Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1946/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Asan Xidmət X6rşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Asan Xidmət X6rşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.06.1900-cü il təvəllüdlü nənəsi X2 24.07.1973-cü ildə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, nənəsi - X3 20.06.1900- cü ildə anadan olmuş, vəfat etdiyi günə kimi hal-hazırda onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, 24.07.1973-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat etmişdir. Həmin vaxt onun 5 yaşı var idi. X21 Hüseynoviç də 13.03.1997-ci ildə vəfat etdiyi üçün nənənin ölüm haqqında şəhadətnaməsini vaxtında alan olmamışdır. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum nənəsi X2 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən o, 09.12.2021 -ci il tarixində nənəsi X2 ölümünün qeydə alınması ilə bağlı 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat qaydası”nm 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Nənəsinin ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə nənənin ölümünün qeyd edilmə faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 5 saylı Asan Xidmət X12 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - 7 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 25.01.2022-ci il tarixli məktubdan görünür ki, tibbi sənədlərin saxlanılması 25 il olduğuna görə mərhum X2 1973-cü ildə vəfat etdiyindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. -5 saylı Bakı “ASAN xidmət” X12 17 dekabr 2021-ci il tarixli, 05/70-1071 nömrəli məlumatdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1970-ci ildən 17.12.2021-ci il tarixədək X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, 13 mart 1997-ci il tarixdə X18 ağciyər ürək çatışmazlığından ölmüşdür. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə doğulmuşdur. Atası X18, anası isə Ağayeva Salqey olmuşdur. SSÇİ X23 Komisarlığının 79740 saylı təvəllüd şəhadətnaməsindən görünür ki, X10 1918-ci ilin birinci yarısında doğulmuşdur. X17 anası Həlimxanım Balaağa qızıdır. - Bakı şəhəri Sabunçu Rayon Maştağa Bələdiyyəsinin 06 yanvar 2022-ci il tarixli, 04 nömrə arayışdan görünür ki, X3 24.07.1973-cü il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi “Keçənlər” qəbirstanlığında dəfn edilmişdir. - Özbəkistan Respublikasının doğum haqqında şəhadətnaməsindən görünür ki, X15 20.03.1955-ci il tarixdə doğulmuşdur. Atası X18, anası isə Ağayeva Salqey qızıdır. Məhkəmə iclasında iştirak edən şahid X14 bildirdi ki, ərizəçi onun qonşusudur. Həlimə xanım onun nənəsi olduğunu böyüklərindən eşitmişdir, Həliməxanım biz uşağ olanda 24.07.1967-ci il tarixində ölmüşdür, onun bildiyi qədəri ilə Həliməxanım Maştağa qəsəbəsində dəfn olunub. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi atası X13. SSÇİ X23 Komisarlığının 79740 saylı təvəllüd şəhadətnaməsindən görünür ki, X4 anası isə Həliməxanım Balaağa qızıdır. Beləliklə məlum olur ki, ərizəçinin qeyd edilən ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Maştağa Bələdiyyəsinin 06 yanvar 2022-ci il tarixli, 04 nömrə arayışdan o cümlədən şahid ifadəsində də gösrərilmişdir ki, X3 24.07.1973-cü il tarixdə vəfat etmişdir , Maştağa qəsəbəsi “Keçənlər” qəbirstanlığında dəfn edilmişdir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin ölüm 25 ildən əvvəl olduğundan poliklinikadan buna dair imtina cavabı alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 24.07.1973-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1946/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1946/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver