Məhkəmə qərarları › İş №2(008)-2065/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2065/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2065/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 1934-cü il təvəllüdlü atası X2 ünvan 1 ünvanda xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 1934 cü il təvəllüdlü atası X4 onu yaşadığı ünvan 1 ünvanda xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sabunçu rayon Təcili və X3 Stansiyasından həkimlər mənzilə gəlmiş, həkim gələnə qədər artıq atası İsmayılov Məsim oğlu Vəli oğlu vəfat etdiyi müəyyən etmişlər və bu barədə xx.xx.2020-ci il tarixli «ölüm haqqında xəbərdarlıq vərəqəsi» vermişlər. Ölüm haqqında şəhadətnamənin alınması Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan verilmiş cavabda bildirilmişdir ki, ölüm faktı ölüm barədə həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə təsiq olunmalıdır və ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Qeydiyyat şöbəsi yuxarıda qeyd olunan məzmunda cavab verərək atası barədə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Sabunçu rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Gədəbəy rayonunda doğulmuşdur, ata qrafasında X4 qeyd olunmuşdur. Sabunçu rayon Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli «ölüm haqqında xəbərdarlıq vərəqəsi»ndən görünür ki, həqiqətəndə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuş, həkimə qədər kişi meyidi müəyyən edilmişdir. Hazırda iddiaçı 1934-cü il təvəllüdlü atası X2 ünvan 1 ünvanda xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı Sabunçu rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyət üzrə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı 1934-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı və Sabunçu rayonu Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli «ölüm haqqında xəbərdarlıq vərəqəsi» ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 1934-cü il təvəllüdlü atası X2 ünvan 1 ünvanda xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 1934-cü il təvəllüdlü atası X2 ünvan 1 ünvanda xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar