Məhkəmə qərarları › İş №2(008)-3263/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3263/2022

16.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3263/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5 və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Bakı şəhəri 35 saylı notariat ofisi cəlb edilməklə «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Bakı şəhəri 35 saylı notariat ofisi cəlb edilməklə «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi, qətnamənin icrası Bakı şəhəri 35 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət edərək mərhum anası X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzili yalnız özünün adına rəsmiləşdirilməsinə vərəsəlik şəhadətnaməsi almışdır. Hesab edir ki, həmin şəhadətnamə ləğv edilməli, sözügedən miras əmlakı iki vərəsə arasında payı müəyyənləşdirilərək bölünməlidir. Lakin, Cavabdeh onun qanun üzrə vərəsə olmağını və eyni zamanda həmin notariusa 9 aprel 2022-ci ildə müraciət etməyi nəzərə alınmadan Mülki qanunvericiliyin tələblərini pozmaqla belə bir şəhadətnamənin əldə edilməsinə nail olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, sözügedən mirasın qəbul edilməsi məqsədi ilə 9 aprel 2022-ci il tarixində qızı ilə birlikdə Bakı şəhəri 35 saylı Notariat ofisinə o, da müraciət etmişdir. Həmin vaxt notariusun əməkdaşları sənədlərinə baxaraq bildirmişdirlər ki, təqdim olunacaq sənədlər arasında doğum haqqında şəhadətnaməsini də verməlidir. Lakin, doğum haqqında şəhadətnaməm naməlum şəraitdə itdiyi üçün onu həmin gün notariusa verə bilməmişdir. Bu səbəbdən də həmin sənədin dublikatının əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edərək onu 12 aprel 2022-ci il tarixində əldə etmişdir. 13 aprel 2022-ci il tarixində sözügedən notariusa bütün sənədləri ilə birlikdə müraciət edəndə məlum oldu ki, cavabdeh miras əmlakının özünün xeyrinə tam şəkildə əldə edilməsi barədə vərəsəlik şəhadətnaməsi almışdır. Onu da qeyd edir ki, hazırkı vərəsəlik işinin məhz Bakı şəhəri 35 saylı Notariat ofisində açılmasını yaşadığı Sabunçu rayonu ərazisində olan notariusa müraciət edərkən bilmişdir. Cavabdeh qanunun vicdanlılıq prinsipinə zidd olaraq miras əmlakının qəbulu prosesini (bilərəkdən) əmlakın yerləşdiyi (Sabunçu) rayon ərazisindən kənarda, Suraxanı rayon Hövsan qəsəbəsində olan notariusda edərək çaşqınlıq yaratmışdır. Bu hal da ona mirasın vaxtında qəbul etməyinə ciddi çətinliklər yaratmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən, reyestrdən 2V-58 nömrə ilə qeydə alınan, 11 aprel 2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhum X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və eyni zamanda qeyd edilən miras əmlakında bu vaxtadək yaşamadığını bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi və eyni zamanda iddiaçının qeyd edilən miras əmlakınsda yaşamadığını, hətta anaları öldükdən sonra iisə onun yasında iştirak etmədiyin, bütün xərclərin onun çəkmiş olduğundunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlu iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddia tələbini rədd edilməsini xahiş edərək, iddiaçının miras əmlakında bu vaxtadək yaşamadığını, ümumiyyətlə anaları ilə onun maraqlanmadığını, iddiaçının analarının yasında iştirak etmədiyini, miras əmlakın bütün xərclərinin digər qardaçı olan Rizvanın çəkdiyini, analraının yas mərasimi xərcinində Rizvan tərəfindən ödənildiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, mənzil 49 yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51.3 kv/m olan mənzil X7 mülkiyyətində olmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 188048 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. - Bakı şəhəri 35 saylı Notariat Ofisinin 11 aprel 2022-ci il tarixli, 2V-58 nömrəli vərəsəlik işinin surətinə əlavə edilmiş ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - 4 saylı Bakı “ASAN Xidmət” X10 AZ İİ seriyalı, 018263 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 11 aprel 2022-ci il tarixli, 2V-58 nömrəli vərəsəlik işindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ərizə ilə bildirmişdir ki, xx.xx.2021ci il tarixdə ölmüş X1 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. - Bakı şəhəri 35 saylı Notariat Ofisinin 11 aprel 2022-ci il tarixli, 2V-58 nömrəli vərəsəlik işindən görünür ki, xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış ərizdən görünr ki, X1 miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, mənzil 49 yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51.3 kv/m olan mənzilə ondan başqa vərəsəsi yoxdur, həmin mənzilə dair, gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh miras əmlakdan ½ hissədə pay alınmalıdır. Miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, mənzil 49 yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51.3 kv/m olan mənzildən ibarətdir. - xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh miras əmlakdan ½ hissədə pay alınmalıdır. Miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, mənzil 4 yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51.3 kv/m olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki işin hallarından görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, mənzil 4 yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51.3 kv/m olan miras əmlakı, onun öldüyü məqamda sağ olan 3 övladına miras qalmışdır. Qeyd edilən miras əmlakdan vərəsələrdən biri olan X13 xx.xx.2022-ci il tarixdə notarusda ərizə yazaraq imtina etmişdir. Digər vərəsə olan Cavabdeh Qəhraman oğlu isə mirasın açıldığı gündən 6 ay ərzində yəni xx.xx.2022-ci il tarixdə ərizə yazaraq, mirası qəbul edilməsinə diar fikrini ifadə etmişdir. Hazırkı mülki iş üzrə iddaçı olan digər vərəsə İddiaçı Qəhraman oğlu isə mirasın açıldığı gündən 6 ay ərzində mirasın qəbul etmək barədə nə notariat kontoruna müraciət etmiş, nədəki mirası faktiki qəbul etməmişdir. Mirasının açıldığı gündən 6 ay sonra yəni xx.xx.2022-ci il tarixdə isə notariat kontoru qanunvericiliyin tələblərinə uyğun olaraq mirası qəbul etməkdə maraqlı olan vərəsəyə yəni Cavabdeh Qəhraman oğluna həm qanunu üzrə, həmdəki vəsiyyət üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə təqdim etmişdir. İddiaçı yalnız bundan sonra yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, miras əmlakını qəbul etməkdə maraqlı olduğunu, qanunvericiliklə nəzərdə tutulmuş 06 ay ərzində yəni xx.xx.2022-ci il tarixdə notariusa şifahi müraciət etdiyini, lakin onun doğum haqqında şəhadətnaməsi olmadığından onun müraciəti qeydiyyata alınmadığını, yalnız xx.xx.2022-ci il tarixdə doğum haqqında şəhadətnamə aldığdan sonra yenidən müraciət etmiş olduğunu bildirərək, qeyd edilən halların nəzərə alaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edərək, həmin müddətin uzadılmasını məhkəmədən xahiş etsə də, məhkəmə araşdırılması zamanı qeyd edilən halları təsdiq edəcək sübutları yəni iddiaçının rəsmi müraciətlərini, xx.xx.2022-ci il tarixdə notariusa rəsmi müraciəti, doğum haqqında şəhadətnamənin dublikatının alınması, ona hansı səbəbdən miras əmlakdan payın verilməsindən imtina olunmasına dair cavabdları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı iddiaçının mirasın qəbul edilməsi üçün qanunvericilik ilə müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edə biləcək hallar müəyyən edilə bilmədi. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən miras əmlakının faktiki qəbul edilməsnə dairdə hər hansı bir aktiv hərəkət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçi İddiaçı Cavabdeh qarşı «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi» tələbinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Bakı şəhəri 35 saylı notariat ofisi cəlb edilməklə «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar