Məhkəmə qərarları › İş №2(008)-2760/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2760/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2760/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 xx.xx.2020-ci il tarixdə yaşadıqları ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 yaşadıqları ünvanda xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onlar tərəfindən X11 çağırılmış, lakin X11 gələnə kimi həyat yoldaşı vəfat etmişdir. Onun ölümü ərizəçininin, onun ailə üzvlərini mənəvi və psixoloji cəhətdən həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadları olmadığından ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Evin sənədləşməsi ilə əlaqədar ölüm şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Şəhadətnamənin verilməsi ilə əlaqədar 5 saylı Bakı Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparıldığı qeyd olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 barəsində vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 696 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Sabunçu rayonu, İ.Aslanov küçəsi, ev 6E ünvanında qeydiyyatdadır. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 716 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, İ.Aslanov küçəsi, ev 6E ünvanında vəfat edənədək yaşamışdır. - Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli nikah haqqın şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında nikah xx.xx.1986-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 762 nömrə ilə qeydə alınmışdır. - Təcili X5 ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünr ki, X6 xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, İ.Aslanov küçəsi ev 6e ünvanında vəfat etmişdir. - Bakı şəhər Baş səhiyyə İdarəsinin 12 saylı şəhər poliknikasının məktubundan görünür ki, 1960-cı il təvəllüdlü X6 həmin poliknikada qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin həyat yoldaşıdır. X8 X5 ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən onun ölməsi müəyyən olunur. Ərizəçi həyat yoldaşı barəsində tibbi şəhadətnamənin verilməsi üçün 12 nömrəli şəhər poliknikasına müraciət edilmiş, lakin imtina məktubu almışdır. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar