Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3126/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin” təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir övladı var. Artıq bir neçə müddətdir ki, cavabdehlə ailə münasibətləri pozulduğundan, ailəni qoruyub saxlamaq mümkün deyildir. xx.xx.2024-cü il tarixində Bakı 10 saylı mediasiya Təşkilatına müraciət edərək, aralarında Barışıq Sazişi bağlanmışdır. Qeyd edilən Sazişin müddəalarına əsasən hər ikisi aralarındaki nikahın pozulmasına razılıq veriblər. Eyni zamanda rəsmi nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 ananın yəni Ərizəçi himayəsində qalması, Cavabdeh istədiyi zaman övladı X2 ilə görüşə bilməsi barədə də razılığa gəlinmişdir. Tərəflərin bir - birindən başqa tələbi olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini, nikahın pozulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mediasiyada imzalanan barışıq sazişinə əməl olunduğunu, sadəcə nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” X4 tərəfindən verilmiş AZ-İİ seriyalı 360199 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Ərizəçi arasında 05 sentyabr 2019-cu il tarixdə nikah bağlanmış və 3144 nömrə akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aslanzadə, arvada Əşrəfli soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş doğum aktında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Mediasiya Şurasının təqdim etdiyi barışıq sazişindən görünür ki, Ərizəçi ilə Cavabdeh arasında nikahın xitamı və uşağın ananın himayəsində qalması tələbi ilə bağlı barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında 04 mart 2024cü il tarixdə bağlanmış barışıq sazişi qismən təsdiq olunmalıdır. Belə ki, barışıq sazişində qoyulmuş şərtlərdən biri kimi ərizəçinin nikahın pozulması tələbinə münasibət bildirərək qeyd edir ki, nikah məhkəmə qaydasında pozulduğundan, yəni nikahın pozulması Mediasiya prosesinin predmeti olmadığından ərizə bu hissədə təmin oluna bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasnda bağlınmış xx.xx.2024- cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Birgə nikahdan doğulmuş – xx.xx.2019-cu il təvəllüdlü X1 Samirə Tahir qızının himayəsində saxlanılsın.
2. Cavabdeh istədiyi zaman vaxt məhdudiyyəti qoyulmadan övladı ilə görüşə, ünsiyyətdə ola və özü ilə apara bilər.
3. Tərərlərin bir birinə qarşı hər hansı başqa tələbləri yoxdur. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev