Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3222/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla 29.12.1971-ci il tarixdə doğulmuş oğlu X1 17.02.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29.12.1971 -ci il təvəllüdlü oğlu X1 17.02.2021 -ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 29.12.1971 -ci il təvəllüdlü X5 17.02.2021-ci il tarixində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində vəfat etmişdir və Ağdaş rayon Şıxlı kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlu şizofreniya formalı hallusinotoz paranoid xəstəsi idi. Sonuncu dəfə 05.01.2021-ci ildən 16.02.2021 -ci il tarixinə qədər Gəncə Şəhər Psixiatrik Xəstəxanasında müalicə almışdır. Lakin vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Xəstəxanadan çıxdıqdan 1 gün sonra isə vəziyyəti qəfil pisləşmiş və evdə vəfat etmişdir. Poliklinikaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət etsə də poliklinika xəstəliklə bağlı vətəndaşın qeydiyyatda olmaması səbəbindən imtina etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllini qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi və ölüm şəhadətnaməsi olmadan ölümə görə heç bir sosial yardım ala bilmədiyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, X5 onun qaynı olmuşdur. Səhər saatlarında ölmüşdür. Bakı şəhəri Təcili və X3 Stansiyasına çağırış verilmişdir. Sözügedən çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuş və təzyiqi düşdüyündən öldüyü bildirilmişdir. Ağdaş rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, X5 onun qardaşı olmuşdur. Maştağada evdə olarkən ölmüşdür. Onlar bir yerdə yaşamışlar. Bakı şəhəri Təcili və X3 Stansiyasına çağırış verilmiş, lakin çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuş və təzyiqi düşdüyü üçün öldüyü bildirilmişdir. Ağdaş rayonunda dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 07116353 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 29.12.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 3 ünvanı qeyd edilmişdir. -Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə doğulmuşdur. Yaşayış yeri ünvan 3 ünvanı qeyd edilmişdir. -Bakı şəhəri Təcili və X9 Yardın stansiyası 14 saylı bölməsinin təcili tibbi yardım birqadasının 17 fevral 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 17 fevral 2021-ci il tarixdə 08:05-də ünvan 5 ünvanında həkiməqədər kişi cinsli meyit aşkar olunmuşdur. -Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 31 mart 2021-ci il tarixli 666-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 027 saylı Ambulator Kitabçadan çıxarışından görünür ki, X5 05.01.2021-ci il tarixdən 16.02.2021-ci il tarixədək şizofreniya paranoid forma hollusinatoz paronoid sindromu ilə Gəncə şəhər Psixiatrik Xəstəxanasında müalicə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 29.12.1971-ci il tarixdə doğulmuş X2 17 fevral 2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi bu hissədə əsaslıdır və göstərilən fakt X1 17.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi hissəsində məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətəri daxilində olduğundan ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 29.12.1971-ci il tarixində Bakı şəhərində doğulmuş X1 17.02.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3222/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3222/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver