Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1867/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.10.1904-cü il təvəllüdlü X5 01 iyun 1976-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki “Keçənlər Qəbirstanlığı”da dəfn edilmiş X5 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi 10.10.1904-cü il təvəllüdlü nənəsi, X10 01 iyun 1976-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki "Keçənlər Qəbristanlığı"nda dəfn edilmişdir. 28.09.2021 ci il tarixdə Ərizəçi mərhum nənəsi, X5 ölüm haqqında akt qeydinin verilməsinə dair Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs 05.10.2021-ci il tarixdə verdiyi arayışında 01 iyun 1976-ci il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi, "Keçənlər Qəbristanlığı"nda dəfn edilmiş nənəsi, X5 barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında AKT qeydinin aşkar olunmaması səbəbindən ölümün qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunub. QafqAZ Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X20" məscidinin İmam Axundu tərəfindən 07 oktyabr 2021-ci il tarixdə verilmiş İQ/Aİ 0013№ li arayışda göstərilir ki, Ərizəçi mərhum nənəsi, X10 (10.10.1904 - 01.06.1976) Maştağa qəsəbəsində "Keçənlər Qəbristanlığı"nda dəfn edilmişdir. AZərbaycan Respublikası Səhiyyə NAZirliyi 7 № li BŞX-nm 14 yanvar 2022-ci il tarixli, 23 № li arayışına əsasən 01 iyun 1976-ci il tarixdə vəfat etmiş X5 ölümündən 46 il keçdiyinə və tibbi sənədlərin saxlanma müddəti 25 il olduğundan ölüm haqqında AKT qeydinin aşkar olunmamasına dair müvafiq məlumatın verilməsinin mümkün olmaması bildirilmişdir. Ərizəçi AZ-T № 167859 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, «atası» qrafasmda X8 «anası» qrafasmda isə Səfiyə Seyidnəsim qızı qeyd edilmişdir. Ərizəçi atası X4 30.07.2021-ci il tarixdə AZərbaycan Respubliksının Dövlət Arxivi tərəfindən verilmiş DA- 01152-2021 № li doğum haqqında Arxiv Arayışının surətindən görünür ki, «atası» qrafasında Babayev Əli-yoldaş Məlik Əhməd oğlu, “Anası” qrafasında isə X10 qeyd edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 05.10.2021-ci il tarixli məktubdan görünür ki, X10 barəsində ölümüün qeyd edilməsi ilə bağlı müraciətinizə baxılmışdır, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Maştağa “HacıSeyid Əkbər” Məscidinin 07 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, təqdim olunmuş fotoşəkillərdən görünür ki, məzar daşı X6 məxsusdur. Doğum tarixi 1904, ölüm tarixi isə 1976-cı il qeyd eilmişdir. Maraqlı şəxs AZ-T 167859 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X1r. - AZərbaycan Respublikasının Dövlət Arxivinin 30 iyul 2021-ci il tarixli, DA-01152- 2021 nömrəli arvix arayışından görünür ki, 1930-1932-ci illərə dair Bakı şəhəri Lenin (sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 29 noyabr 1932-ci ildə doğulna X21-yoldaş oğlunun təvəllüdlü qeyd olunur. X3, atası Babayev Əliyoldaş Əhməd oğludur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin AZ seriyalı, 034917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08.10.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - 14 oktyabr 1967-ci il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin evlənmək haqqında şəhadətnaməsinin surətindən görünür ki, X21 yoldaş oğlu ilə X12 arasında 14 oktyabr 1967-ci il tarixdə nikah bağlanmışdır. Ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. - 7 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 14.01.2022-ci il tarixli məktubdan görünür ki, mərhum X5 ölümündən 46 il keçdiyinə görə mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Məhkəmə iclasına dəvət olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalasıoğludur. Kubra ərizəçinin nənəsi olmuşdur . Kubraxanımın 8 övladı olmuşdur. Əliağa Adilin oğludur. 1976-cı ildə Kubra rəhmətə getmişdir. Maştağada dəfn olunmuşdur. Məhkəmə iclasına dəvət olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Kubraxanım ərizəçinin nənəsi atasının anası olmuşdur. Übraxanım 1967-ci ildə Maştağada ölmüşdür. Kübraxanım öldükdə onun yaşı AZ olmuşdur, lakin o bu haqda böyüklərindən eşitmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ərizəçinin nənəsidir. O, 01 iyun 1976-cı ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə həmin hissədə təmin edilməlidir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə AZərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AZərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 01 iyun 1976-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1867/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1867/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver