Məhkəmə qərarları › İş №2(008)-2301/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2301/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2301/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 04.10.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 04.10.2020-ci il tarixdə Bakı şəhərində (yaşadığı ünvanda) ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, atası X9 04.10.2020-ci il tarixdə vəfat etmiş, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. X2 məzar daşında da onun 04.10.2020-ci ildə dünyasını dəyişdiyi qeyd edilmişdir. Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən X2 04.10.2020-ci il tarixdə vəfat etməsi və Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilməsinə dair arayış verilmişdir. Dərin sarsıntı keçirdiyindən, eləcə də, dəfn mərasiminə başı qarışdığından, atasının ölümü haqqında tibbi sənədi ala bilməmişdir. O, atasının ölümü haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona məlumat verilmişdir ki, "Vətəndaşlıq vəziyyəti aktları" X1 sisteminə 23.10.2020-ci il tarixədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən, X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 qızı bildirdi ki, o, ərizəçinin anasıdır. X3 onun əri olmuşdur. Əri onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının sonlarında qarnında şiddətli ağırlar başlamış, dərhal xəstəxanaya çatdırılmış, orada MRT müayinəsindən keçirilmişdir. Bakı şəhərində yerləşən “New-Med” klinikasında Vaqif həkim tərəfindən cərrahiyyə əməliyyat olunmuşdur. Əməliyyat olunduqdan on gün sonra evə buraxılmış, axşam tərəfi yaşadığı evə gətirilmişdir. Lakin sonrakı gün səhər saat 09-10 arası dünyasını dəymişdir. Mərhum əri dünyasını dəyişən zaman o da evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, X9 onun atasıdır. Sağlığında digər oğlu, hazırki işdə ərizəçi olan Ərizəçi yanında qalmışdır. Atası ağır onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Sentyabr ayının sonlarında səhhəti qəfil pisləşdiyindən, xəstəxanaya çatdırılmışdır. Cərrahi müdaxilə olunsa da, on gün keçdikdən sonra yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt o da evdə olmuşdur. Mərhum atası Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X2 onkoloji xəstəlikdən əziyyət çəkdiyindən xəbəri olmuşdur. O, cərrahiyyə əməliyyatı olunduqdan təxminən on gün sonra evə gətirilmiş, bir gün evdə qaldıqdan sonra vəfat etmişdir. Yığcam dəfn mərasimi təşkil edilmiş, o da dəfn mərasimində iştirak etmişdir. Mərhum Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri X12 tərəfindən verilmiş 1463-05/15 saylı, 23.10.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, ərizəçi Y.Q.Qurbanova ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 315 saylı, 30.12.2020-ci il tarixli arayışdan görünür ki, X9 04.10.2020-ci ildə Məmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “New-Med” klinikası tərəfindən verilmiş stasionar xəstənin tibb kitabçasından çıxarışdan görünür ki, X7 bağırsaq keçməzliyi, köndələn çənbər bağırsağın törəməsi diaqnozu qoyulmuşdur. O, 25.09.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş, 03.10.2020-ci il tarixdə isə çıxmışdır. İş materiallarında olan Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 04.10.2020-ci il tarixdə ünvan 2 ünvanında X5 meyiti aşkar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1938-ci ildə Ermənistan, Yelin rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan məzardaşının fotoşəkilləri ilə də 03.05.1938-ci il təvəllüdlü X5 04.10.2020-ci il tarixdə vəfat etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi atası XX.XX.1938-ci il təvəllüdlü oğlu X9 04.10.2020-ci il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Atasının ölümündən sarsıntı keçirdiyindən, həmçinin dəfn mərasiminə başı qarışdığından ərizəçi tibb müəssisəsindən atasının ölümü ilə bağlı müvafiq sənədi ala bilməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, XX.XX.1938-ci il təvəllüdlü X5 04.10.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1938-ci il təvəllüdlü X5 04.10.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar