Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1742/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək əri X6 oğlunun ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 oğlu ürək xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2020-ci ildə yaşadıqları evdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin qurumun 1770-05/15 saylı məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüi faktı tibb müəssisəsinin füvafiq sənədi və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi əsasında qeydiyyata alınmalıdır. Sonradan iddiaçı iddia tələbini dəyişdirilməsi barədə ərizə verərək xx.xx.1966-cı il təvəllüdlü əri X6 oğlunun xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, Maraqlı şəxs məhkəməyə rəsmi məktubla müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş ərizəçinin ərizəsindən görünür ki, ərizəçi növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-366137 №-li nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X6 oğlunun arvadıdır. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 №-li şəhər polikilinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Həkimə qədər ölüm halını təsdiq edən Aktdan görünür ki, X6 oğlu həmin tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 461 №-li arayışından görünür ki, Ərizəçi əri X6 oğlu xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu, Qasımlı qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 12 №-li şəhər polikilinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 463 №-li məktubdan görünür ki, X6 oğlu hər hansı xəstəliklə bağlı poliklinikaya müraciət etmədiyinə görə mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. Hazırda iddiaçı əri X6 oğlunun ölməsi faktının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyət üzrə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı X6 oğlunun ölməsi faktı ərizəçinin izahatı, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 №-li şəhər polikilinikasının xx.xx.2020-ci il tarixli Həkimə qədər ölüm halını təsdiq edən Aktı və Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 461 №-li arayışı ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X6 oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, X6 oğlunun ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X6 oğlunun xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1742/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1742/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver