr də, həmin şikayət iddiaçılar İddiaçı2 və X8 mün asibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Odur ki, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun İddiaçı1 iddiasının təmin olunmaması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci mad dəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apell yasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını düzgün müəyyən etmiş və əsaslı olaraq hesab etmişdir ki, həmin tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir.

32. Belə ki, hazırki iddianın əsaslandığı faktiki hallara görə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsinin səhv və qanunsuz icra olması nəticəsində iddiaçılar icra vərəqəsi ilə nəzərdə tutulmayan evlərindən və torpaq sahəsindən çıxarılmışlar, bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Lakin, həmin icra sənədi üzrə tələbkar qismində hazırki iş üzrə Cavabdeh deyil, üçüncü şəxslər çıxış etmiş, Cavabdeh onların nümayəndələri olaraq yalnız əmlakı qəbul etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən əmlak Cavabdeh deyil, icra sənədi üzrə tələbkarların sahibliyinə təhvil verildiyindən, hazırki iş üzrə cavabdeh iddiaya cavab verməli şəxs deyildir.

33. Kassasiya şikayətinin digər dəlilləri iddianın əsaslı olması ilə əlaqədardır. Lakin tələb buna cavab verməli olan şəxslərə qarşı yönəldilmədiyindən, iddianın əsaslı olub-olmamasına dair dəlillərə hazırki icraatda hüquqi qiymət verilə bilməz.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mü bahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-282/2023 nömrəli qətnaməsi İddiaçı1 iddiasının təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar