Məhkəmə qərarları › İş №2(008)-1571/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1571/2024

19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1571/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi "onunla Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/6-3194 nömrəli barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "Maraqlı şəxs ilə onun arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/6-3194 nömrəli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşağı ilə hər ayın ilk şənbə günü saat 11-dən bazar günü saat 15-dək, hər həftənin şənbə günü saat 11-dən saat 19-dək, bazar günü saat 11-dən saat 19-dək, doğum günü saat 11-dən saat 19-dək, hər yeni ilin ilk günü saat 11-dən saat 19-dək, Novruz bayramının ilk günü saat 11-dən saat 19-dək, ad günü hər ilin 27 oktyabr tarixində saat 11-dən saat 19-dək, Ramazan bayramının ilk günü saat 11-dən saat 19-dək, Qurban bayramının ilk günü saat 11-dən saat 19-dək, 01 iyun uşaq bayramı günü saat 11-dən saat 19-dək sərbəst qaydada ünsiyyətdə olmağı haqqında qətnamə çıxarılması" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra xx.xx.2024-cü ildə o, məhkəməyə başqa ərizə verərək, əvvəlki ərizədə xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtlərindən kənara çıxdığını bildirmiş və barışıq sazişində qeyd olunan şərtlərin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi xahişini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuş, sonradan münasibətləri pisləşdiyinə görə ayrılmışlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən, atalığın müəyyən olunması və X3 yetkinlik yaşına çatanadək hər ay 193 manat sabit pul məbləğində alimentin ondan tutulması qət edilmişdir. Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında xx.xx.2020-ci təvəllüdlü X6 ilə ünsiyyətdə olması barədə Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixli MŞB/6-3194 nömrəli barışıq sazişi bağlamış, lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməyərək, uşağı onunla görüşdürmür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Hazırkı ərizə məhkəməyə xx.xx.2021-cü ildə daxil olmuş, məhkəmə iclası xx.xx.2024-cü ilə təyin edilmiş, lakin həmin tarixdə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə iclası təxirə salınaraq təkrarən xx.xx.2024-cü ilə təyin edilmişdir. Bundan sonra Maraqlı şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, barışıq sazişinə razı deyil. O, ərizəçinin uşaqla görüşməsinə razı deyil, lakin hər görüşdə evində görüşməyə icazə vermir. Maraqlı şəxs həmin ərizədə xx.xx.2024-cü ilə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini də xahiş etmişdir. Ona görə məhkəmə iclası onun iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X6 adlı ümumi uşağı vardır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1957/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Ərizəçi xx.xx.2020-ci il tarixdə doğulmuş X3 atası olması faktı müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xx.xx.2022-ci il tarixdən başlayaraq 193 manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Bundan sonra Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında xx.xx.2022ci il tarixli MŞB/6-3194 nömrəli barışıq sazişi bağlanmış, sazişdə Ərizəçi birinci tərəf, Maraqlı şəxs ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:

1. "İkinci tərəf" (ana Maraqlı şəxs) birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 (AZ-İV № 449283) "Birinci tərəflə"lə (ata Ərizəçi) görüşməsinə etiraz etmir.

2. "İkinci tərəf" (ana Maraqlı şəxs) hər həftənin şənbə günü saat 11-dən saat 19-dək, bazar günü saat 11-dən saat 19-dək, doğum günü saat 11-dən 19-dək, hər yeni ilin ilk günü saat 11-dən 19-dək, Novruz bayramının ilk günü saat 11-dən 19-dək, ad günü hər ilin 27 oktyabr tarixində saat 11-dən saat 19dək, Ramazan bayramının ilk günü saat 11-dən saat 19-dək, Qurban bayramının ilk günü saat 11-dən saat 19-dək və 01 iyun uşaq bayramı günü saat 11-dən saat 19-dək "Birinci tərəf"lə (ata Ərizəçi) birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X6 ilə qarşılıqlı razılıq əsasında ünsiyyətdə olmasına razıdır və bununla bağlı heç bir etirazı yoxdur. İşdə olan "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1957/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə doğulmuş X3 atası olması faktı müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xx.xx.2022-ci il tarixdən başlayaraq 193 manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Gülzar Hüseynovanın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Ərizəçi hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 193 manat məbləğində alimentin tutularaq Maraqlı şəxs ödənilməsi barədə icra sənədi üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli MŞB/6-3194 nömrəli "Barışıq sazişi"ndən görünür ki, həmin saziş Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmışdır. İşdə olan AA4090300 nömrəli xx.xx.2022-ci il tarixli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü uşağın soyadı, adı, atasının adı X2r. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində deyilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. Barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli MŞB/6- 3194 nömrəli barışıq sazişi Ərizəçi və Maraqlı şəxs tərəfindən şəxsən imzalanmış, saziş qanuna zidd deyildir, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Deməli, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, Ərizəçi ərizəsi təmin edilməli və onunla Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında xx.xx.2022ci ildə bağlanmış MŞB/6-3194 nömrəli barışıq sazişi təsdiq olunmalıdır.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci ildə aşağıdakı şərtlərlə bağlanmış MŞB/6-3194 nömrəli barışıq sazişi təsdiq edilsin:

1. "İkinci tərəf" (ana Maraqlı şəxs) birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 "Birinci tərəflə"lə (ata Ərizəçi) görüşməsinə etiraz etmir.

2. "İkinci tərəf" (ana Maraqlı şəxs) hər həftənin şənbə günü saat 11-dən saat 19-dək, bazar günü saat 11-dən saat 19-dək, doğum günü saat 11-dən 19-dək, hər yeni ilin ilk günü saat 11-dən 19-dək, Novruz bayramının ilk günü saat 11-dən 19-dək, ad günü hər ilin 27 oktyabr tarixində saat 11-dən saat 19dək, Ramazan bayramının ilk günü saat 11-dən saat 19-dək, Qurban bayramının ilk günü saat 11-dən saat 19-dək, 01 iyun uşaq bayramı günü saat 11-dən saat 19-dək "Birinci tərəf"lə (ata Ərizəçi) birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X6 ilə qarşılıqlı razılıq əsasında ünsiyyətdə olmasına razıdır və bununla bağlı heç bir etirazı yoxdur. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar