Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2719/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X3, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 17-A-1-0- 429-11 saylı kredit müqaviləsindən irəli gələn xx xxxxxxx 2013-cü il tarixə ödənilməmiş 3214.91 manat əsas borcun, 2027.03 manat faiz borcu və həmin günə hesablanmış 4290.84 manat dəbbə pulu, ümumilikdə 9532.78 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2011-ci il buraxılışlı, «VAZ- 21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı, XTA210740B3099598 ban, ******* mühərrik nömrəli, qara metal rəngli minik avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı X2 «xxxxxxxxx» ASC (sonradan-Bank) ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixli 17-A-1-0-429-11 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1,6 və 1.11-ci bəndlərinə əsasən illik 22 faiz hesablanmaqla 24 ay müddətinə cavabdehə 5800 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2011-ci il buraxılışlı, «VAZ-21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı, XTA210740B3099598 ban, ******* mühərrik nömrəli, qara metal rəngli minik avtomobilinin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxx 2011-ci il tarixli 17-A-1-0-429-11 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 11000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüquq ilə məxsus olan yuxarıda qeyd olunan avtomobildir.Borcun ödəniləmsi ilə bağlı bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş predmetinə yönəltməni tam qanuna uyğun hesab edir. Sonradan iddiaçı Bankın nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bankın 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 17-A-1-0-429-11 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2220,17 manat əsas borcun, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2013-cü il tarixə ödənilməmiş 523,44 manat faiz borcunun, ümumilikdə 2743,61 manatın, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2011-ci il buraxılışlı, «VAZ-21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı, XTA210740B3099598 ban, ******* mühərrik nömrəli, qara metal rəngli minik avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin və iddia həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda nümayəndə ipoteka müqaviləsindəki qiyməti likvid qiymət kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdi və izahatında qeyd etdi ki, kredit müqaviləsinə əsasən yaranmış borcla bağlı bankla aralarında razılaşma olmuş, həmin razılaşmaya əsasən bir il müddətinə borcunu tam bağlayacaqdır və borcun ipoteka predmetinə yönəldilməsinə ehtiyac olmayacaqdır. Eyni zamanda cavabdeh ipoteka müqaviləsindəki qiyməti likvid qiymət kimi qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bank ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixli 17-A-1-0-429-11 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh avtomobil alınması məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 22 % müəyyən edilməklə 5800 manat məbləğində kredit verilmişdir. Bankın 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xx xxxx 2011-ci il tarixli 17-A-1-0-429- 11 saylı kredit müqaviləsinin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan «VAZ-21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. «VAZ-21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur (AB seriyalı 618312 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti). Cavabdeh xx xxxx 2011-ci il tarixli 17-A-1-0-429-11 saylı kredit müqaviləsi üzrə Banka 2220,17 manat əsas borcu, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2013-cü il tarixə ödənilməmiş 523,44 manat faiz borcu, ümumilikdə 2743,61 manat borcu yaranmışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin mənasına görə məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflər ipoteka müqaviləsindəki qiyməti likvid qiymət kimi qəbul etmişlər. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2220,17 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2013-cü il tarixə ödənilməmiş 523,44 manat faiz borcu, ümumilikdə 2743,61 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı «xxxxxxxxx» ASC-yə ödənilməli, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2011-ci il buraxılışlı, «VAZ-21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı, XTA210740B3099598 ban, ******* mühərrik nömrəli, qara metal rəngli minik avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2220,17 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2013-cü il tarixə ödənilməmiş 523,44 manat faiz borcu, ümumilikdə 2743,61 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı «xxxxxxxxx» ASC-yə ödənilsin. Tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2011-ci il buraxılışlı, «VAZ-21074” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı, XTA210740B3099598 ban, ******* mühərrik nömrəli, qara metal rəngli minik avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. İpoteka ilə yüklü edilmiş avtomobil ilkin satış qiyməti olan 7250 manat məbləğində açıq hərracdan satışa çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2719/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2719/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver