Məhkəmə qərarları › İş №2(103)-683/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-683/2023

07.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-683/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı buraxılmış müddətin bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə və Vəkil3, Cavabdeh, onun nümayəndəsi Vəkil2 Babalı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı buraxılmış müddətin bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 49 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv/m olan mənzil X6 mülkiyyətində olmuşdur.

2. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 188048 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X10 09 oktyabr 2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür.

3. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 11 aprel 2022-ci il tarixli, 2V-58 nömrəli vərəsəlik işinin surətinə əlavə edilmiş ərizədən görünür ki, 09 mart 2022-ci il tarixdə Cavabdeh əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

4. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 018263 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X1 13 may 2019cu il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür.

5. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 11 aprel 2022-ci il tarixli, 2V-58 nömrəli vərəsəlik işindən görünür ki, X8 23 fevral 2022-ci il tarixdə ərizə ilə bildirmişdir ki, 09 oktyabr 2021-ci il tarixdə ölmüş anası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir.

6. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 11 aprel 2022-ci il tarixli, 2V-58 nömrəli vərəsəlik işindən müəyyən edilir ki, 11 aprel 2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış ərizədən anası X2 miras qalan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 49 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51,3 kv/m olan mənzilə ondan başqa vərəsəsi olmaması, həmin mənzilə dair, gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürməsi görünür.

7. 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh miras əmlakdan ½ hissədə pay alınmalıdır. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 49 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv/m olan mənzildən ibarətdir.

8. 11 aprel 2022-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51,3 kv/m olan mənzildən ibarətdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

9. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək (üçüncü şəxslər X8, Bakı şəhəri 35 saylı Notariat ofisi olmaqla), mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən, reyestrdən 2V-58 nömrə ilə qeydə alınan, 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhum X7 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70, 4 nömrəli mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, Cavabdeh 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət edərək mərhum anası X9 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70, 4 nömrəli mənzili yalnız özünün adına rəsmiləşdirilməsinə vərəsəlik şəhadətnaməsi almışdır. Həmin şəhadətnamə ləğv edilməli, sözügedən miras əmlakı iki vərəsə arasında payı müəyyənləşdirilərək bölünməlidir. Lakin, Cavabdeh onun qanun üzrə vərəsə olmağını və eyni zamanda həmin notariusa 9 aprel 2022-ci ildə müraciət etməyi nəzərə alınmadan mülki qanunvericiliyin tələblərini pozmaqla belə bir şəhadətnamənin əldə edilməsinə nail olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən mirasın qəbul edilməsi məqsədi ilə 9 aprel 2022-ci il tarixdə qızı ilə birlikdə Bakı şəhəri 35 saylı Notariat ofisinə o, da müraciət etmişdir. Həmin vaxt notariusun əməkdaşları sənədlərinə baxaraq bildirmişdirlər ki, təqdim olunacaq sənədlər arasında doğum haqqında şəhadətnaməsini də verməlidir. Lakin, doğum haqqında şəhadətnaməm naməlum şəraitdə itdiyi üçün onu həmin gün notariusa verə bilməmişdir. Bu səbəbdən də həmin sənədin dublikatının əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edərək onu 12 aprel 2022-ci il tarixində əldə etmişdir. 13 aprel 2022-ci il tarixdə sözügedən notariusa bütün sənədləri ilə birlikdə müraciət edəndə məlum oldu ki, cavabdeh miras əmlakının özünün xeyrinə tam şəkildə əldə edilməsi barədə vərəsəlik şəhadətnaməsi almışdır. Onu da qeyd edir ki, hazırkı vərəsəlik işinin məhz Bakı şəhəri 35 saylı Notariat ofisində açılmasını yaşadığı Sabunçu rayonu ərazisində olan notariusa müraciət edərkən bilmişdir. Cavabdeh qanunun vicdanlılıq prinsipinə zidd olaraq miras əmlakının qəbulu prosesini (bilərəkdən) əmlakın yerləşdiyi (Sabunçu) rayon ərazisindən kənarda, Suraxanı rayon Hövsan qəsəbəsində olan notariusda edərək çaşqınlıq yaratmışdır. Bu hal da ona mirasın vaxtında qəbul etməyinə ciddi çətinliklər yaratmışdır.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.

12. Qətnamənin əsaslarına görə, məhkəmə araşdırılması zamanı iddiaçının mirasın qəbul edilməsi üçün qanunvericilik ilə müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edə biləcək hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən miras əmlakının faktiki qəbul edilməsniə dair də hər hansı bir aktiv hərəkət etməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1,1. 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1322-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilk dəfədir ki, vərəsəlik işi ilə rastlaşır və bununla bağlı qanunvericlikdə nəzərdə tutulmuş prosedurlardan və müddətlərdən təbii ki, tam xəbərdar deyildir. Məhz ona görədir ki, mübahisəli iş üzrə notariusa mürciət edilməli son gün olan 11 aprel 2022-ci il tarixə 2 gün qalmış, yəni 09 aprel 2022-ci il tarixdə mirasın qəbul edilməsi məqsədi ilə qızı ilə birlikdə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət etmişdir. Həmin vaxt notariusun əməkdaşları iddiaçının sənədlərinə baxaraq bildirmişlər ki, təqdim olunacaq sənədlər arasında doğum haqqında şəhadətnamə də olmalıdır. İddiaçı da doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itdiyi üçün onu həmin gün notariusa verə bilməmiş, bu səbəbdən də həmin sənədin dublikatının əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edərək, onu 12 aprel 2022-ci il tarixində əldə etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 179378 saylı iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin dublikatının verilmə tarixi 12 aprel 2022-ci il qeyd olunmuşdur. Bundan sonra, 12 aprel 2022-ci il tarixində notariusa bütün zəruri sənədləri təqdim edərkən notariat ofisində cavabdehin miras əmlakının özünün xeyrinə tam şəkildə əldə edilməsi barədə vərəsəlik şəhadətnaməsi aldığı səbəbindən həmin sənədlərin qəbulundan imtina edilmişdir. Odur ki, “iddiaçının mirasın qəbul edilməsi üçün qanunvericilik ilə müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edə biləcək halları müəyyən edə bilməməsi barədə” məhkəmənin qənaəti tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, vərəsəliklə bağlı müraciət olunduqda notariat ofisləri həmin şəxsin miras qoyanla qohumluq əlaqələrinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin müvafiq elektron reyestrində miras qoyanın ailə tərkibi barədə zəruri məlumatları axtarırlar. Buna sübut olaraq, bu şikayətə əlavə etdikləri iddiaçının ailə tərkibi barədə məlumatların alınması haqqında etdikləri 14 oktyabr 2022-ci il tarixli sorğunu və Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş 25 oktyabr 2022-ci il tarixli 05/2-Q-34/15 nömrəli cavabı təqdim edirlər. Həmin cavabda qeyd edilir ki, “Müəyyən edilmişdir ki, 23 iyul 1964cü ildə Sabunçu rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumunuz haqqında akt qeydində atanız X1, ananız isə X10 qeyd edilmişdir. Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən V.Quliyevnın ailə tərkibində sizə dair məlumatın əks olunduğu məlum olmuşdur. Bildiririk ki, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələblərinə görə Dövlət reyestrinə şəxsin özünün, ərinin (arvadının), valideynlərinin, uşaqlarının fərdi iden fikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyə ni təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, eləcə də ölüm tarixi barədə məlumatlar daxil edilir. Dövlət Reyestri - Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır.” Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sistemində vərəsəliyə iddialı şəxsin miras qoyanın birinci növbəli vərəsəsi olduğu müəyyən edildikdə, həmin vərəsənin doğum haqqında şəhadətnaməsinin olub-olmaması onun vərəsə kimi qeydiyyata alınmasına maneçilik törətmir. Lakin, 35 saylı Notariat ofisi qəsdən bunu etməmiş, bilərəkdən və məqsədyönlü şəkildə iddiaçının mirasın qəbulu üçün müəyyən edilmiş müddətinin buraxılmasına şərait yaratmağa cəhd etmişdir. Bundan əlavə, şəxsin vərəsəliklə bağlı notariat ofisinə etdiyi müraciət rəsmi müraciət hesab olunur və notarius tərəfindən yazılı ərizə formasında rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 98-ci bəndinə əsasən mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Həmin Təlimatın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı, qeyd edildiyi kimi, 09 aprel 2022-ci il tarixində mirasın qəbul edilməsi məqsədi ilə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət etmişdir. Onun bu müraciəti 35 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirlməmişdir. Bundan əlavə, onun vərəsə olması notarius tərəfindən Ədliyyə Nazirliyinin müvafiq elektron reyestri vasitəsilə müəyyən edilməmiş, doğum haqqında şəhadətnaməsinin olmaması bəhanəsi ilə o, vərəsə kimi qeydiyyata alınmamışdır. Hətta, doğum haqqında şəhadətnamənin mövcudluğunun vərəsə kimi qeydiyyata alınması zamanı zəruri sənəd olduğu qəbul edilsə belə, iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, 35 saylı notariat ofisinin iş rejimi rəsmi internet saytında belə müəyyən edilmişdir - iş vaxtı: 9.00 - 18.00; iş günləri İİ,İİİ,İV,V,Vİ; istirahət günləri: Vİİ, İ. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən mirasın qəbul edilməsi üçün müddətin son günü 11 aprel 2022-ci ildir. 11 aprel 2022-ci il isə həftənin 1-ci günü olduğundan 35 saylı Notariat ofisinin istirahət gününə düşür. İddiaçı həm də özündən asılı olmayan bu səbəbdən notariusa müraciət edə bilməzdi. İddiaçı 35 saylı Notariat ofisinin ilk iş günü olan 12 aprel 2022-ci il tarixində doğum haqqında şəhadətnaməsi ilə mürciət etmişdir və odur ki, həmin müddət də ötürülmüş hesab edilə bilməz. Cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinə mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 09 mart 2022-ci il tarixli **********183 nömrəli ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Bundan əlavə, Cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********739 saylı ərizəsində qeyd etmişdir ki, ondan başqa vərəsə yoxdur, odur ki, həmin mənzilə dair gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 isə 09 oktyabr 2021-ci il tarixdə ölmüş anası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina etməsi barədə notariat ofisinə 23 fevral 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, daha sonra isə iddiaçı da mübahisəli əmlaka vərəsə olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 49 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsinə 51,3 kv/m olan mənzilin X6 mülkiyyətində olmasını təsdiq edən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, həmin mülkiyyət hüquqları 03 dekabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh AA******* nömrəli şəxsiyyət vəsiqəsindən isə məlum olur ki, o, həmin ünvana 13 fevral 2021-ci ildə, yəni mübahisəli mənzilə X6 mülkiyyət hüquqları qeydə alınmamışdan əvvəl qeydiyyata düşmüşdür. Həmin mənzilə qeydiyyat cavabdehin vərəsə kimi hüquqlarının irəli sürülməsini istisna etməsə də, onun bu hərəkəti mübahisəli mənzilə digər vərəsələrin analoji hüquqlarının qarşısının alınması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh hər iki ərizəsində miras payla bağlı digər qanun üzrə vərəsələrə münasibətdə qeyri-səmimilik göstərmiş, mübahisəli mənzilə dair digər vərəsələrin mövcudluğunu, yəni öz doğma qardaşlarının sağ olduğunu bilə-bilə bunu qəsdən gizlətmişdir. Lakin məhkəmə nə cavabdehin bu hərəkətini, nə də notariusun digər vərəsələrin axtarılması, eləcə də iddiaçının vərəsə kimi qeydə alınması üzrə qanunla üzərinə düşən və yuxarıda qeyd etdiyimiz vəzifələrin niyə icra etməməsini axıradək və hərtərəfli şəkildə araşdırmamışdır. Daha sonra, məhkəmə o halı da nəzərdən qaçırmışdır ki, cavabdeh mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 09 mart 2022-ci il tarixdə 35 saylı Notariat ofisinə müraciət etmişdir. Yalnız bundan sonra notariat ofisi vərəsəlik icraatı üzrə iş açmalı və müvafiq notariat hərəkətləri etməyə başlamalı idi. Lakin notarius özünün 02 noyabr 2021-ci il tarixli sorğusu ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək icraatında vərəsəlik işinin olduğunu bildirmişdir. Lakin məhkəmə, notariat ofisinin digər mümkün vərəsələrə münasibətdə obyektiv və qanunauyğun mövqe tutub-tutmamasının müəyyən edilib qiymətləndirilməsi üçün çox vacib olan bu hala da diqqət yetirməmiş, onu araşdırmamışdır. Mirasın açıldığı yer üzrə notariat ofisi Bakı şəhəri Sabunçu rayonunda yerləşən notariat ofislərindən biri olmalıdır. Lakin, məhkəmə bu işlə bağlı cavabdehin notariat əməliyyatlarının aparılması üçün niyə Bakı şəhəri Sabunçu rayonunda yerləşən notariat ofisilərindən birinə deyil, məhz ünvan 2 ünvanında yerləşən 35 saylı notariat ofisinə müraciət etməsi faktına diqqət yetirməmişdir. Həm də o hal nəzərə alınmalıdır ki, həm miras əmlakının yerləşməsi, həm də cavabdehin özünün qeydiyyatda olduğu və yaşadığı ünvan baxımından 35 saylı notariat ofisi daha uzaqda yerləşir və ora gedib-gəlmək daha çox vaxt aparır və daha çətindir. Göründüyü kimi, burada cavabdeh 35 saylı notariat ofisində şəxsi tanışlarının olması və həmin tanışların əli ilə müvafiq qanun pozuntularına yol verilməsi ilə vərəsəlik işinin öz xeyrinə həll edilməsi mövqeyini tutmuşdur. Bu halı aşağıda qeyd etdiklərimiz də əsaslandırır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. İş materiallarında olan 35 saylı Notariat ofisi tərəfindən məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, notarius nə açılmış miras haqqında vərəsələrə xəbər verməmiş, nə kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsə çağırmamış, nə Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirməmiş, nə də mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün əlavə tədbirlər görməmişdir. Notarius cavabdehin ondan başqa hər hansı bir vərəsənin olmadığı barədə açıq-aşkar yalan məlumatını əsas götürmüşdür. Halbuki, notariusun Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə etdiyi 02 noyabr 2021-ci il tarixli sorğusu ilə sübut olunur ki, sözügedən vərəsəlik işi barədə notariusun 02 noyabr 2021-ci il tarixdən məlumatlı idi və bu müddət ərzində yuxarıda qeyd etdikləri tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi, məhkəmə miras üzrə notariat hərəkətlərinin mirasın açıldığı yer üzrə deyil, başqa rayonda yerləşən notariat ofisi tərəfindən aparıldığını, həmin notarius tərəfindən yuxarıda qeyd etdikləri hərəkətlərin niyə etmədiyini araşdırmamış, notariusu məhkəmə iclasına dəvət edib ifadəsini almamış və buna hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının etirazına baxmayaraq cavabdehin vəsatəti ilə X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir. Halbuki mirasda olan payından imtina etməsi barədə ərizə verdiyindən və beləliklə də, mirasda payın bölünməsinin nəticələrinin X8 üçün maraq kəsb etmədiyindən onun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb edilməsi məhkəmə üçün hər hansı bir əhəmiyyət daşımırdı. Sadəcə olaraq, bu cavabdehin notariat ofisində və məhkəmədə qeyri-səmimiliyini, verdiyi yalan ifadələrin ört-basdır edilməsi üçün şahid kimi zəruri idi ki, məhkəmə də əsassız olaraq onu cəlb etmiş və ifadəsini almışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, İddiaçı Bakı şəhəri 35 saylı Notariat ofisinə Pretenziya qaydasında heç bir rəsmi müraciət etmədən birbaşa məhkəməyə 14 aprel 2022-ci ildə iddia ərizəsi ilə müraciət etmiş məhkəmə prosessində 27 iyul 2022-ci il tarixdə iddia ərizəsinə dəyişiklik edərək mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhəri 35 saylı Notariat ofisinə guya 09 aprel 2022-ci il tarixdə müraciət etdiyini bildirsə də bununla əlaqədar məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə prosessində müəyyən olunmuşdur ki, İddiaçı anası X4 yaşadığı ünvanda yox, özünə məxsus olan xüsusi evdə yaşamış, anasının uzun müddət xəstə olmasına baxmayaraq ona baş çəkməmiş, anası vəfat edəndə yas mərasiminə gəlməmişdir. Mübahisəli mənzildə ona məxsus heç bir əmlak olmamışdır və həmin evdə yaşamamışdır. 11 aprel 2022-ci ildə Cavabdeh ünvan 3ayılov prospekti ev 70 mənzil ünvandakı evə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 11 aprel 2022-ci ildə Cavabdeh ünvan 3ayılov prospekti ev 70 mənzil ünvandakı evə qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndələri Nümayəndə və Vəkil3 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər.

18. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil2 Babalı oğlu apellyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

20. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. ... Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

26. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, X10 09 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. V.A.Quliyeva sağlığında ona məxsus olan bütün əmlakını 07 yanvar 2020-ci il tarixdə Cavabdeh vəsiyyət etmişdir. Onun ölümündən sonra Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti, ev 70, mənzil 4 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən ümumi sahəsinə 51,3 kv/m olan miras əmlakı qalmışdır. Həmin əmlakın ½ hissəsinə dair Cavabdeh 11 aprel 2022-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, digər ½ hissəsinə aid isə eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İddiaçının mübahisələndirdiyi də məhz 11 aprel 2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədir. İddiaçının tələbini əsaslandırdığı hal da ondan ibarətdir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürmüşdür.

27. Birinci instansiya məhkəməsi də bu istiqamətdə araşdırma apararaq, iddiaçının mirasın qəbul edilməsi üçün qanunvericilik ilə müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edə biləcək hallar müəyyən edilə bilmədiyindən iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Bu konteksdə qeyd edilməlidir ki, hazırkı tələb üzrə iddianın faktiki əsasını təşkil edən hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan formada qiymət verilə bilməzdi.

30. Mülki Məcəllənin 1133.2-ci maddəsinin imperativ göstərişinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırkı halda isə mübahisəli miras əmlakın mərhum tərəfindən bütövlükdə Cavabdeh vəsiyyət edilməsi işin mübahisəsiz halıdır.

31. Yəni, bu halda, vərəsəlik predmeti əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik qüvvədə olduğundan, ümumiyyətlə qanun üzrə vərəsəlik açıla bilməzdi. İddiaçının isə mövcud situasiyada seçimi qanunla müəyyən edilmiş məcburi pay hüququnun tanınması, vəsiyyətnamənin mübahisələndirilməsi və s. istiqamətdə tələb irəli sürmək olardı.

32. Hazırkı iddiada isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələb olunur və əsas kimi müddətin keçməməsi, iddiaçının qanun üzrə vərəsə kimi olması qeyd edilir. Yuxarıda qeyd olunduğu kimi vəsiyyətnamənin mövcud olması artıq qanun üzrə vərəsəliyi istisna edir və iddiaçının irəli sürdüyü əsaslarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi mümkünsüzdür. Buna görə də məhkəmə kollegiyası həmin əsas mövcud olduğundan apelyasiya şikayətinin digər dəlillərinə qiymət verilməsinə zərurət görmür.

33. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar