Məhkəmə qərarları › İş №2(008)-2982/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2982/2022

02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2982/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, anası xx.xx.1939-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Anası təcili tibbi yardım gələnə qədər anası vəfat etmişdir. Ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, həmin qurumdan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lAZımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, mərhumun qızıdır. Anası yaşlı olmuş və xx.xx.2022-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. O, Zabrat qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş KAZımov Vüqar Hidayət oğlu bildirmişdir ki, o, Ərizəçi iş yoldaşıdır. Təsdiq edir ki, ərizəçinin anası xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və o, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Ərizəçilə dostdur. Ərizəçinin anası xx.xx.2022-ci ildə axşam radələrində vəfat etmişdir, dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AZərbaycan Respublikası NAZirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZərbaycan Respublikası vətəndaşının AZE 05504942 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1939-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Lenin (Sabunçu) rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş Xİİ-ЖГ 398041 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X2. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və TəxirəsalınmAZ Tibbi Yardım Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Sabunçu qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar