Məhkəmə qərarları › İş №2(008)-2/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, X7 Ərizəçi keçmiş əri olmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci ildə Rüstəm, xx.xx.2013-cü ildə Aida adlı iki uşaqları doğulmuşdur. Lakin nikahları xx.xx.2019-cu ildə məhkəmə tərəfindən pozulmuşdur. X1 hipertoniya xəstəliyindən əziyyət çəkmişdir. Bununla əlaqədar uzun müddət xəstəxana şəraitində müalicə alsa da, nəticəsi olmadığından evə buraxılmışdır. O, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşadığı evdə vəfat etmişdir. Ölümün qeydə alınması üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin qurumdan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ölüm haqqında şəhadətnamə olmadığından, ərizəçi birgə nikahlarından doğulmuş övladlarının hüquqlarının realizəsində (sənədləşmə məsələləri ilə bağlı) çətinliklərlə qarşılaşır. Göstərilənlərə əsasən, nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum X7 onun əmisi olmuşdur. Əmisi hipertoniya xəstəliyindən əziyyət çəkmiş, 42 gün xəstəxanada qalsa da, nəticəsi olmadığından, xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. xx.xx.2022-ci il tarixdə Sabunçu qəsəbəsində yaşadığı evdə beyninə qan sızmasından vəfat etmişdir. Vəfat edən vaxt əmisinin yanında olmuşdur. Mərhum əmisi həmin gün Zabrat qəbirstanlığında dəfn edilmişdir. Keçirilmiş dəfn mərasimlərində yaxından iştrak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum X7 onun qardaşı olmuşdur. 2022-ci ilin iyul-avqust aylarında 42 gün xəstəxanada qalıb müalicə alsa da, nəticəsi olmamış, son 2-3 gündə vəziyyəti daha da kəskinləşmişdir. Beyninə qan sızdığından, qardaşı xx.xx.2022-ci il tarixdə Sabunçu qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Vəfat edən vaxt qardaşının yanında olmuşdur. Mərhum qardaşı həmin gün Zabrat qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən, habelə Elektron-Məhkəmə İnformasiya Sistemi məlumatlarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 atası X7, anası isə Ərizəçidır. İş materiallarında olan AZE 16244319 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1972-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə, saat 12:00-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsi, ev 10A ünvanında kişi cinsli meyit aşkarlamışlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2022-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar