Məhkəmə qərarları › İş №2(008)-2551/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2551/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2551/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Maraqlı şəxs X3rşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Maraqlı şəxs X3rşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02 fevral 1939-cu il təvəllüdlü X4 25 noyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X10 02 fevral 1939-cu il tarixində Gürcüstan Respublikasında doğulmuşdur. Uzun illərdir ki, X10 “ürəkçatışmamazlığı” xəstəliyindən əziyyət çəkirdi. xx.xx.2022-ci il tarixində X1 qəfil pisləşdi və o, təcili tibbi yardım gələnə kimi vəfat etdi. Atası dünyasını dəyişərkən bacısı oğlu X7 və o yanında olub. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum atasının ölmüş haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də mərhum atası X4 ölüm haqqında şəhadətnaməsin almaq üçün 21 nömrəli şəhər poliklinikasına və 4 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, 21 nömrəli şəhər poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə” nin verilməsindən imtina etmiş, Qeydiyyat şöbəsinin cavab məktubunda isə ona mərhum atası X4 ölüm faktının müəyyən edilməsi üçün aiddiyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyin mümkünsüzlüyünü nəzərə alaraq, məhkəmə qətnaməsi ilə ölüm faktı müəyyən olunmalıdır. Buna görə məhkəmədən atası X4 25 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölüməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Maraqlı şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Bakı şəhəri 4 saylı Maraqlı şəxs X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Təcili və X12 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə çağırışa gələn zaman həmin ünvanda X5 məxsus meyid aşkar edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 fevral 1939-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti 16 nömrəli, 17 fevral 2023-cü il nömrəli arayışdan görünür ki, X2 rayonu, Zabrat 1 qəbirstanlığında xx.xx.2022-ci il tarixində dəfn olunmuşdur. Məhkəmə iclasına dəvət olunmuş şahid X15 ifadəsində bildirdi ki, Aşralov Əmirxan qayınatasıdır, təcili tibbi yardım maşını o qarşılayaraq gətirmiş, noyabr ayında rəhmətə gedib, dəfndə iştirak etmiş və mərhum Zabrat 1 qəsəbəsindəki Rus qəbirstanlığı yanın da dəfn olunub. Məhkəmə iclasına dəvət olunmuş şahid X9 ifadəsində bildirdi ki, Aşralov Əmirxan atasıdır, 2 həftə idi vəziyyəti pis idi, təcili tibbi yardım gəldi, dedi ki xəstəni tərpətmək olmaz, noyabrın 25-də vəfat etdi və Zabratda dəfn olundu. Məhkəmə iclasına dəvət olunmuş şahid X7 ifadəsində bildirdi ki, mərhum onun babasıdır, noyabrın 25 axşam saatlarında rəhmətə gedib və o, həmin vaxt evdə olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ərizəçinin atasıdır. O, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 fevral 1939-cu il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar