Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2453/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə onun arasında mediator X1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və iş materiallarından görünür ki, tərəflər arasında mübahisə nikahın pozulması ilə əlaqədardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Hesab edirəm ki, barışıq sazişi bu qaydada təsdiq oluna bilməz. Göründüyü kimi, Ərizəçi hazırkı tələblə bağlı iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia icraatında isə tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1, 152.1.1-cı maddəsinə əsasən iddia ərizəsini bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə olan halda hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalı və ərizəçiyə özünü iddiaçı, Maraqlı şəxs isə cavabdeh kimi göstərməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2453/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2453/2023
17.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver