Məhkəmə qərarları › İş №2(008)-3/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kreditor "xxxx" ASC xx.xx.2015-ci il tarixdə ərizə ilə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 10295,12 ABŞ dolları əsas və 977,38 ABŞ dolları faiz borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Restrukturizasiya (mikro) müqaviləsinə əsasən 21 ay müddətinə illik 27 % olmaqla 10428 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin borclular kredit ödənilməsindən yayınınr. Həmin məbləğin borclulardan tutulması barədə məhkəmə xx.xx.2015-ci il tarixli əmri vermişdir. Borclu Cavabdeh1 həmin əmrə etiraz vermiş və məhkəmə xx.xx.2024-cü il tarixli qərardadla adıçəkilən əmri ləğv edərək iddia icraatına keçmişdir. İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh1 teleqram vurararq iclasın təxirə salınmasını və işin ona rəsmi qaydada göndərilməsini xahiş etmiş, digər Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 hərəkətlərini işin suni şəkildə uzaldılmasına yönəlmiş kimi qiymətləndirərək, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC (borcverən), Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında xx.xx.2015-ci il tarixli RM/86321/50/15 №-li Restrukturizasiya (mikro) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfdən cavabdehə 21 ay müddətinə illik 27 % olmaqla 10428 ABŞ dolları kredit verilmişdir. xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 Banka olan borcu 10295,12 ABŞ dolları əsas və 977,38 ABŞ dolları faiz borcundan ibarətdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/9072 №-li ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli RM/86321/50/15 №-li müqavilə üzrə: xx.xx.2015-ci il tarixlə (maliyyə arayışı verilən tarix) 10288,43 ABŞ dolları əsas, 644,97 ABŞ dolları faiz borcu; xx.xx.2024-cü il tarixə 10288,43 ABŞ dolları əsas,3685,28 ABŞ dolları faiz, 3975,34 ABŞ dolları illik 5% borcu var. Hazırda iddiaçı 10295,12 ABŞ dolları əsas və 977,38 ABŞ dolları faiz borcunun tutulmasını hər iki cavabdehdən istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 10288,43 ABŞ dolları əsas (ekspert rəyinə əsasən), 977,38 ABŞ dolları faiz (iddia tələbinə əsasən), cəmi 11265,81 ABŞ dolları hər iki cavabdehdən tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 20 manat dövlət rüsumu hər iki cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, 100 manatın ekspertiza dəyərinin yarısı iddiaçıdan, yarısı cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 10288,43 ABŞ dolları əsas, 977,38 ABŞ dolları faiz, cəmi 11265,81 ABŞ dolları borc və 2 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10288,43 ABŞ dolları əsas, 977,38 ABŞ dolları faiz, cəmi 11265,81 ABŞ dolları borc (ödəniş gününə azərbaycan manatının rəsmi məzənnəsi ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 50 manat ekspertizanın dəyəri iddiaçıdan, 50 manat cavabdehdən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar