Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1928/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağladığı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi, məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-450/2024 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək cavabdeh Maraqlı şəxs himayəsində saxlanılmasına dair qətnamə çıxarılmışdır. Cavabdeh Maraqlı şəxs övladları ilə görüşməyində problemlər yaratdığı üçün bu məsələnin həll edilməsi ilə bağlı razılığa gəlinmiş və Bakı 20 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişə əsasən Maraqlı şəxs və X9 öz aralarında razılaşırlar ki, birgə nikahlarından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları X9 ilə görüşməsinə razıdırlar. Maraqlı şəxs və X9 öz aralarında razılaşırlar ki, birgə nikahlarından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin 5-ci günü saat 20:00-dan həmin həftənin bazar günü saat 15:00-dək anaları X9 ilə qalmasına razıdırlar. Maraqlı şəxs və X9 öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri halda, bununla bağlı məhkəməyə müraciət edəcəklər. Lakin buna baxmayaraq, Maraqlı şəxs Sazişə əsasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, övladları ilə görüşməyinə ciddi maneələr törədir və görüşlərin baş tutmasına imkan vermir. Bu isə uşaqların təhsilinə, qidalanmasına və mənəvi-psixoloji inkişafına mənfi təsir göstərir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qismən qəbul edərək izahatında bildirdi ki, uşaqları anaları ilə görüşmək istəyəcəkləri halda, buna etirazı olmayacaq. Lakin ərizəçi özü 2 ildir uşaqları ilə görüşmür. O, birgə nikahdan doğulmuş uşaqlarının anaları ilə görüşmələrinə və onunla qalmalarına heç vaxt mane olmamışdır. Uşaqları özləri anaları ilə görüşmək və qalmaq istəmirlər. Uşaqları anaları ilə barışıq sazişində qeyd olunan günlərdə və saatlarda görüşmək istəyəcəkləri təqdirdə, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Barışıq sazişini könüllü olaraq bağlamışdır, buna onu heç kim məcbur etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi, Maraqlı şəxs və mediator X11 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəf 2 (Maraqlı şəxs ) va Tərəf 1 (Ərizəçi) öz aralarında razılaşırlar ki, birgə nikahlarından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ana Ərizəçi ilə görüşməsinə razıdırlar. Tərəf 2 (Maraqlı şəxs ) və Tərəf 1 (X6) öz aralarında razılaşırlar ki birgə nikahlarından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 gələn həftənin 5-ci günündən, yəni xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin 5-ci günü saat 20:00-dan həmin həftənin bazar günü saat 15:00dək ana Ərizəçi ilə qalmasına razıdırlar. Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Maraqlı şəxs) öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri halda, bununla bağlı məhkəməyə müraciət edəcəklər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X10 xx.xx.2012-ci ildə, X5 xx.xx.2014-cü ildə və X7 xx.xx.2018-ci ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-450/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 706 nömrəli akt qeydi ilə xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 ataları Maraqlı şəxs himayəsində saxlanmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Beləliklə, işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir:
1. Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ana Ərizəçi ilə görüşməsinə şərait yaratsın.
2. Maraqlı şəxs birgə nikahlarından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 gələn həftənin 5-ci günündən, yəni xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin 5-ci günü saat 20:00-dan həmin həftənin bazar günü saat 15:00-dək ana Ərizəçi ilə qalmasına şərait yaratsın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təmin edildiyini nəzərə alaraq, hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsə aid edilməli və ondan alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Maraqlı şəxs, birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları Ərizəçi ilə görüşməsinə şərait yaratsın.
2. Maraqlı şəxs birgə nikahlarından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 gələn həftənin 5-ci günündən, yəni xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin 5-ci günü saat 20:00-dan həmin həftənin bazar günü saat 15:00-dək anaları Ərizəçi ilə qalmalarına şərait yaratsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs aid edilməklə, ondan alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Həqiqət Mahmudova