Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-177/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 126.506 (yüz iyirmi altı min beş yüz altı) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun hesablanıb ona verilməsi, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 510 (beş yüz on) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə onun Bakıxanov qəsəbəsində 4,5 sot torpaq sahəsi olmuşdur və 2016-cı ildə həmin torpaq sahəsini 80.000 ABŞ dollarına satmaq istədiyini makler kimi fəaliyyət göstərən Cavabdeh bildirmişdir və müştəriyə torpaq sahəsini göstərmək üçün darvazanın açarını ona etibar etmişdir . Cavabdeh ona bildirmişdir ki, müştəri olanda qiyməti özü danışar. Bir neçə dəfə bildirmişdir ki, 50.000 dollara müştəri var, o, razılaşmamışdır. Ona məxsus Bakıxanov qəsəbəsinin ən prestij yerində, İcra Hakimiyyətinin binasının yanında yerləşən, qiyməti 80.000 ABŞ dollarından yuxarı olan torpaq sahəsini o, Ukraynada olarkən ona məlumat vermədən, ona olan etibarından sui-istifadə edərək satmışdır. Araşdırma zamanı 10.000 (on min) ABŞ dolları məbləğində pul vermiş, qalan 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pulu verməmişdir. Həmçinin, 2012-ci ilin dekabr ayında Bakıxanov qəsəbəsində "xxxx" ASC-nin yanında cavabdehin 10.000 ABŞ dollarına nisyə götürdüyü torpaq sahəsi üzərində faizlə borc götürdüyü 61055 ABŞ dolları onun vəsaiti hesabına 2 mərtəbəli evi tikdirib evrostil təmirdən sonra satışa qoymuşlar. Şərik etməsinə baxmayaraq, cavabdeh bura 1 manat pul qoymamışdır. O, özü real müştəri gətirmiş, 130.000 ABŞ dollarına razılaşmışlar, yəni 50.000 ABŞ dolları qazanc qalması onu qane etmədiyindən bildirmişdir ki, özü 150.000 ABŞ dollarına danışmışdır, 70.000 ABŞ dolları qazancdan adama 35.000 ABŞ dolları verəcəyi adı altında onu aldadıb, etibardan suiistifadə etməklə qoyduğu vəsaiti (evi) ələ keçirərək mənimsəmişdir. Bununla da 61055 ABŞ dolları, üstəlik 35.000 ABŞ dolları qazanc = 96.055 ABŞ dolları puldan (2017-ci ilin fevral ayınadək) 4 ilin ərzində, hissə-hissə müxtəlif vaxtlarda 49.049 ABŞ dolları qaytarmışdır. Qalan hissəni - 47006 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Evi 150.000 ABŞ dollarına satandan sonra tikintiyə qoyduğu 61.055 ABŞ dolları pulu və 35.000 ABŞ dolları qazancını (bu epizodda 96.055 ABŞ dolları pulunu) qaytarmaq əvəzinə Yeni Suraxanıda özünə 55 sot torpaq sahəsi almış və bundan əlavə şəhərin başqa-başqa yerlərində torpaq sahələri alaraq ev tikib satmaqla məşğul olmuşdur. Faizlə borca götürdüyü vəsaiti dövriyyəyə buraxaraq başqasının hesabına varlanmaq yolunu seçmişdir. İşlətdiyi kafedən və əldə etdiyi gəlirlərdən ona qəpik-quruş verməklə, onu 4 il aldadaraq çox pis acı duruma salmışdır. İlkin istintaq zamanı izahatında cavabdeh ona borclu olduğunu etiraf etmişdir, bildirmişdir ki, hazırda guya onun pulu yoxdur, pulu olanda borclarını ödəyəcək. Onunla görüşəndə də borcunun əvəzinə ev, torpaq, maşın verəcəyini demişdir. Gəncədə götürdüyü beton zavoda onu guya direktor vəzifəsinə təyin edəcəyi barədə söz versə də, o, pulunu qaytarmasını istəmişdir. Bundan əlavə, cavabdeh ünvan 1 ünvanında yerləşən yataqxanada olan bir otaqlı mənzilin 10.000 ABŞ dollarına alınaraq gələcəkdə satılıb qazanc əldə edilməsi üçün 2055 ABŞ dollarını o vermiş, qalan hissəni cavabdeh qoymuşdur. Yataqxanadan aldığı bir otaqlı mənzili 26.000 manata satmışdır, yenidən 10.000 ABŞ dollarına bir otaqlı ev alaraq 21.000 manata satmışdır, lakin onun pulunu mənimsəmiş və verməmişdir. 27.000 manat qazanc olmasına baxmayaraq, nəinki adam başına düşən 13.500 manat qazancı verməmiş, hətta onu aldadaraq 2050 ABŞ dollarını alıb bu işə cəlb etdiyi halda bu məbləği də qaytarmamışdır. Bununla bağlı olaraq ona 4000 (dörd min) ABŞ dolları verməyə vəd vermişdir, lakin tələb etsə də pulu verməkdən imtina etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixdə ondan 5500 ABŞ dollarını iş üçün alması barədə iltizam yazaraq vermişdir. Həmin məbləği də ona qaytarmamışdır. Bunu əvvəllər tələb etməməsinə səbəb onunla iş birliyinin davam etməsi, barəsində şikayət etməsi olmuşdur. Dəfələrlə bu iş üzrə cinayət işinin icraatına xitam edilməsi haqqında qərar çıxarılmışdır, 4 dəfə AR CPM-nin 39.1. maddəsi tətbiq edilməklə xitam verilmişdir, ümumilikdə 9 dəfə qərar çıxarılmışdır, həmin qərarlardan 8 qərar prokurorluq tərəfindən ləğv edilmişdir. Çıxarılmış qərarlar bir qayda olaraq prokurorluq tərəfindən ləğv edilmişdir. Belə ki, Bakı şəhər Prokurorluğunun xx.xx.2018-ci il tarixli qərarında AR Cinayət Məcəlləsinin 73.1.3. maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1.3. maddəsinə əsasən CM-nin 178.2., 179.2. , 186.2.1. və 189.1.2-1 maddələrində nəzərdə tutulmuş əməli törətmiş zərərçəkmişlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilməsi göstərilmişdir. Lakin sonda hüquqi qiymət verilməmişdir. Bu iş həllini tapmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən ümumilikdə 126.506 ABŞ dolları tutularaq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən mənəvi zərərə məruz qalmış, uzun müddət pul vəsaitindən məhrum olması, pulun qaytarılmaması, maddi zərərə məruz qalması şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdehin onu aldatması, külli miqdarda pul məbləğini mənimsəməsi onun işinə mənfi təsir etmişdir, işləri yerinə yetirə bilməmiş, qazanc əldə edə bilməmiş, maddi zərərlə üzləşmişdir. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Hesab edir ki, cavabdehin əməli nəticəsində onun çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, 2013cü ildə onun Bakıxanov qəsəbəsində 4,5 sot torpaq sahəsi olmuşdur və 2016-cı ildə həmin torpaq sahəsini 80.000 ABŞ dollarına satmaq istədiyini makler kimi fəaliyyət göstərən Cavabdeh bildirmişdir və müştəriyə torpaq sahəsini göstərmək üçün darvazanın açarını ona etibar etmişdir. Cavabdeh ona bildirdi ki, müştəri olanda qiyməti özün danışarsan. Bir neçə dəfə bildirdi ki, 50.000 ABŞ dollarına müştəri var, o, razılaşmadı. Ona məxsus, Bakıxanov qəsəbəsinin ən prestijli yerində, İcra Hakimiyyətinin binasının yanında yerləşən, qiyməti 80.000 ABŞ dollarından yuxarı olan torpaq sahəsini o, Ukraynada olarkən ona məlumat vermədən, ona olan etibarından sui-istifadə edərək satmışdır. Araşdırma zamanı 10.000 (on min) ABŞ dolları məbləğində pul vermiş, qalan (yetmiş min) ABŞ dolları məbləğində pulu verməmişdir. Həmçinin 2012-ci il dekabr ayında Bakıxanov qəsəbəsində "xxxx" ASC-nin yanında cavabdehin 10.000 ABŞ dollarına nisyə götürdüyü torpaq sahəsi üzərində faizlə borc götürdüyü 61055 ABŞ dolları onun vəsaiti hesabına 2 mərtəbəli evi tikdirib evrostil təmirdən sonra satışa qoymuşlar. Şərik etməsinə baxmayaraq cavabdeh bura 1 manat pul qoymamışdır. O, özü real müştəri gətirmiş, 130.000 ABŞ dollarına razılaşmışlar, yəni 50.000 ABŞ dolları qazanc qalması onu qane etmədiyindən bildirdi ki, o, özü 150.000 ABŞ dollarına danışmışdır, 70.000 ABŞ dolları qazancdan adama 35.000 ABŞ dolları verəcəyi adı altında onu aldadıb, etibardan sui-istifadə etməklə qoyduğu vəsaiti (evi) ələ keçirərək mənimsədi. Bununla da 61055 ABŞ dolları, üstəlik 35.000 ABŞ dolları qazanc = 96.055 ABŞ dolları puldan (2017-ci ilin fevral ayınadək) 4 ilin ərzində, hissə-hissə müxtəlif vaxtlarda 49.049 ABŞ dolları qaytardı. Qalan hissəni - 47006 dollar məbləğində pulu qaytarmadı. Evi dollara satandan sonra tikintiyə qoyduğu 61.055 dollar pulu və 35.000 dollar qazancını (bu epizodda 96.055 dollar pulunu) qaytarmaq əvəzinə Yeni Suraxanıda özünə 55 sot torpaq sahəsi almış və bundan əlavə şəhərin başqa-başqa yerlərində torpaq sahələri alaraq ev tikib satmaqla məşğul olmuşdur. Faizlə borca götürdüyü vəsaiti dövriyyəyə buraxaraq başqasının hesabına varlanmaq yolunu seçmişdir. İşlətdiyi kafedən və əldə etdiyi gəlirlərdən ona qəpik-quruş verməklə onu 4 il aldadaraq çox pis acı duruma salmışdır. İlkin istintaq zamanı izahatında cavabdeh ona borclu olduğunu etiraf etmişdir, bildirmişdir ki, hazırda guya onun pulu yoxdur, pulu olanda borclarını ödəyəcək. Onunla görüşəndə də borcunun əvəzinə ev, torpaq, maşın verəcəyini demişdir. Gəncədə götürdüyü beton zavoda onu guya direktor vəzifəsinə təyin edəcəyi barədə söz versə də, o, pulunu qaytarmasını istəmişdir. Bundan əlavə cavabdeh ünvan 1 ünvanda yerləşən yataqxanada olan bir otaqlı mənzilin 10.000 dollarına alınaraq gələcəkdə satılıb qazanc əldə edilməsi üçün 2055 ABŞ dollarını o vermiş, qalan hissənin cavabdeh qoymuşdur. Yataqxanadan aldığı bir otaqlı mənzili manata satmışdır, yenidən 10.000 dollara bir otaqlı ev alaraq 21.000 manata satmışdır, lakin onun pulunu mənimsəmiş və verməmişdir. 27.000 manat qazanc olmasına baxmayaraq, nəinki adam başına düşən 13.500 manat qazancı vermədi, hətta onu aldadaraq 2050 ABŞ dollarını alıb bu işə cəlb etdiyi halda bu məbləği də qaytarmamışdır. Bununla bağlı olaraq ona 4000 ABŞ dolları verməyə vəd vermişdir, lakin tələb etsə də, pulu verməkdən imtina etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixdə ondan 5500 ABŞ dollarını iş üçün alması barədə iltizam yazaraq vermişdir. Həmin məbləği də ona qaytarmamışdır. Bunu əvvəllər tələb etməməsinə səbəb onunla iş birliyinin davam etməsi, barəsində şikayət etməsi olmuşdur. Dəfələrlə bu iş üzrə cinayət işinin icraatına xitam edilməsi haqqında qərar çıxarılmışdır, 4 dəfə AR CPM-nin 39.1. maddəsi tətbiq edilməklə xitam verilmişdir, ümumilikdə, 9 dəfə qərar çıxarılmışdır, həmin qərarlardan 8 qərar prokurorluq tərəfindən ləğv edilmişdir. Çıxarılmış qərarlar bir qayda olaraq prokurorluq tərəfindən ləğv edilmişdir. Belə ki, Bakı şəhər Prokurorluğun xx.xx.2018-ci il tarixli qərarında AR Cinayət Məcəlləsinin 73.1.3. maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1.3. maddəsinə əsasən CM-nin 178.2., 179.2., 186.2.1. və 189.1.2-1 maddələrində nəzərdə tutulmuş əməli törətmiş zərərçəkmişlə banşmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilməsi göstərilmişdir. Lakin sonda hüquqi qiymət verilməmişdir. Bu iş həllini tapmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Cavabdehdən ümumilikdə, 126.506 ABŞ dolları tutularaq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən o, mənəvi zərərə məruz qalmış, uzun müddət pul vəsaitindən məhrum olması, pulun qaytarılmaması, maddi zərərə məruz qalması şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdehin onu aldatması, külli miqdarda pul məbləğini mənimsəməsi onun işinə mənfi təsir etmişdir, işləri yerinə yetirə bilməmiş, qazanc əldə edə bilməmiş, maddi zərərlə üzləşmişdir. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı iddia tələbinin əsası kimi maddi ziyanın cavabdehlə birgə gördükləri işə görə çəkdiyi xərclərin və ona çatası gəlirin bir qismi ona ödənilmədiyindən yarandığına istinad etmişdir. Həmçinin, iddia ərizəsindən və təqdim edilmiş qəbzdən bəlli olur ki, mübahisə ilə bağlı tərəflər arasında münasibətlər 2012-2013cü illərdə baş vermişdir. Cavabdeh də iddiaçı ilə həmin müddətlərdə ev tikib satmaq, əldə edilən gəlirin bölüşdürülməsi razılaşması əsasında birgə fəaliyyətlərinin olduğunu, onunla hesablaşmağa da həmin müddətlərdə son verdiyini, ona hər hansı borcu qalmadığını məntiqi izah edir və sübutları ilə təsdiqləyir. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlil iş üzrə tərəflər arasında birgə şərikli iş görmək, borc vermək, qoyulmuş sərmayəyə görə qazanc əldə etmək kimi birgə fəaliyyətdən irəli gələn müqavilə münasibətləridir. Bunun da üstündən artıq 11 il müddət ötmüşdür. Ona görə də qətnamə çıxarılan zaman, iddianın rədd edilməsi üçün işdə mövcud yetərincə dəlillərlə yanaşı, müddətin keçməsi ilə bağlı məsələni də nəzərə alıb, iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsi əsasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı cavabdehin nümayəndəsinin və vəkilinin izahatına münasibət bildirərək qeyd etdi ki, cavabdehin nümayəndəsi məhkəmə prosesi zamanı bildirmişdir ki, cavabdeh 2013cü ildə borclarını iddiaçıya ödəmiş və tərəflər arasında heç bir öhdəlik qalmamışdır və 2013-cü ildə tərəflər arasındakı münasibətlər bitmişdir. Bu tamamilə yalandır, belə ki, cavabdeh 2013-cü ilin dekabrından 2015-ci ilin mart ayınadək 27000 manat qaytarmışdır. 2015-ci ildən 2017-ci ilin fevral ayınadək 10.600 manat, həmçinin, o, 2016-cı ildə Ukraynada olarkən 640 ABŞ dolları məbləğində pul göndərmişdir. 2017-ci ilədək o, dəfələrlə Cavabdeh ilə əlaqə saxlayaraq borcunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə yayınmışdır, vatsap vasitəsilə səs yazışmasında borcunun olduğunu və qaytaracağına vəd vermişdir. Yəni 2017-ci ilədək cavabdeh borcunu tam ödəyəcəyinə vəd verməklə onu aldatmışdır. Artıq o, cavabdehə inanmadığından və borcu qaytarmaq fikrinin olmadığını görərək 2017-ci ilin fevral ayında hüquq-mühafizə orqanlarına şikayət etmiş, dəfələrlə araşdırmalar aparılmışdır. Dəfələrlə bu iş üzrə cinayət işinin icraatının xitam edilməsi haqqında qərar çıxarılmışdır, 4 dəfə AR CPM-nin 39.1. maddəsi tətbiq edilməklə xitam verilmişdir, ümumilikdə 9 dəfə qərar çıxarılmışdır, həmin qərarlardan 8 qərar prokurorluq tərəfindən ləğv edilmişdir. Çıxarılmış qərarlar bir qayda olaraq prokurorluq tərəfindən ləğv edilmişdir. Belə ki, Bakı şəhər Prokurorluğunun xx.xx.2018-ci il tarixli qərarında AR Cinayət Məcəlləsinin 73.1.3. maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1.3. maddəsinə əsasən CM-nin 178.2., 179.2., 186.2.1. və 189.1.2-1 maddələrində nəzərdə tutulmuş əməli törətmiş zərərçəkmişlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılarkən cavabdeh müstəntiqə ona çatdırılması üçün 17000 manat məbləğində pul vermişdir, həmin pulun 9000 manatı (təqribi 5000 ABŞ dolları dəyərində) ona verilmiş, 8000 manatı polisin özündə qalmışdır. Əgər tərəflər arasında olan münasibətlərə 2013-cü ildə xitam verilmişdisə, hansı səbəblərdən cavabdeh 2017-ci ilədək hissə-hissə az miqdarda ödənişlər etmişdir, həmçinin istintaq dövründə, 2018-ci ildə 17.100 manat vəsait vermişdir və işin icraatına xitam verilmişdir. Göründüyü kimi cavabdeh 2017-ci ildə borcunun olmasını etiraf etmişdir, bu səs yazışmaları, gedib-gələn zənglər və sair ilə sübuta yetirilir. Təbii ki, borcun vaxtında ödənilməməsi şəxsin maddi vəziyyətini ağırlaşdırır və onu gələcək gəlir və faydadan məhrum edir. Bu hal isə borc verənin hüququnun pozulmasına səbəb olur. Bunu nəzərə alaraq vətəndaşlar pozulmuş hüquqlarının bərpası və müdafiəsi məqsədilə məhkəməyə müraciət edirlər. Cavabdeh 2017-ci ilədək hissəhissə az miqdarlarda ödənişlər etsə də, onun borcu tam şəkildə ödəyəcəyinə inanırdı. Göründüyü kimi cavabdehlə aralarında münasibətlər 2017-ci ilədək davam etmişdir. Habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Həmçinin cavabdehin nümayəndəsi xx.xx.2009-cu il tarixli iltizamdakı imzanın cavabdehə aid olmasını və həqiqətən də həmin məbləği almasını təsdiq etmişdir. Qeyd olunanlardan görünür ki, onun iddia tələbi tam qanuni və əsaslıdır, iddia tələbi tam şəkildə təmin edilməlidir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 510 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2009-cu il tarixli əlyazmadan görünür ki, “Mən Cavabdeh İddiaçı o. 5500 (beş min beş yüz) ABŞ dollarını iş üçün aldım. İstənilən vaxt pulu qaytarmaq məsuliyyətini boynuma götürürəm. İmzamı öz qolumla təsdiq edirəm”. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(008)-69/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elxan Hacıyev tərəfindən çıxarılmış 19 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanunsuz hesab edilməsi və Sabunçu rayon Prokurorluğu tərəfindən ləğv edilməsi, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair İddiaçı şikayəti təmin edilməmişdir. - cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işi başlanılması haqqında qərarın hissəvi ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərar “material üzrə fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlansın” hissəsində ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - cinayət işi üzrə icraatın xitam edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı ona dəymiş ziyanla əlaqədar müvafiq rayon məhkəməsinə müraciət etməsi izah edilmiş və həmin faktlar cinayət xarakterli olmadığı üçün rədd edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı, cavabdehlə birgə vəsaitləri hesabına ev tikib satmaq, əldə edilən gəlirin bölüşdürülməsi barədə razılığa gəldiklərini, bu işlərin görülməsi üçün pul vəsaitlərinin onun tərəfindən xərcləndiyini, cavabdehin onun etibarından sui-istifadə edərək birgə fəaliyyətdən əldə edilən gəlirin ona aid hissəsinin bir qismini verdiyini, qalan hissəsini isə bugünədək qaytarmadığını, hazırda cavabdehin ona 126.506 ABŞ dolları məbləğində borcunun olduğunu iddia etsə də, istinad etdiyi hallara, yəni 126.506 ABŞ dolları məbləğində pul vəsaitini (hansı tarixlərdə, hansısa şəxslərin iştirakı ilə və ya təklikdə verilməsi, pulun verilməsinə və hansı tarixdə qaytarılmalı olmasına dair hər hansı yazılı sənəd) cavabdehə verməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, cavabdeh tərəf isə qeyd olunan pul vəsaitinin verilmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı xx.xx.2009-cu il tarixli əlyazmada qeyd olunmuş 5500 ABŞ dolları məbləğində pul vəsaitinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılarkən 9000 manat (təqribi 5000 ABŞ dolları dəyərində) şəklində cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış borc münasibətləri nəticəsində yalnız cavabdehin iddiaçıdan 5500 ABŞ dolları məbləğində borc alması və pul vəsaitinin iddiaçıya qaytarılması təsdiq olunur. Məhkəmə, iddia pul tələbinə dair hissədə əsassız olduğundan, mənəvi zərərin ödənilməsi tələbi isə həmin iddia tələbindən törəmə olduğundan, mənəvi zərərin ödənilməsi tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələbini həmin hissədə rədd etməyi əsaslı və qanuni hesab edir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə də hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia özlüyündə əsassız olduğundan, həmin tələbə iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Belə ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-177/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-177/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver