Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2676/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası, 21 aprel 1961-ci il təvəllüdlü X1 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və onun ölümü ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Təcili və X6 Stansiyasının 14 saylı bölməsinin həkimi tərəfindən “ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. O, xx.xx.2023-cü il tarixli ərizə ilə mərhum atasının qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək onun adına “ölüm haqqında şəhadətnamənin” verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsini bildirmişdir. Həmçinin, mərhum atası X1 ölümü ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Təcili və X6 Stansiyasının 14 saylı bölməsinin həkimi tərəfindən verilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ni Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 21 nömrəli şəhər poliklinikasına təqdim edərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Mərhum atası vəfat etdikdən sonra xx.xx.2021-ci il tarixində Nardaran qəbirstanlığında dəfn edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsi müəyyən sənədləşmə işləri üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə qonşudur. X17 ərizəçinin atası idi. Mərhum vəfat edən gün ərizəçi ona zəng edərək atasının vəfat etdiyini demişdir. Mərhumun vəfat etdiyi tarixi xatırlamır, təcili yardım çağırmışdılar. Mərhum Nardaran qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun əridir. Qayınatası vəfat edən gün o, əri və qızı evdə olmuşlar. Birdən onlar qayınatasının olduğu otaqda səs eşitmiş, otağa gəldikdə onun yerə yıxıldığını görmüşlər. Təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə kimi qonşular, qohumlar gəlmişlər. Təcili yardım gələndə sadəcə covid-19 üçün test götürmüşlər, həmin vaxt qayınatası artıq vəfat etmişdir. Mərhum arvadının -qayınanasının yanında, Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin uşaqlıq dostudur. Ərizəçinin atasının axşam saatları 9-10 radələrində vəfat getdiyini eşitmişdir. Mərhum vəfat edən günün səhəri Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Mərhum 16 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Eşitdiyinə görə ciyərlərində xəstəlik var idi. O, yas mərasimlərinin bəzilərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur, eyni məhəllədə yaşayırlar. Mərhum ərizəçi ilə birlikdə yaşayırdı. Ərizəçinin atası vəfat edən gün onlara gedəndə təcili yardım gəlibgetmişdi, mərhumu vəfat edən günün səhəri Nardaran qəbirstanlığında dəfn elədilər. Mərhum 16 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 21 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 4 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maştağa qəsəbəsi Bağ evi ev 339 ünvanında yaşamış xx.xx.1961-ci il təvəllüdlü X1 poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə yazılması səlahiyyət xaricindədir. -AZE seriyalı 14554513 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - XVİİ-ЖГ seriyalı 489871 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X3, anası X8r. - Təcili və X6 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 Təcili və X6 gələnə qədər ölmüşdür. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 106- 05/15 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir. Bu səbəbdən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən verilmiş 26/23 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 Nardaran qəbirstanlığında dəfn olunmuşdur. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx/xx- 1837 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək yoxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi, X1 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 aprel 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 21 aprel 1961-ci il təvəllüdlü X1 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2676/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2676/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver