Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2610/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.10.1952-ci il təvəllüdlü X1nun 28.01.2021-ci il tarixdə yaşadığı Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, X1 28.01.2021-ci il tarixdə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Bu hal onu dərindən sarsıtmışdır. Atasının dəfn mərasimi ilə o məşğul olmuşdur. Həkimə vaxtında müraciət etmədiyindən, atasının ölümü haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. Bakı şəhəri Təcili və X8 Stansiyasının 13 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən göründüyü kimi, X5 28.01.2021-ci il tarixdə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi arayışın olmaması səbəbindən ona imtina cavabı verilmişdir. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, ərizəçinin anasıdır. Mərhum əri X5 təxminən il yarım xərçəng xəstəliyindən əziyyət çəkmiş, bu səbəbdən müalicə almışdır. O, 28.01.2021-ci il tarixdə axşam saatlarına doğru yaşadığı evdə vəfat etmişdir. O, həmin vaxt mərhumun yanında olmuşdur. Mərhum səhəri gün, yəni 29.01.2021-ci il tarixdə Zabrat qəbirstanlığında dəfn edilmişdir. Karantin qaydaları ilə əlaqədar, yığcam dəfn mərasimi təşkil edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, mərhum X2 bacısıdır. Qardaşı təxminən il yarım onkoloji xəstəlikdən əziyyət çəkmiş, limfa düyünlərində bədxassəli şiş aşkar edilmişdir. Uzun müddət şüa, kimya terapiyaları qəbul etmişdir. Buna baxmayaraq, 28 yanvar 2021-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt qardaşının yanında olmuşdur. Ondan başqa, mərhum qardaşının oğlu Elmir və həyat yoldaşı da orada olmuşlar. Mərhum 29 yanvar 2021-ci il tarixdə Zabrat qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, ərizəçinin atası mərhum X5 onun qonşusu olmuşdur. Ərizəçinin atasının təxminən il yarım-iki il ərzində onkoloji xəstəlikdən əziyyət çəkdiyindən xəbəri olmuşdur. Şüa, kimya terapiyaları qəbul etsə də, nəticəsi olmamışdır. 28 yanvar 2021-ci il tarixdə mərhumun vəziyyəti ağırlaşmış, axşam saatlarına doğru yaşadığı evdə vəfat etmişdir. 29 yanvar 2021-ci il tarixdə Zabrat qəbirstanlığında dəfn edilmişdir. Yığcam dəfn mərasimi təşkil edilmiş, o da qonşu kimi dəfn mərasimində yaxından iştirak etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 348-05/15 saylı, 16.02.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 02189407 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 oğlu 01.10.1952-ci il tarixdə Ermənsitan SSR, Qukasyan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X6r. İş materiallarında olan Təcili və X8 Stansiyasının 13 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 28.01.2021-ci il tarixdə ünvan 2 ünvanında X11 oğlunun meyiti aşkar edilmişdir. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 24.12.2020-ci il tarixli ambulator kartdan arayışdan görünür ki, X3 C83.3-Diffuz iri B-hüceyrəli limfona mərhələ İİİA diaqnozu qoyulmuşdur. Xəstənin üzərində 10.09.2019-cu il tarixdə Milli Onkologiya Mərkəzində “Qasıq limfadisseksiya” cərrahiyyə əməliyyatı keçirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi oğlunun atası 01.10.1952-ci il təvəllüdlü oğlu X11 oğlu uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmiş və 28.01.2021-ci il tarixdə həmin xəstəlikdən vəfat etmişdir. Atasının ölümündən sarsıntı keçirdiyindən, həmçinin dəfn mərasiminə başı qarışdığından ərizəçi tibb müəssisəsindən atasının ölümü ilə bağlı müvafiq sənədi ala bilməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 01.10.1952-ci il təvəllüdlü X2 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.10.1952-ci il təvəllüdlü X2 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2610/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2610/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver