Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-210/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindəki qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, daşınması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə 18-ci Dövlət Notariat X1 ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan Bakıxanov qəsəbəsi A.Pəri küçəsində yerləşən 0,06 ha torpaq sahəsindən iddiaçıya 0,025 ha hissəsini, 0,035 ha hissəsini isə X2. Alqı-satqıdan sonra iddiaçıya göstərilən sahədə özünə fərdi yaşayış evi tikərək orada yaşamağa başlamışdır. Hətta torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almışdır. Sonradan məlum olmuşdur ki, tikdiyi fərdi yaşayış evini torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən yerdə deyil, həmin ərazi ilə həmsərhəd hissədə tikmişdir. Halbuki, ərazi ona həmin şəxslər tərəfindən göstərilmişdir. Torpağın əvvəlki sahibi bildirmişdir ki, torpağı düzgün sənədlər əsasında satmamışdır. Hazırda mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq Cavabdeh tikinti işləri aparır. Dəfələrlə buna öz etirazını bildirsə də, heç bir nəticəsi olmamışdır. Qarşı tərəf qeyri-qanuni tikinti işləri aparmaqla mülkiyyət hüquqlarını kobud surətdə pozur. Hüquqlarının qorunması məqsədi ilə rəsmi qaydada Sabunsu rayon Polis İdarəsinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdlarəsinə şikayət etmişdir. İdarənin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddia etdiyi torpaq sahəsi ilə faktiki yaşayış evi inşa etdiyi torpaq sahəsi fərqli sahələrdir və həmin sahə həl-hazırda digər şəxs tərəfindən istifadə olunur. Cavabdehin istifdəsində olan torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Torpağa dair xx.xx.2004-cü il tarixdə JN-10723H KOD 00500016 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əldə etmişdir. Cavabdeh isə xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək torpaq sahəsindən çıxmaq istəmir, hətta mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işləri aparır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçı özünə məxsus torpaq sahəsində ev inşa etdirmişdir, mübahisə edilən torpaq sahəsi iddiaçıya məxsus deyil, o, torpaq sahəsini digər şəxslərdən sənədsiz almışdır. Xahiş edir iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 1 küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir (Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə xx.xx.2004-cü il tarixdə JN-10723H KOD 00500016 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə). Məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 10/4365 №-li ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsinin cavabdeh iddiaçı Cavabdeh tərəfindən zəbt olunma halı mövcuddur, Cavabdeh tərəfindən həmin torpaq sahəsində tikili inşa edilmişdir, həmin tikilinin bir hissəsi elektron kadastr baza məlumatlarına əsasən JN- 10723 №-li şəhadətnamənin yerləşdiyi sahəyə düşür. Cavabdehin torpaq sahəsinə dair hər-hansı sənədi mövcud deyil. Hazırda iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindəki qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, daşınması və torpaq sahəsinin ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən onun tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından ekspertiza tədqiqatının dəyəri 50 manat 1/2 hissə ilə tərəflərdən tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikili onun hesabına sökülsün, daşınsın və torpaq sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat İddiaçı, 25 manat Cavabdeh tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-210/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-210/2023
24.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver