Məhkəmə qərarları › İş №2(008)-3068/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3068/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3068/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 1991 -ci ildə Bakı şəhərində anadan olmuş Abbasov Taleh Mirhəbib oğlunun 18 iyun 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X5 06.06.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində yerləşən qeydiyyatsız evdə komaya düşmüşdür. Mərhum qardaşı xəstəxanada ona qoşulmuş süni nəfəs aparatından 17 iyunda ayrılmış və 18 iyun 2021-ci il tarixdə beyin ödemi səbəbindən rəhmətə getmişdir. Lakin qardaşının vəfat etdiyi zaman ölümü haqqında şəhadətnamə alınmamışdır. Ailə üzvlərinin başı problemlərə qarışıq olduğundan qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Hazırda o, ölüm şəadətnaməsini almaq üçün 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin gec müraciət etdiyi üçün qeydiyyat şöbəsindən ərizəsinə cavab olaraq bildirdilər ki, bu barədə məhkəməyə müraciət etməlidir. Mərhum Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Buna görə məhkəmədən qardaşı X1 18 iyun 2021-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi 21.04.2022-ci il tarixdə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 16 iyun 1991 -ci ildə Bakı şəhərində anadan olmuş X1 17 iyun 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan məhkəmə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, 17.06.2021-ci il tarixdə çağırışa gələn zaman həmin ünvanda X2 məxsus meyid aşkar edilmişdir. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 iyun 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasına dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçinin xalası oğludur. X5 06.06.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində yerləşən qeydiyyatsız evdə komaya düşmüşdür. Mərhum xəstəxanada ona qoşulmuş süni nəfəs aparatından 17 iyunda ayrılmış və 17 iyun 2021-ci il tarixdə beyin ödemi səbəbindən rəhmətə getmişdir. Dəfndə iştirak etmişdir. 7 nömrəli uşaq poliklinikasının 05.04.2022-ci il tarixli 18 saylı arayışından görünür ki, 16 iyun 1991-ci il təvəllüdlü X5 hər hansı xəstəliyi ilə bağlı polikilinkaya müraciət etmədiyi və dispanser qeydiyyatda ölüm tarixindən uzun müddət keçdiyi üçün ona dair ölüm haqqında şəhadətnamə verilə bilmir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin qardaşıdır. O, 17.06.2021-ci ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi qardaşı vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 iyun 1991-ci il tarixdə doğulmuş X1 17.06.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar