Məhkəmə qərarları › İş №2(105)-1141/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1141/2025

08.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1141/2025 08.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat kontoruna və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi və sair tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların adından ünvan 1 ünvanlanmış mirasdan məcburi paydan imtina barədə xx.xx.2019-cu il tarixli ərizələrin etibarsız hesab olunması, Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin Şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və mərhum anaları X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 60.30 kvm fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 hatorpaq sahəsindən iddiaçılara düşən məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız saylıması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin ləğv edilməsi, mərhum X3 miras qalmış ünvan 3 ünvanında yerləşən 60.30 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 ha torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilmiş, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi, İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3, İddiaçı4 və X2 anaları X4 miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X6 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X6 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 1/12 hissəsinə məcburi paylarının müəyyən edilməsi, X5 vəsiyyət üzrə vərəsəsi olan Cavabdeh2 anasından miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X6 verilmiş **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu ii tarixdə X6 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 7/12 hissəsinə payı müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadı ilə (hakim Nərmin Abiyeva) Xaçmaz Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi barədə qərardad qəbul edilmiş, qətnamənin giriş hissəsində proses iştirakçılarının siyahısında məhkəmə iclasında tərcüməçi qismində çıxış etmiş X1 adının göstərilməsi, qətnamənin “4-cü səhifəsinin 7-ci abzasında” “Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Solmaz xanımı və onun ailəsini yaxşı tanıyır. Onların ailəsi çox mehriban ailədir. Onların dostluq münasibətləri çoxdan var. Həmişə birbirlərinə etibar etmişlər. Solmaz ondan 2019-cu ildə 20000 ABŞ dolları borc pul istəmiş, o, da ona həmin pulu evində vermişdir. Bir müddət sonra bacısı Nazilə gəlib pulu aparmışdır. Solmaz pulu ona hissə-hissə olmaqla iki dəfəyə qaytarmışdır.” sözləri “Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçı Solmaz onun böyük baldızıdır. O şahidlik edir ki, Solmaz 20000 ABŞ dollarını İrinadan Naziləyə vermək üçün borc götürmüşdür. Həmin gün o da Solmazgildə idi. Solmaz İrina xanımın gələcəyini bildirmişdir. İrina xanım pulu gətirmiş, yarım saat sonra Nazilə gəlmiş və pulu aparmışdır” kimi, qətnamənin “5-ci səhifəsinin 2-ci abzasında” “Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçıların gəlinidir. Heç bir ədavətləri yoxdur. iddiaçı Solmaz böyük baldızıdır. O, ona görə şahidlik edir ki, Nazilə ev almaq üçün Solmazdan pul istəmişdir. Solmaz da 20000 ABŞ dollarını İrinadan Naziləyə vermək üçün borc götürmüşdür. Həmin günü o, Solmazgildə idi və Solmaz İrina xanımın gələcəyini bidirmişdir. İrina xanım pulu gətirdikdən yarım saat sonra Nazilə gələrək, pulu aparmışdır.” sözləri “Məhkəmə iclasında tərcüməçi X1 iştirakı ilə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Solmaz xanımı və onun ailəsini yaxından tanıyır. Onların ailəsi çox mehriban ailədir. Onların dostluq münasibətləri çoxdan var. Həmişə bir-birlərinə etibar etmişlər. Solmaz ondan borc pul istəmişdir. O da həmin pulu Solmaza aparıb evində vermişdir.” kimi oxunması, qətnamənin “5-ci səhifəsinin 2-ci abzasından sonra” “Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Solmaz 20000 ABŞ dollarını İrinadan Naziləyə vermək üçün borc götürmüşdür. Həmin gün o Solmaz gildə idi. Solmaz İrina xanım gələcəyini bildirmişdir. İrina xanım pulu gətirdi, yarım saat sonra Nazilə gəlmiş və pulu aparmışdır”, “Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Solmaz 20000 ABŞ dollarını İrinadan Naziləyə vermək üçün borc götürmüşdür. Həmin gün o Solmazgildə idi. Solmaz İrina xanım gələcəyini bildirmişdir. İrina xanım pulu gətirmiş, yarım saat sonra isə Nazilə gəlmiş və pulu aparmışdır.” sözləri qeyd edilməsi, həmçinin qətnamənin müəyyən etdi hissəsində “10-cu səhifəsinin 8-ci abzasında” “Məhkəmə onu nəzərə alır ki, tərəflərin izahatlarından və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir.” sözləri “Məhkəmə onu da qeyd edir ki, tərəflərin izahatları, şahidlərin ifadələri və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçılarla razılığa gələrək, 20000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində 100 illik etibarnamə verməklə, mübahisələndirilən evə dair sərəncam vermək və əmlakı idarə etmək hüquqlarını qardaşı İddiaçı1 etibar etmişdir. Bu fakt da onu göstərir ki, Cavabdeh2 mübahisələndirilən evdən öz payından imtina etməsi barədə iradə ifadəsini bildirmiş və digər vərəsələr (iddiaçılar) ilə aralarındakı şifahi razılaşma əsasında miras qalan əmlakın qardaşı İddiaçı2 mülkiyyətinə keçməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə işin bu halını ağılabatan hesab edir.” kimi oxunması, qətnamənin qət etdi hissəsinə “Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilsin.” sözləri “Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilsin” kimi oxunması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadı ilə (hakim Nərmin Abiyeva) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim şikayət verdiyi qərardadla qətnamənin məzmunun dəyişməklə qətnaməyə yeni, iddiaçıların maraqlarına uyğun gələn, lakin işin həqiqi hallarına uyğun olmayan və qanunvericiliyin tələbləri ilə tamamilə ziddiyyət təşkil edən əlavələr etmişdir. Qeyd edilən qərardadla iş üzrə iddiaçı tərəfdən təqdim edilmiş bütün şahid ifadələri dəyişdirilmişdir. Nədənsə qətnaməyə şahidlərin yalan danışdıqlarını göstərən, cavabdeh tərəf olaraq onların suallarına cavab kimi bildirdikləri ifadələr qeyd edilməmiş, dəqiq olmayan ümumi ifadələr şəklində işlədilən ifadələr onların ifadələri kimi göstərilmişdir. Lakin şahidlərin dindirildiyi 15 may 2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısına baxış keçirilsə şahidlərin heç birinin ifadəsinin digəri ilə üst-üstə düşmədiyi, ifadələrin əvvəlcədən hazırlanmış ssenariyə uyğun şəkildə, sadəcə ümumi ifadələrlə bildirildiyini görmək olar. Dəqiqləşdirmək məqsədilə tərəfindən verilən suallara isə şahidlər cavab verməkdən yayınmaq üçün aqressivləşmiş, verilən eyni suallara hər bir şahid bir-birilə ziddiyyətli cavab vermişdir. Şahidlərin ifadələri ilə iddiaçıların izahatları da ziddiyyətli olmuşdur. Bundan başqa 24 iyun 2025-ci il tarixli qərardadda qeyd edilir ki, qətnamənin “müəyyən etdi” hissəsində “10-cu səhifəsinin 8-ci abzasında” “məhkəmə onu nəzərə alır ki, tərəflərin izahatlarından və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir” sözləri “məhkəmə onu da qeyd edir ki, tərəflərin izahatları, şahidlərin ifadələri və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçılarla razılığa gələrək, 20000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində 100 illik etibarnamə verməklə, mübahisələndirilən evə dair sərəncam vermək və əmlakı idarə etmək hüquqlarını qardaşı İddiaçı1 etibar etmişdir. Bu fakt da onu göstərir ki, Cavabdeh2 mübahisələndirilən evdən öz payından imtina etməsi barədə iradə ifadəsini bildirmiş və digər vərəsələr (iddiaçılar) ilə aralarındakı şifahi razılaşma əsasında miras qalan əmlakın qardaşı İddiaçı2 mülkiyyətinə keçməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə işin bu halını ağılabatan hesab edir kimi oxunması qərara alınmışdır. Qeyd edilən ifadəni necə yanlışlıq adlandırmaq olar? Bu yanlışlığın düzəldilməsi deyil, qanunsuz və ədalətsiz qətnamənin əlavə əsaslandırılmasıdır. Bu qədər qanunsuzluqları etməyə işə baxan hakimi vadar edən hal nədir sualına cavab tapmaq mümkün deyil. Qanunsuz və ədalətsiz qətnamə qəbul etməklə, məhkəmə iclaslarını prosessual qanunvericiliyin tələblərini dəfələrlə pozmaqla, məhkəmədə cavabdeh tərəf olaraq prosessual hüquqlarını məhdudlaşdırmağa çalışmaqla (sədrlik edənin diqqətinə çatdırdıqdan sonra bir neçə prosessual hüququndan - baxış iclasında izahat vermək, vəsatətlərin müzakirə edilməsi, vəsatətlər münasibət bildirmək, iddiaçılara suallar vermək və s. - istifadə etməyə şərait yaradılmışdır) kifayətlənməyən məhkəmə əlavə olaraq bu cür bir qərardad qəbul etməklə vətəndaşın məhkəməyə, ədalət mühakiməsinə olan inamını, dövlətə və qanuna olan etimadını əhəmiyyətli dərəcədə sarsmışdır. Şikayət etdiyi qərardadda qeyd edilən ifadələrin qətnamənin mahiyyətinə əhəmiyyətli təsir etməklə, işin halları ilə uyğun gəlmədiyi, həqiqət olmadığı, həqiqət olmadığı üçün də sübut edilmədiyi halda cavabdehin 20000 ABŞ dolları məbləğində pul aldığının sübut edilməsi təəssüratı yaratmaq məqsədi daşıyır. Həmçinin qətnamənin “qət etdi” hissəsində “Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilsin” sözləri “Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilsin” kimi dəyişdirilmişdir. Göründüyü kimi əvvəlcə qətnamədə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamənin ləğv edilməsi qərara alınsa da, müvafiq qərardad vasitəsilə sözügedən şəhadətnamənin vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamədə dəyişiklik edilmişdir. Halbuki ləğv etmə ilə etibarsız hesab etmə tamamilə fərqli hüquqi nəticələr yaradır. Belə ki, sənədin ləğv edilməsi onun ləğv edildiyi andan sonra meydana gələn hüquqi nəticələrə təsir edirsə, etibarsız hesab edilmə həmin sənədin verildiyi andan yaranan hüquqi nəticələri aradan qaldırır. İddia tələbinin özündə qeyd edilən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilmsəi xahiş edilmişdir. Lakin qətnamənin əsaslandırma hissəsində də həmin şəhadətnamənin ləğv edilməsi əsaslandırılmışdır. Bu halın özü hakim tərəfindən həmin mülki işə necə yanaşıldığını, hansı peşəkarlıq səviyyəsində araşdırıldığını göstərir. Hesab edir ki, qətnamənin əsaslandırma hissəsində də vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi əsaslandırıldığına görə qərardadın bu hissəsi də qanunsuz olmuşdur. Lakin şikayət etdiyi qərardadla hakimin qətnamədə etdiyi dəyişikliklər hər hansı yanlışlıqlara bağlı olmamaqla, işin mahiyyətinə təsir edən dəyişikliklərdən ibarətdir. Müvafiq qərardadda buraxılmış yanlışlığın məhkəmənin öz təşəbbüsü ilə düzəldiyi qeyd edilmişdir. Qərardadda edilən düzəlişlərin hər hansı yanlışlıqla əlaqədar olmadığı açıq-aşkar görünür. Digər bir məsələ isə hakimin qətnamənin “Elektron məhkəmə informasiya sistemi”nə yüklənildiyi vaxtdan 10 gün sonra, iddiaçı tərəfin vəkil nümayəndəsinin müvafiq işin materialları ilə tanış olmasına dair ərizə verdikdən sonra həmin tərəfin ərizəsi olmadan hakimin qətnamənin mahiyyətinə təsir göstərən bu cür düzəliş etməsi və bu düzəlişlərin məhkəmənin öz təşəbbüsü ilə edilməsini qərardadda qeyd etməsi hakimin müvafiq mübahisəyə əvvəlcədən ədalətli, qərəzsiz və obyektiv yanaşmamasına dair haqlı narazılıqlar yaradır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 228.1-ci maddəsinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Qanunvericiliyin göstərilən müddəası məhkəməyə yalnız qəbul etdiyi qətnaməni və ya qərardadı elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəltmək səlahiyyəti vermişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qətnamədə buraxılmış yanlışlığın düzəldilməsinə dair qərardadla qətnamənin əsaslandırıcı hissəsinə düzəliş və əlavələr etmişdir. Kollegiya qeyd edir ki, qətnamə çıxarılıqdan sonra işin mahiyyətinə təsir edəcək düzəliş və əlavələrin edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinin araşdırılması zamanı müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadı qismən - “10-cu səhifəsinin 8-ci abzasında” “Məhkəmə onu nəzərə alır ki, tərəflərin izahatlarından və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir.” sözləri “Məhkəmə onu da qeyd edir ki, tərəflərin izahatları, şahidlərin ifadələri və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçılarla razılığa gələrək, 20000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində 100 illik etibarnamə verməklə, mübahisələndirilən evə dair sərəncam vermək və əmlakı idarə etmək hüquqlarını qardaşı İddiaçı1 etibar etmişdir. Bu fakt da onu göstərir ki, Cavabdeh2 mübahisələndirilən evdən öz payından imtina etməsi barədə iradə ifadəsini bildirmiş və digər vərəsələr (iddiaçılar) ilə aralarındakı şifahi razılaşma əsasında miras qalan əmlakın qardaşı İddiaçı2 mülkiyyətinə keçməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə işin bu halını ağılabatan hesab edir.” kimi oxunması hissədə ləğv edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(067)-817/2025 nömrəli qərardadı qismən - “10-cu səhifəsinin 8-ci abzasında” “Məhkəmə onu nəzərə alır ki, tərəflərin izahatlarından və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir.” sözləri “Məhkəmə onu da qeyd edir ki, tərəflərin izahatları, şahidlərin ifadələri və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçılarla razılığa gələrək, 20000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində 100 illik etibarnamə verməklə, mübahisələndirilən evə dair sərəncam vermək və əmlakı idarə etmək hüquqlarını qardaşı İddiaçı1 etibar etmişdir. Bu fakt da onu göstərir ki, Cavabdeh2 mübahisələndirilən evdən öz payından imtina etməsi barədə iradə ifadəsini bildirmiş və digər vərəsələr (iddiaçılar) ilə aralarındakı şifahi razılaşma əsasında miras qalan əmlakın qardaşı İddiaçı2 mülkiyyətinə keçməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə işin bu halını ağılabatan hesab edir.” kimi oxunması hissəsində ləğv edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar