Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2068/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X4, Ərizəçi qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ölüm faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Gəncə şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım Stansiyasının verilmiş xx.xx.2020-ci il tarixli, 1961 nömrəli arayışdan görünür ki, atası X2 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində kovid-19 diaqnozundan vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etsələr də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllini qeydiyyat orqanında mümkün olmadığını bildirmişlər. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Sabunçu rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin və tələbin dəqiqləşdirməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Şaumyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİ-JQ seriyalı 384065 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Nağıyeva (Cəbrayılova) Səbinə Telman qızı xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında X2 qeyd olunmuşdur. Beləliklə,məhkəmə müəyyən etmişdir ki, Nağıyeva (Cəbrayılova) Səbinə Telman qızı X1 qızıdır. İş materiallarında olan Gəncə şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım Stansiyasının verilmiş xx.xx.2020-ci il tarixli, 1961 nömrəli arayışdan görünür ki, atası X2 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində kovid-19 diaqnozundan vəfat etmişdir. Hazırda ərizəçi atası xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı Sabunçu rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2068/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2068/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver