Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2529/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 nun 23 may 2017-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı mərhum X4 12 fevral 1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Mərhum uzun müddət yataq xəstəsi olmuş, 19 may 2017-ci il tarixdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, 23 may 2017-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Xəstəxanadan verilmiş tibbi sənəd əsasında mərhum həyat yoldaşı 23 may 2017-ci il tarixdə Bakıxanov qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Yoldaşı 23 may 2017-ci il tarixdə vəfat etdiyi üçün 11 nömrəli şəhər poliklinikası tərəfindən forma 106 doldurulmasından imtina edilmiş, eləcə də Bakı şəhəri Maraqlı şəxs tərəfindən "Ölüm haqqında şəhadətnamə” verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Klinik Xəstəxanasının arayışının surətindən görünür ki, X4 19 may 2017-ci il tarixdə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, 23 may 2017-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 11 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat şöbəsinin İİ-ЖГ seriyalı, 376273 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 18 oktyabr 1980-ci il tarixdə 824 nömrəli nikah akt qeydi ilə nikaha daxil olmuşlar. Arvada Bayramova soyadı verilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qudadırlar. Vaqif Bayramov 2017-ci il tarixdə yaz aylarında vəfat etmişdir. Səhhətində problem olduğunu eşitmiş, lakin onu xəstə olarkən görməmiş, 6-7 ay yataq xəstəsi olduğunu bildiyini, həkimə aparılıb gətirildiyini, evdə öldüyünü eşitmişdir. Harada dəfn olunduğunu bilmir. Vaqif Bayramov öldüyü vaxtı orada olmadığını, əvvəl tanış olduqlarını, sonradan quda olduqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı əri yataq xəstəsi olmuş, 6-7 ay ona bacısı qulluq etmiş, ölümünə 2-3 gün qalmış xəstəxanaya aparmışlar, orada da vəfat etmişdir. Vəfat etdiyi yeri 3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ərizəçinin əri olmuşdur. O, xx.xx.2017-ci ildə Bakı şəhərində 3 nömrəli Şəhər Klinik Xəstəxanasında vəfat etmiş və Bakı şəhəri Sabunçu Rayonu Bakıxanov qəsəbəsində dəfn edilmişdir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə doğulmuş X2 xx.xx.2017-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2529/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2529/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver