Məhkəmə qərarları › İş №2(008)-2488/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2488/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2488/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 1917-ci il təvəllüdlü X1 14.09.1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1917-ci il təvəllüdlü X1 14.09.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 14.09.1994-cü il tarixdə 77 yaşında yaşadığı Bakı şəhəri, Maştaba qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzilində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Vaxtında müraciət etmədiklərindən anası barəsində ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllini qeydiyyat orqanında mümkün olmadığını bildirmişlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin və dəqiqləşdirilmiş ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 izahatlarında qeyd etdilər ki, Ərizəçi anası X4 14.09.1994-cü il tarixdə yaşadığı Bakı şəhəri, Maştaba qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzilində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ- İE seriyalı 979846 №-li doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında X15 oğlu, ana qrafasında X4 qeyd olunmuşdur. İş materiallarında olan VVAQ şöbəsi tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 ilə X10 23.01.1951-ci ildə evlənmişlər, arvada Əliyeva soyadı verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, X4 ərizəçinin anasıdır. Sabunçu rayln Qeydiyyat Şöbəsinin tərəfindən verilmiş 29.01.2021-ci il tarixli akt qeydindən görünür ki, arxiv məlumatları «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 29.01.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 barəsində ölüm akt qeydi aşkar edilməmişdir. Hazırda ərizəçi anası 1917-ci il təvəllüdlü X1 14.09.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 09.02.2021-ci il tarixli məktubla təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı 1917-ci il təvəllüdlü X1 14.09.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahidlərin izahatı və fotoşəkillə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X6 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 1917-ci il təvəllüdlü X1 14.09.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 1917-ci il təvəllüdlü X1 14.09.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar