Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2037/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 1987-ci il təvəllüdlü X2 15 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum qardaşı X9 15 dekabr 2022-ci il tarixdə, 35 yaşında qəflətən vəfat etmişdir. Bu barədə Bakı şəhəri Təcili və X6 Stansiyası 14 saylı yardım stansiyasının həkimi Qarayeva və feldşer Zeynalova “həkimə qədər ölüm” faktını müəyyən etmiş, Polis və Prokurorluğulun əməkdaşları meyitə baxış keçirmiş, heç bir zorakılıq əlaməti aşkar edilməmiş və Xəbərdarlıq Vərəqəsinə ölümün səbəbi qeyd edilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X18 21 №li Şəhər Poliknikası tərəfindən Bakı şəhəri, Sabunçu rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 707 № li arayışında X2 heç vaxt poliknikaya xəstəliklə müraciəti olmadığı səbəbindən və qəfləti ölüm olduğundan “ölüm haqqında tibbi şəhadətnamə” yazılması poliknikanın səlahiyyəti xaricində olması qeyd edilmişdir. Qafqaz Müsəlmmanları İdarəsi, Maştağa qəsəbəsi, “X19” məscidinin X20 Hüseyin Babazadə tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İQ/Aİ 001 № li arayışına əsasən, X1 qəsəbəsində “Pirşehid Qəbristanlığı”nda dəfn edilmişdir. xx.xx.2023-cü il tarixdə ərizəçi X3 mərhum qardaşı, X2 ölüm haqqında akt qeydinin verilməsinə dair Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/15-31 № li arayışında təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibbi müəssiəsinin müvafiq sənədi olmadığından ölümün qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Buna görə məhkəmədən qardaşı X5 15 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Təcili və X6 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə çağırışa gələn zaman həmin ünvanda X7 məxsus meyid aşkar edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Maştağa “X19” X17 Hüseyn Babzadə tərəfindən verilmiş arayışdan görünür ki, X1 qəsəbəsi “Pirşehid qəbirstanlığında” dəfn edilmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, mərhum Əmrahov Tərlanın bibisi olduğunu, xx.xx.2022-ci il tarixində vəfat etdiyini, təcili tibbi yardım maşını gec gəldiyini, Pirşehid qəbirstanlığında dəfn edildiyini və dəfndə iştirak etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X10 ifadəsində bildirmişdir ki, mərhum Əmrahov Tərlanın baldızıdır. Mərhum dekabrın 15-dən 16-sına keçən gecə vəfat edib. Təcili tibbi yardım maşını gec gəldi. Maştağada Pirşehid qəbrstanlığında dəfn olunub. Məhkəmə iclasına dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, mərhum Əmrahov Tərlanın arvadıdır. xx.xx.2022-ci ildə saat gecə 4-ə qalmış ürəyi tutmuşdu. Təcili tibbi yardıma zəng etdik, lakin onlar gec gəldi. Maştağada Pirşehid qəbrstanlığında dəfn olunub. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 ərizəçinin qardaşıdır. O, xx.xx.2022-ci ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi qardaşı vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 avqust 1987-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2037/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2037/2023
13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver