Məhkəmə qərarları › İş №2(008)-2730/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2730/2024

27.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2730/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, Ərizəçi Maraqlı şəxs olmaqla "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(020)-317/2024 nömrəli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Beyləqan Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-317/2024 nömrəli qərardadı ilə Ərizəçi yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X1, iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, hazırkı ərizə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin həmin Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışın surətindən görünür ki, ərizəçinin rəsmi qeydə alındığı yer ünvan 1 ünvanı ünvan 2vanlanan teleqramda Ərizəçi hal-hazırda Bakı şəhərində olması qeyd olunsa da, bunu təsdiq edən sübut ərizəyə əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən mövcud tələbi baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi" barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar