Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1940/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Cavabdeh qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan ümumilikdə 241 manat məbləğində borcun və 20 manat dövlət rüsumu olmaqla, cəmi 261 manat borcun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-12448/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 241 manat əsas borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-12448/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1940/2025 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə əmri ilə etiraz təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-12448/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh İ**********76 imei nömrəli iPhone 6 markalı telefon almış və nəticədə 241 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh imei nömrəsi 356**********76, alqı-satqı qiyməti 1190,71 ABŞ dollar (3 ay x 312,34 ABŞ dollar + 253,69 ABŞ dollar) olan İPhone 6 markalı telefon üçün ümumilikdə 157,89 ABŞ dolları ödənilməmiş məbləğ x 1,05-166 manat hesablanmışdır. Məbləğlər Azərbaycan Milli Bankının həmin dövrə olan AZN/ABŞ məzənnəsi ilə hesablanır, işlər Azərbaycan Milli Bankının ödəniş gününə olan AZN/ABŞ dolları məzənnəsinə uyğun, yalnız Azərbaycan manatı ilə həyata keçirilir. Müqaviləyə xitam verilənə qədər, 3 ay ərzində penya 149 manat məbləğində hesablanmışdır. Qeyd olunan borcun ödənilməsini təmin etməmiş, cavabdehin maddi vəziyyətini alaraq penya 50%-ə qədər endirilərək 75 manat məbləğində hesablanmışdır. Lakin cavabdeh ona edilmiş güzəştləri nəzərə almayaraq, "xxxx" MMC-yə ödənilməmiş 166 manat əsas borc, 75 manat məbləğində cərimə, ümumilikdə 241 manat məbləğində ziyan vurmuşdur. Nümayəndə məhkəməyə yeni - xx.xx.2025-ci il tarixli maliyyə arayışı təqdim edərək, borc məbləğinin həmin arayışa uyğun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, 2015-ci ilin yanvar ayında ilkin ödəniş etmiş, qalan məbləği 3 aya bölünərək hər ay ödəniş etmişdir. Qəbzin bir nüsxəsi onda, digər hissəsi satıcıda qalmışdır. Həmin ilin iyul ayında ona zəng edərək borcun olduğunu bildirmişlər, o isə borcunun olmadığını demişdir. Ondan sonra ona bu barədə zəng gəlməmişdir. 2024-cü ilin dekabr ayında icra məmuru ona zəng edərək borcunu ödəməsini tələb etmişdir. O da borcunun aydınlaşdırılması üçün məhkəmə əmrinin ləğvi barədə etirazla müraciət etməli olmuşdur. O, dollarla heçnə almamış, yalnız manatla almışdır. Cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatların dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 899 manat, imei kodu 356**********76 olan “iPhone 6” markalı telefonu ayda 312 ABŞ dolları ödəmək şərti ilə 3 ay müddətinə almışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya yuxarıda göstərilən müqavilə üzrə 166 manat əsas borc və 75 manat cərimə borcu olmaqla, cəmi 241 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2015-ci il tarixdə 253,69 ABŞ dolları (ödəniş gününə 0.7844 manat məzənnə ilə) ilkin ödəniş etmiş, xx.xx.2015-ci il tarixdə 312,34 ABŞ dolları (ödəniş gününə 0.7844 manat məzənnə ilə) ödəmiş, xx.xx.2015-ci il tarixdə 312,34 ABŞ dolları ödəniş etməli olduğu halda, xx.xx.2015-ci il tarixdə 233,61 ABŞ dolları (ödəniş gününə 1.0488 manat məzənnə ilə), xx.xx.2015-ci il tarixdə 312,34 ABŞ dolları ödəniş etməli olduğu halda xx.xx.2015-ci il tarixdə 233,18 ABŞ dolları (ödəniş gününə 1.0507 manat məzənnə ilə) ödəniş etmişdir. Cavabdehin həmin tarixədək iddiaçıya yuxarıda göstərilən müqavilə üzrə 157,89 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə, cavabdeh tərəfindən ödənilməli olan, lakin ödənilməyən məbləğ fərqini həmin dövr üzrə mövcud olan ABŞ dollarının manata nisbətdə məzənnəsinə vuraraq alınan rəqəmlərin cəmindən cavabdehin iddiaçıya olan əsas borc məbləğini müəyyən edir: (312,34 ABŞ dolları-233,61 ABŞ dolları) x 1,0488=82,57 manat; (312,34 ABŞ dolları- 233,18 ABŞ dolları) x 1,0507=83,17 manat, 82,57 manat+83,17 manat=165,74 manat. Beləliklə, cavabdehin əsas borcu 165,74 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbini nəzərə alaraq, məhkəmə xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının 14,26 manatadək azaldılmasını mümkün hesab edir. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 165,74 manat əsas borc, 14,26 manat cərimə borcu olmaqla, cəmi 180 manat borc məbləği və 20 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli nisə alqı-satqı müqaviləsi üzrə 165,74 manat əsas borc, 14,26 manat cərimə borcu olmaqla, cəmi 180 (yüz səksən) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1940/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1940/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver