Məhkəmə qərarları › İş №2(008)-2362/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2362/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2362/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nənəsi X5 ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi nənəsi X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X5 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X8 xx.xx.1993-cü il tarixində yaşadığı Bakı şəhəri Maştağa qəsəbəsində vəfat etmiş və həmin tarixdə Bakı şəhərində yerləşən Maştağa qəbirstanlığında dəfn edilmişdir. Vaxtında müraciət etmədiklərindən nənəsi barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək vərəsəlik işi ilə bağlı nənəsinin ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi zərurəti yarandığından hüquqi faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etdiyini bildirdi. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, X9 onun bibisi olmuşdur. Bibisi Maştağadakı bağ evində ölmüşdür. Həmin bağ evindən Bakı şəhəri Təcili və X6 Stansiyasına çağırış verilmişdir. Sözügedən çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Bibisi xəstə deyildi. O, xx.xx.1993-cü ildə ölmüşdür. Məhkəmə iclasında şahid Kərimov X11 ifadəsində bildirmişdir ki, X9 onun nənəsidir. Nənəsi bağda ölmüşdür. O nənəsi ölən zaman bağda olmayıb, amma eşidib ki, Bakı şəhəri Təcili və X6 Stansiyasına çağırış verilmiş, lakin çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının pasportunun surətindən görünür ki, X9 1914-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosu tərəfindən verilmiş AЗ № ******* nömrəli xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə xx.xx.1970-ci il tarixdə 16 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X4r. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş Н-ЖГ № 331969, xx.xx.1981-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 1980-ci il tarixdə kəskin myokard infarktı diaqnozu ilə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı 4 saylı “Asan Xidmət” Mərkəzinin xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq DA-00598-2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu (Lenin) rayonu, Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında xx xxxxx 1941-ci ildə doğulan Kərimov Bəhrəm (sənəddə olduğu kimi) Seyid Kərim oğlunun təvəllüdü qeyd olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2021-ci il tarixli 140-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 168-05/15 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, X10 barəsində xx.xx.1993-cü ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının fotodan görünür ki, X9 1914-cü il tarixdə doğulmuş, 1993-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, X5 xx xxxx 1993-cü ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt X5 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi hissəsində məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətləri daxilində olduğundan ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X5 xx.xx.1993-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar