Məhkəmə qərarları › İş №2(008)-3128/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3128/2021

26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3128/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla qardaşı X3 ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı X3 ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun qardaşı olmuşdur. O, xx.xx.1979-cu il tarixində Abşeron rayonunda anadan olmuşdur. Qardaşı xx.xx.2021 -ci il tarixində vəfat etmişdir. Abşeron rayon prokurorluğunun xx.xx.2021 -ci il tarixli qərarı ilə xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.2020-ci ill tarixində Abşeron rayonu, Məmmədli qəsəbəsi, Yeni yaşayış ərazisində yaşadığı evdən təxminən 200 metr aralıda özünə məxsus “VAZ 2107” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edən zaman halının qəflətən pisləşməsi nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğunda daxil olmuş məlumat üzrə araşdırma aparılmışdır və nəticədə baş vermiş hadisədə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən həmin hadisə ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mərhum qardaşı xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, 1 saylı Zabrat qəbirstanlığında dəfn olunmuşdur. xx.xx.2021 -ci il tarixində Maraqlı şəxsnə mərhum qardaşının ölümünün qeydə alınması barədə müraciət etsələr də, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi faktın müəyyən edilməsi ona vərəsəlik işinin açılması, həmçinin qeydiyyat məsələlərinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, X8 onun qardaşı olmuşdur. Qardaşı xx.xx.1979-cu il tarixdə doğulmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında saat 10-11 radələrində öz şəxsi avtomobilində anaları X9 ilə yas mərasiminə gedən zaman Məhəmmədi kəndində ürək tutmasından ölmüşdür. Elə həmin gün dəfn edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid X10 ifadəsində bildirmişdir ki, X8 onun dayısı olmuşdur. O, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xəstəliyi yox idi. Dayısı ölən zaman yanında nənəsi X9 olmuşdur. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, X8 onun qaynı olmuşdur. Qaynı xx.xx.2021-ci il tarixdə yas mərasiminə gedən zaman avtomobilin içində ölmüşdür. Xəstəliyi yox idi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat bürosu tərəfindən verilmiş İİİ-ЖГ 327851 nömrəli, xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1975-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş və bu barədə xx.xx.1975-ci il tarixdə 77 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X17 qızıdır. - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat bürosu tərəfindən verilmiş Vİ-ЖГ 271135 nömrəli, xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə xx.xx.1979-cu il tarixdə 1785 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X17 qızıdır. -Abşeron Rayon Prokurorluğunun 29-1-21 nömrəli, xx.xx.2021-ci il tarixli X12 ünvanlanmış məktubundan görünür ki, X8 yaşadığı evdən təxminən 200 metr aralıda özünə məxsus “VAZ 2107” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən zaman halının qəflətən pisləşməsi nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı baş vermiş hadisədə cinayət hadisəsi olmadığından cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. -xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd etmək haqqında qərarın surətindən görünür ki, X3 ölməsi ilə əlaqədar toplanmış materialda həmin qərarın təsviri hissəsində göstərilən əsaslara görə cinayət işinin başlanması rədd edilmişdir. -Bakı şəhəri Təcili və X20 Yardın stansiyası PHŞ 14 saylı bölməsinin xx xxxx 2021-ci il tarixli, 14/14 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə 10:52-də Məhəmmədi qəsəbəsi Bələdiyyə yanı ünvana X3 adına çağırış olmuş və xəstəyə həkiməqədər ölüm, kişi cinsli meyid diaqnozu qoyulmuşdur. - Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxx 2021-ci il tarixli 05/Q-294/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 454 nömrəli, xx xxxx 2021-ci il tarixli arayışından görünür ki, X1 Rayon Məmmədli kəndində yaşamışdır. -Bakı şəhəri İcra Hakimiyyəti Mənzil –Kommunal Təsrrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 20 nömrəli, xx xxxx 2021-ci il tarixli arayışından görünür ki, X8 xx xxxxxx 2021-ci il tarixdə Sabunçu rayonu 1 saylı Zabrat qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1979-cu il tarixində Bakı şəhərində doğulmuş X3 xx.xx.2021-ci ildə Abşeron rayonunda ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixində Bakı şəhərində doğulmuş X3 xx.xx.2021-ci il tarixində Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar