Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1962/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 19.09.2006-cı il təvəllüdlü X6 23.01.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, mərhum həyat yoldaşı X8 ilə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuş, birgə nikahlarıdan altı nəfər uşağı anadan olmuşdur. 19.09.2006-cı il təvəllüdlü oğlu X6 16.01.2009-cu il tarixdə yanıq diaqnozu ilə Bakı şəhərində yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsinə baxmayaraq, vəziyyəti ağırlaşmış, 22 yanvardan 23 yanvara keçən gecə dünyasını dəyişmişdir. Bir ana kimi çox ağır günlər keçirmiş, uzun zaman özünə gələ bilməmişdir. Həyat yoldaşı da ağır xəstəliyə tutulmuş, 30.03.2018-ci il tarixdə X1 İnstitutunda dünyasını dəyişmişdir. Bu hadisədən sonra beş uşağı ilə təkbaşına qalmışdır. Vəfat etmiş oğlu X6 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, qeydiyyat şöbəsindən ona imtina məktubu verilmişdir. Oğlunun ölümündən sonra vəziyyəti ağırlaşdığından, xəstəxananın verdiyi müvafiq tibbi sənədi tapa bilməmişdir. Həmin sənədi xəstəxanadan tələb etdikdə isə, sənədin yalnız məhkəmə sorğusu ilə verilə biləcəyi bildirilmişdir. Ərizəçi həmçinin qeyd etdi ki, Şuşa şəhərindən məcburi köçkün olmaqla, ünvan 1 ünvanında uşaqları ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Torpaqlarımız düşmən işğalından azad edildikdən sonra o da övladları ilə birlikdə ata yurdu olan Şuşa şəhərinə qayıtmaq niyyətindədir. Bu məqsədlə, müvafiq dövlət orqanı tərəfindən ailə üzvlərinin siyahıyaalınması həyata keçirildiyindən, X6 ölməsi faktını təsdiq edən sənədin əldə edilməsi, başqa sözlə, onun ölüm faktının müəyyən edilməsi zərurəti meydana çıxmışdır. Qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, o, Ərizəçi ilə uzun illərdir ki, qonşudur. Hadisənin baş verdiyi ili dəqiq xatırlamasa da, yanvar ayında baş verdiyi yadındadır. Həmin vaxt qonşusu Gülnargilin evindən qışqırıq səsləri eşitmiş, səs-küyə onlara getmişdir. Hadisə yerinə çatanda Gülnarın oğlu Rəmzinin üzərinə qaynar su töküldüyünü eşitmiş, uşağın vəziyyətinin çox ağır olduğunu görmüşdür. Uşağın dərhal Bakı şəhərində yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılmasında o da iştirak etmişdir. Xəstəxanaya çatdırılmasına baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmamış, o, 6-7 gündən sonra vəfat etmişdir. Mərhumun dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, Ərizəçi onun qızıdır. Hadisə 2009-cu ilin yanvar ayında baş vermişdir. Həmin vaxt o, Qəbələ rayonunda yaşamışdır. Telefona zəng gəlmiş, nəvəsi Rəmzinin vəfat etdiyi ona bildirilmişdir. Uşağın atası Natiq Orucov xəstəliyi ilə əlaqədar həmin gün xəstəxanada olduğundan, nəvəsinin xəstəxanaya çatdırılmasında qonşular yaxından iştirak etmişlər. Lakin uşağın həyatını xilas etmək mümkün olmamışdır. Hava şəraiti sərt olduğundan, çətinliklə Bakı şəhərinə gələ bilmiş, nəvəsinin dəfn mərasimində iştirak etmişdir. Mərhum nəvəsi Rəmzi Şuşadan olan məcburi köçkünlər üçün ayrılmış Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, Ərizəçi mərhum qardaşı Natiq Orucovun həyat yoldaşıdır. 2009-cu ilin yanvar ayında Natiqin oğlu Rəmzinin üzərinə qaynar su tökülmüşdür. O, qonşuların köməyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, 6-7 gündən sonra həmin xəstəxanada vəfat etmişdir. Uşağın cansız bədənini xəstəxanadan özü çıxarmış, dəfn mərasimində yaxından iştirak etmişdir. O, Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü barədə xəstəxanadan verilmiş arayışdan xəbəri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-10/15 saylı, 14.01.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 və Ərizəçi birgə nikahından 19.09.2006-cı il təvəllüdlü X11 anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17.10.2006-cı il tarixdə, 249 sayı ilə müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, X4 və Ərizəçi birgə nikahından daha beş nəfər uşaqları anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli, 131 saylı arayışdan görünür ki, Ərizəçi Şuşa şəhərindən məcburi köçkün olmaqla beş nəfər uşağı ilə birlikdə ünvan 2 ünvanında müvəqqəti qeydiyyata alınmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30.03.2018-ci il tarixdə ağ ciyər vərəmi xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan məzardaşının fotoşəkilləri ilə də 19.09.2006-cı il təvəllüdlü X6 vəfat etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi 19.09.2006-cı il təvəllüdlü oğlu X11 16.01.2009-cu il tarixdə üzərinə qaynar su tökülməsi nəticəsində ağır bədən xəsarətləri almış, dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılmasına baxmayaraq, 23.01.2009-cu il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Övladının ölümündən dərin sarsıntı keçirən ərizəçi, xəstəxana tərəfindən övladının ölümü ilə əlaqədar müvafiq tibbi sənədin kimə verildiyindən, həmin sənədin harada olduğundan xəbərsiz olmuş və halhazırki vaxtadək qeyd edilən sənədi tapa bilməmişdir. Əslən Şuşa şəhərindən olan ərizəçinin ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə hazırki müraciəti onunla əlaqədardır ki, övladları ilə birlikdə Şuşa şəhərinə qayıtmaq niyyətindədir. Qayıdışla bağlı ailə üzvlərinin siyahıyaalınması həyata keçirildiyindən, vəfat etmiş oğlu X6 öldüyünü təsdiq edən müvafiq sənədin əldə edilməsi zərurəti yaranmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 19.09.2006-cı il təvəllüdlü X6 23.01.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 19.09.2006-cı il təvəllüdlü X6 23.01.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1962/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1962/2021
01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver